Bakıda sərxoş vəziyyətdə avtomovbil idarə edən sürücü məsuliyyətdən boyun qaçırmaq üçün özünü bıçaqlayıb.
Teleqraf-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yaqub Məmmədov (ad-soyad şərtidir) dostları ilə restorandan çıxarkən içkili halda sükan arxasına əyləşib. Onun idarə etdiyi avtomobil Yasamal qəbiristanlığı yaxınlığında YPX əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman 1989-cu il təvəllüdlü Yaqub Məmmədov dostlarına maşından düşməməyi, məsələni özünün həll edəcəyini bildirib. YPX əməkdaşı sürücüyə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün maşını cərimə duracağına aparılacağını bildirib. Bu zaman şəhid ailəsi olduğunu qeyd edən 36 yaşlı sürücü mübahisə edib və özünə “BYD” markalı avtomobilində olan bıçaqla xəsarət yetirib, daha sonra isə hadisə yerindən uzaqlaşaraq dostları ilə birgə xəstəxanaya yollanıb.
İctimai təhlükəziyə qarşı cinayətdə ittiham olunan Y.Məmmədovun işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmə Yaqubun özünün qazi, atasının isə Kəlbəcərin işğalı zamanı həlak olmasının və himayəsində azyaşlı uşaqların olmasını yüngülləşdirici hal kimi qəbul edib. Əməlindən peşiman olduğunu bildirən təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 aiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəlb edilib.









