Fikrimcə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq.
Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər.
Təsadüfi deyil ki, Ermənistan rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməsələr də, təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər.
Elxan Şahinoğlu - "DİA-AZ"









