“Azərbaycan anasına, hamilə qadına, bacısına, əlləri zorla silah tutun oğluna, qorxu içində, göz yaşı içində azyaşlı uşağına qalxan əlləri alnıma güllə dirəsələr də qol qaldırıb qucaqlamaram. Nə dünən, nə bu gün, nə də nəfəs aldığım həyat yolunun heç bir saniyəsində. Soyadını dəyiş, sən heç də Əfəndi deyilsən”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad sosial media hesabında yazıb.
O, Samirə Əfəndinin yarışda erməni içtirakçısını qucaqlamasını normal qarşılamayıb:
“İctimai qınaq nədirsə, yaşamışam. Qınamazadım da, amma sən mənim yerimdə olsaydın, mənim kimi xaricdə yaşayan Azərbaycanlılardan olsaydın, hər gün erməni görürdük biz. Onlardan gələn yaxşılıq belə o qədər lənətlidir ki, biz onların yaxşılıqlarına belə yaxınlaşmazdıq. Ədalət dedin: Hanı sənin şəhid analarına, şəhid qanına olan ədalətin? Körpəyə, hamiləyə olan ədalətin? Çıxdın iki dəfə dəfə efirə özünü mühim beynəlxalq sülhməramlımı zənn etdin? Sən o dərəcədə savadlı bir fiqur deyilsən. Sülhü dövlətimiz şükürlər olsun özü bərpa etdi. Səninki isə sadəcə olaraq təlxəklik idi. Əfsuslər “Əfəndi”.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsif qismində müğənni Samirə Əfəndi təmsil edib. O. Ermənistandan gələn iştirakçı Saro Gevorkyana maksimal 12 bal verib. Nəticələr elan olunarkən S.Əfəndinin S.Gevorkyanı səhnədə qucaqlaması isə bir çoxlarını hidddətləndirib.









