Rusiyanın Stavropol diyarında yaşayan erməni qadın əslində türk olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, qadının bu etirafı sosial şəbəkələrdə yayılıb.
“Mən erməniyəm, Stavropolun balaca bir kəndindənəm və bu kənddə yaşayan ermənilər hansısa türk dilində danışırlar. Məni erməni kilsəsində xaç suyuna çəkiblər, amma uşaqlıqdan böyüklərdən türk dilində nağıllar eşidirəm. Əcdadlarım bir neçə əsr əvvəl bu kənddə məskunlaşıblar. Onlar erməni identikliyini qoruyub saxlasalar da, dillərini unudublar. Tərəf seçməyə məcbur deyiləm. İdentikliyim kompleksli ola bilər. Belə bir nəzəriyyə var ki, guya biz türkdilli xalqların arasında yaşamışıq, onlar da bizə bu dili məcburi yeridiblər və beləcə biz də erməni dilini unutmuşuq. Amma Rusiyada bu qədər vaxta qədər erməni dilinə qayıda bilərdik axı. Mən linqvistəm, ingilis və Çin dilini öyrənmişəm, amma erməni dilini öyrənə bilmirəm. O zaman necə erməni oluram?”, - qadın bildirib.
Qeyd edək ki, islamı qəbul etməyən alban tayfalarından bəziləri sonradan kilsələrin haylara verilməsi ilə erməniləşməyə məruz qalıblar.









