Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə görə, 44 günlük müharibədə ölənlərin sayı dəyişə bilər, çünki hələ də itkin düşənlər var.
Musavat.com xəbər verir ki, Simonyan bir gün əvvəl açıqladığı rəqəmlərin 2022-ci ilin aprelində Paşinyanın səsləndirdiyi rəqəmlərdən niyə fərqləndiyi ilə bağlı sualı cavablandırıb.
Baş nazir müharibədən bəhs edərkən 3825 ölüm faktından bəhs edib, spiker isə 3833 nəfər haqqında danışıb.
Alen Simonyan jurnalistlərə bildirib ki, bu müddət ərzində yeni DNT testləri aparılıb, bu səbəbdən də rəqəmlər dəyişib və dəyişməkdə davam edə bilər, çünki erməni tərəfində 191 itkin var.









