Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı .....                     "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." .....                     DSMF 4 ədəd pikap tipli avtomobil alır .....                     Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil .....                     Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur .....                     Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? .....                     Günel Bəhramqızı şöbə rəisi təyin edildi .....                     Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir .....                     “Dedi ki, sakinlər məni öldürür, pulu ver” .....                     Xalq artistimizdən təqdirəlayiq JEST: .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi .....                     Türk ekspertlərdən iddialar .....                     Milli Məclisdə büdcə müzakirələri davam edir .....                     Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi .....                     "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                     Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü .....                     Trampın oğlu Ermənistana səfərini ləğv edib .....                     Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI .....                     Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib .....                     SOCAR-ın başbilənləri üçün TAMPACA .....                     Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... .....                     “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır .....                     İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... .....                     Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                 

Elbəyi HƏSƏNLİ
Tarix: 21-04-2025, 12:44 | Çap et
Elbəyi HƏSƏNLİ
Hakan Fidan-Ərdoğanın sirr dağarcığı: "Uzun boylu kubar, casus-diplomat”


Rusiyada post-Putin, Türkiyədə isə post-Ərdoğan dönəminə hazırlıq gedir. Həm yerli, həm də beynəlxalq mediada xələflər haqqında müxtəlif məlumatlar yayır. Bu yazıda post-Ərdoğan dövründə Türkiyəni yönəldəcəyi ehtimal olunan birisində söhbət açacağıq.
Türkiyənin “duvarenglish.com” saytı hələ 2023-cü ilin sentyabrında bu məsələyə toxunmuşdu. Nuray Babacan o vaxt belə yazmışdı: “Partiya daxilində prezident Ərdoğandan sonra növbəti AKP lideri kimi əsasən üç nəfərin adı çəkilir: Ərdoğanın kürəkəni və Baykarın ortağı Səlcuq Bayraktar, xarici işlər naziri Hakan Fidan və millət vəkili, keçmiş daxili işlər naziri Süleyman Soylu”. Yazar onlardan yalnız Süleyman Soylunun xalq arasında populyar olduğunu vurğulayır. Ancaq bu da faktdır ki, Qərb və Rusiya mediasında Ərdoğanı əvəz edəcək şəxs kimi Hakan Fidanın adı sıx-sıx çəkilir.
Elə oradan başlayaq ki, Nuray xanımın sözügedən məqaləsində deyir ki, cənab Fidan hərbçi olaraq “kəşfiyyat şefi” kimi uğur qazanıb. Bu uğurun sivil siyasətə transformasiyası isə onu bu rəqabətdə xeyli irəli çıxarda bilər. Proseslərin gedişi gösrtərir ki, bu proqnoz sürətlə reallaşır. Cənab Fidan artıq Ədalət və İnkişaf Partiyasının (AKP) lideri və Türkiyə prezidenti kimi Tayyib Ərdoğanın mümkün varisi kimi görünür.
Ona görə də bu yazıda Hakan Fidan fenomeninin bəzi xüsusiyyətlərinə diqqət edəcəyik.
Hakan Fidan (1968) 2023-cü ilin iyun ayından Türkiyənin xarici işlər naziri vəzifəsini icra edir. Əslində isə o, diplomatik aləmə yad fiqur deyildi. Hakan Fidan hələ 2007-ci ildə Baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsinə təyin olunub. O, 2010-2023-cü illər arasında MillГ® İstihbarat Teşkilatının (MİT. 1965-ci ildə yaranıb) direktoru olub. O, bu vəzifəyə təyin olunmuş ən gənc (42 yaşında) məmur sayılır. ABŞ-ın nüfuzlu “Forbes” yarnalı belə yazır: “Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat məlumatı toplama və təhlil imkanlarını, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüdü”.
O, ata tərəfdən vartolu kürddür, Həsənan tayfasındandır. Onun anası isə Dənizlidən olan türkmən qızıdır. ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" mövzusunda magistr dərəcəsi almışdır. Hacəttəpə universitetlərində də elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında çalışan Fidan 2003-2007-ci illərdə Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı oldu. TİKA Türkiyənin yumşaq gücünün artmasında mühüm rol oynayıb. Dünyanın müxtəlif yerlərində müxtəlif inkişaf layihələri həyata keçirməklə Türkiyənin humanitar və məsuliyyətli qlobal aktor kimi imicinin təbliğinə kömək edib. Əsasən türk, Afrika, Yaxın Şərq ölkələri ilə müxtəlif layihələr həyata keçirib.
Almaniyanın məşhur “spiegel.de” saytı 2018-ci ilin sonlarında “Der Mann, der alles über Khashoggis Sterben weiГџ” (Camal Qaşıqçı haqqında hər şeyi bilən adam) adlı məqaləsində yazırdı ki, Hakan Fidan həm də Tayyib Ərdoğanın mühafizəsi ilə bağlı məsləhətçi kimi qismində çalışıb.
