Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımlarına görə tənqid olunub.
Axşam.az xəbər verir ki, Şəfəq erməni stilist Georgi Kotun Soçidə keşirilən tədbirinə qatılıb. Tədbirdə 45 ölkədən 1500 iştirakçı yer alıb.
Stilistlər səhnəyə ölkələrinin bayrağı ilə çıxıblar. Şəfəq gecədə Azərbaycan bayrağı ilə səhnəyə çıxıb. O, görüntüləri sosial şəbəkədə paylaşıb. Videolardan birində isə onun Georgini öpməsi yer alıb. Sosial şəbəkədə isə onun erməni ilə səmimi görüntüləri tənqid edilib.
Şəfəq isə ünvanına yazılan tənqidlərə əhəmiyyət vermədiyini bildirib. O, sosial şəbəkədə erməni ilə görüntülərini tənqid edənləri "axmaq" adlandırıb.
Stilist erməni ilə fotosunu yayımlayaraq "Çox dəyərli müəllimim, mənim üçün müqəddəs adam. Səndən dönmərəm, əziz müəllimim. Mənə iki ci nəfəs verən, uğur gətirən, məni hər kəsin yanında uca, hörmətli tutan insan. Ölkələr arasında ayrıseçkilik görməyən insan, ürəyi brilliantım. Bəli, müəllim tələbə üçün ilahi bir insan olmalıdır" sözlərini yazıb.









