FETÖ-nün yeni Azərbaycan planı .....                     Ermənistan müharibə itkilərini niyə gizlədir? .....                     Ermənistanda iki hərbçi .....                     Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli sakinin məhkəməsi başlayır .....                     Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı .....                     Rusiya Ukraynanı məğlub etsə, Azərbaycanı nə gözləyir? .....                     Kreml “zəif bənd” axtarışında .....                     MİDA 2,4 milyon manata uşaq baxçası tikmək istəyir .....                     Nigardan Samirəyə sərt tənqid .....                     Cümşüd Nuriyev "Vəhdət"dən qovulmasından elə şeylər danışdı ki... .....                     Nazir bu quruma sədr müavini təyin etdi .....                     "Qara Cümə" endirimi yoxsa tələ? .....                     “Nehrə yağı satan Anaxanım xala hansı standartlara əməl etsin?" .....                     Sosial şəbəkə barədə cəzalara etiraz edənlərə deputatdan cavab .....                     İnam Kərimovun gözü qarşısında onları ittiham etdi .....                     “Park Cinema”dan Azərbaycan dilininə qarşı hörmətsizlik .....                     Ermənistan KTMT ilə vidalaşır? .....                     “Tramp gedər, başqası gələr” .....                     Reyddə saxlanılan sərxoş sürücü “şəhid ailəsiyəm” deyərək özünü bıçaqlayıb .....                     Erməni stilisti öpüb, "müqəddəs" adlandırması tənqid olundu .....                     Məmur atalarını işə salan övladlar... .....                     "Keçmiş-"bitmiş" ideologiyanın ardınca "yüyürmək"lə mübarizə milli təhlükəsizlik məsələsidir" .....                     “AccessBank”ın İdarə Heyətinə təyinat olub .....                     «REGİONAL» BOKT-nın idarəetmə strukturu dəyişdirildi .....                     İş yoldaşının başına stəkanla vurub öldürən Möhsünü .....                     Erməni qızdan etiraf .....                     “3+3” formatında görüşün Bakıda və ya İrəvanda keçirilməsinə nə mane olur? .....                     Çinlilər Bakıda sabiq Baş nazirin köməkçisinin evindən seyfi oğurlayıbmış .....                     Sahil Babayevin BÜDCƏ QAYÇILAMASI... onları da `VURDU`... .....                     “Mahnılarımdan heç bir qazanc əldə etməmişəm” .....                     “Ev uçub, icra başçısı “pul yoxdur” deyir” .....                     Paşinyan və komandası seçkiqabağı ehtiyat edir... .....                     DSX əsgərinin intiharı ilə bağlı qanunsuz əməllər üzə çıxdı .....                     Zəngəzur yalnız yol deyil: Qlobal güclər sıraya düzülüb .....                     Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib .....                     Şərurda müəllim və valideynlər kütləvi ETİRAZ TƏDARÜKÜNDƏ... .....                     General Yaroslav Moskalikin öldürülməsinin təfərrüatları məlum oldu .....                     Alimpaşa Məmmədovun məhkəməyə verdiyi iş adamı .....                     Ukraynada korrupsiya idarəsinin əməkdaşları Yermakın ofisində axtarış aparır .....                     Dubay şeyxinin azərbaycanlı keçmiş həyat yoldaşının həyatı təhlükədə .....                 

Məmur atalarını işə salan övladlar... - ARAŞDIRMA
Tarix: Bu gün, 12:22 | Çap et

Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır.

Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.

Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.

“Qafqazinfo”nun budəfəki yazısı övladları ilə gündəmə gələn, belə deyək, sınanan məmurlar və deputatlarla bağlıdır.

Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Baş nazirin digər sabiq müavini Əli Həsənov da vaxtilə nəvəsinə görə mətbuatın gündəmində olub. Belə ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü, 2-sinin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə yol açan digər rəsmi isə Elman Nəsirovdur. Belə ki, deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım deyib ki, E.Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan 3-4 ev qaldığını bildirib.

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün müzakirə obyektinə çevrilmişdi. Nəticədə həmin ildəki sanitar-epidemioloji vəziyyətin qaydalarına əməl etməyən məmur qonaqlar belə cərimələnmişdi.

Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.

Sabiq müdafiə sənayesi naziri, hazırda isə Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınanan məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyatı ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Belə ki, məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.

İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. Belə ki, 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması gündəm yaratmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanılan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.

Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb.

Məlumata görə, ovaxtkı rektorun oğlu Azərbaycandan İspaniyaya uçan təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqda sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.

IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.

Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. Belə ki, 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FETÖ-nün yeni Azərbaycan planı – "Ev söhbətləri"ni bərpa edən "fətullahçı"ların yeni hədəfi
Bu gün, 14:42
Ermənistan müharibə itkilərini niyə gizlədir?
Bu gün, 14:40
Ermənistanda iki hərbçi MİNAYA DÜŞDÜ
Bu gün, 14:37
Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli sakinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:35
Ramiz Mehdiyev daha bir vəzifədən çıxarıldı - SƏRƏNCAM
Bu gün, 13:27
Rusiya Ukraynanı məğlub etsə, Azərbaycanı nə gözləyir? – Brayzadan sensasion açıqlama
Bu gün, 13:25
Kreml “zəif bənd” axtarışında - NƏ BAŞ VERİR?
Bu gün, 13:19
MİDA 2,4 milyon manata uşaq baxçası tikmək istəyir
Bu gün, 13:15
Nigardan Samirəyə sərt tənqid - “Soyadını dəyiş, səninki təlxəklik idi”
Bu gün, 13:14
Cümşüd Nuriyev "Vəhdət"dən qovulmasından elə şeylər danışdı ki... - Tahir Kərimli və Adəm İsmayılla...
Bu gün, 13:11
Nazir bu quruma sədr müavini təyin etdi - FOTO
Bu gün, 13:07
"Qara Cümə" endirimi yoxsa tələ? - "İstehlakçıların ən çox aldandığı gün"
Bu gün, 13:03
“Nehrə yağı satan Anaxanım xala hansı standartlara əməl etsin?" - Natiq Cəfərli
Bu gün, 13:01
Sosial şəbəkə barədə cəzalara etiraz edənlərə deputatdan cavab - “Mütləq soyunub danışmalısan?”
Bu gün, 12:52
İnam Kərimovun gözü qarşısında onları ittiham etdi - BÜTÜN QANUNSUZLUQLARIN BAŞINDA DAYANIRLAR!
Bu gün, 12:50
“Park Cinema”dan Azərbaycan dilininə qarşı hörmətsizlik - FOTO
Bu gün, 12:39
Ermənistan KTMT ilə vidalaşır? - “Nezavisimaya qazeta”
Bu gün, 12:37
“Tramp gedər, başqası gələr” - “Amma Zəngəzur dəhlizi çəkiləcək”
Bu gün, 12:35
Reyddə saxlanılan sərxoş sürücü “şəhid ailəsiyəm” deyərək özünü bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:31
Erməni stilisti öpüb, "müqəddəs" adlandırması tənqid olundu - BU NƏDİ BELƏ?
Bu gün, 12:26
Məmur atalarını işə salan övladlar... - ARAŞDIRMA
Bu gün, 12:22
"Keçmiş-"bitmiş" ideologiyanın ardınca "yüyürmək"lə mübarizə milli təhlükəsizlik məsələsidir" - "Sovetin vaxtında"...
Bu gün, 12:20
“AccessBank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:07
«REGİONAL» BOKT-nın idarəetmə strukturu dəyişdirildi - SİYAHI
Bu gün, 12:05
İş yoldaşının başına stəkanla vurub öldürən Möhsünü AĞIR CƏZA gözləyir
Bu gün, 11:52
Erməni qızdan etiraf - Biz əslində türkük
Bu gün, 11:50
“3+3” formatında görüşün Bakıda və ya İrəvanda keçirilməsinə nə mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Çinlilər Bakıda sabiq Baş nazirin köməkçisinin evindən seyfi oğurlayıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:36
Sahil Babayevin BÜDCƏ QAYÇILAMASI... onları da `VURDU`... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:29
“Mahnılarımdan heç bir qazanc əldə etməmişəm”
Bu gün, 11:25
“Ev uçub, icra başçısı “pul yoxdur” deyir” - 90 yaşlı şəhid anası ŞİKAYƏT ETDİ
Bu gün, 11:20
Paşinyan və komandası seçkiqabağı ehtiyat edir... - ŞƏRH
Bu gün, 11:09
DSX əsgərinin intiharı ilə bağlı qanunsuz əməllər üzə çıxdı - Komandir niyə azadlığa buraxılıb?
Bu gün, 11:05
Zəngəzur yalnız yol deyil: Qlobal güclər sıraya düzülüb - İNCƏLƏMƏ
Bu gün, 11:03
Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Bu gün, 10:57
Şərurda müəllim və valideynlər kütləvi ETİRAZ TƏDARÜKÜNDƏ... - NARAZILIQ VAR...
Bu gün, 10:50
General Yaroslav Moskalikin öldürülməsinin təfərrüatları məlum oldu - “Kommersant”
Bu gün, 10:44
Alimpaşa Məmmədovun məhkəməyə verdiyi iş adamı ÖLDÜ
Bu gün, 10:42
Ukraynada korrupsiya idarəsinin əməkdaşları Yermakın ofisində axtarış aparır
Bu gün, 10:38
Dubay şeyxinin azərbaycanlı keçmiş həyat yoldaşının həyatı təhlükədə - Zeynəb Cavadlı kömək istəyir
Bu gün, 10:27
““Bayatılar” ikimizin də mahnısıdır, durub dava salaq?” - Vahid Əzizdən Eldar Mansurova
Bu gün, 10:11
Məhkəmə tanışının xəstə qızına əxlaqsızlıq edən şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:07
Ramiz Mehdiyevlə Fatma Abdullazadə Tofiq Hacıyevə necə mane olmuşdular... - İLGİNC
Bu gün, 10:01
Ermənistan Konstitusiyası bu tarixdə hazır olacaq - KİV
Bu gün, 09:57
İcra başçısı qalib idmançılarla görüşdü - FOTO
Bu gün, 09:54
"AzNar" zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir - Fərhad Əhmədov maliyyəni dayandırıb
Bu gün, 09:43
Məhsulun yarı qiymətini FAİZ KİMİ YÜKLƏYİRLƏR... - "Bu qədər də insafsızlıq olmaz axı..."
Bu gün, 09:38
Bahalı təyyarə biletləri minlərlə turistin yolunu kəsdi - FAKT BUDUR
Bu gün, 09:31
Naxçıvanda məmurların zavalına gələn DUZ İSTEHSALI... - AXI NİYƏ?
Bu gün, 09:20
Moskvanın tək kilsə deyil, oliqarx planı da var - Görünəni odur ki...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru