Xəbər verdiyimiz kimi, Vəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev Partiyadan xaric edilib. Bu məsələ partiyanın qurucusu Tahir Kərimli və sədr Adəm İsmayılla Cümşüd Nuriyev arasında qalmaqala səbəb olub.
KONKRET.az məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevlə əlaqə saxlayaraq, onun fikirlərini öyrənməyə çalışıb. Nuriyev bu məsələnin onun üçün qapandığını deyib:
“Mən bu mövzuya qadağa qoymuşam və heç bir suala cavab vermək istəmirəm. Ancaq deyə bilərəm ki, Adəm İsmayılla heç bir problemim yoxdur. Ümumiyyətlə, Tahir Kərimli ilə də problem yaşamamışam. Sadəcə bir dost kimi Tahir Kərimlinin fikirlərinə münasibət bildirmişəm. Məni partiyadan xaric etməkləri problem deyil. Məni narahat edən heç bir şey yoxdur. Bu, Tahir Kərimli ilə mənim aramda olan mövzudur. Partiyanın missiyası isə vəhdətçilikdir. Hər ikimiz fikirlərimizi söylədik, artıq mən dayandım. Odur ki, kim nə istəyir danışsın, necə istəyir qəbul etsin”, – Nuriyev vurğulayıb.