Fidan Türkiyənin Bəşər Əsəd rejiminə qarşı döyüşən suriyalı üsyançılara aktiv dəstək verməklə bağlı regional strategiyasının formalaşmasında mühüm rol oynayıb. O, MİT rəhbəri kimi Türkiyənin İsrail və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sahəsində əməkdaşlığına önəm verdi. Ancaq İranla da əməkdaşlıq etdi. 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi zamanı Fidan etirazın yatırılmasında Ərdoğana yardımçı olmaqda mühüm rol oynayıb. 2017-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı zamanı o, Türkiyədə həyata keçirilən siyasi təmizləmələrdə adı keçən Gülən Hərəkatının tərəfdarı olduğu iddia edilən 300 nəfərin siyahısını Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kala təqdim etdi. O, 2022-ci ilin sentyabrında Bağdadda İraq Parlamentində sünni blokundan Hamis Hancerə ilə bir araya gəldi və İraq prezidenti Baram Salih ilə də görüşdü.
Cənab Fidan Kürdüstan Fəhlə Partiyası (PKK) ilə gizli sülh danışıqlarına cəlb edilmişdi və bu danışıqlara görə 2012-ci ildə dövlət ittihamçısı onun barəsində araşdırma aparmaq istəyirdi. Lakin Rəcəb Tayyib Ərdoğan prosesə müdaxilə etdi və istintaq araşdırmasına imkan vermədi. Daha sonra Abdullah Öcalanla danışıqların aparılması ona həvalə edildi. Qərb mənbələri onu da yazır ki, Tayyib Ərdoğan hökuməti Hakan Fidan üzərindən İranın Qərb sanksiyalarından yayınması və gizli qara bazara yol tapmasına yardım göstərib.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə 2022-ci il iyulun 22-də Rusiya və Ukrayna arasında imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü işində də Hakan Fidan ciddi rol oynayıb. Bu saziş Rusiyanın Ukraynaya hərbi təcavüzü ərzində Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasını təmin edib.
2023-cü ilin sentyabrında Azərbaycan separatçı və qondarma Artsaxa qarşı anti-terror əməliyyatı həyata keçirdi. Hakan Fidan Azərbaycana diplomatik dəstək verdi və Azərbaycanın hərbi əməliyyatının “əsaslı” olduğunu və “Azərbaycanın öz suveren ərazisində lazım bildiyi tədbirləri gördüyünü” bəyan etdi.
ABŞ hökumətinin Suriya üzrə xüsusi elçisi olmuş Ceyms Cefri Hakan Fidanı “yeni Yaxın Şərqin yeni siması” adlandırıb. Prezident Ərdoğan isə onu “bütün sirlərin qoruyucusu” sayır.
O, İran İnqilabı Keşikçiləri Korpusunun elit birliyi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymani ilə sıx əlaqələr qurub. Hətta 2010-cu ildə ABŞ Fidanı Amerika və İsrailin kəşfiyyat məlumatlarını Tehrana gizli şəkildə ötürməkdə ittiham edib.
Fidan Türkiyənin xarici siyasətinin ən kritik məsələlərinə dərindən bələddir. Və bu amil onun gücünə güc qatır, ona böyük üstünlüklər qazandırır.
Belə görünür ki, Ərdoğan Türkiyənin təhlükəsizlik, iqtisadi və enerji maraqlarını prioritet bildiyi praqmatik yanaşmanı izləyən hazırkı xarici siyasətini davam etdirmək niyyətindədir.
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında geosiyasi maraqlarını tarazlaşdırmaq strategiyasını davam etdirir. Bu kontekstdə Türkiyənin Ukrayna və Kremllə yaxşı münasibətləri var, eyni zamanda Türkiyə Rusiyanı konstruktiv şəkildə əlaqə saxlaya biləcəyi tərəf kimi görür.
Ankara və Moskva “Türk axını” təbii qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası kimi infrastruktur təşəbbüsləri üzərindən əməkdaşlıq edir. Türkiyə Rusiyanı Türkiyə vasitəsilə Avropaya bağlayan “Türk axını” boru kəməri ilə Avropanın qaz mərkəzinə çevrilməkdədir. Bu əməkdaşlıq həm də iki ölkə arasında iqtisadi əlaqələrin artmasına səbəb olub.
Nəzərə alsaq ki, Fidan uzun müddət MİT-in rəhbəri olub, bu o deməkdir ki, o, daxili, regional və beynəlxalq hadisələrlə bağlı kritik mövzular və məsələlərlə bağlı etibarlı məlumatlar əldə edib. Bu da onu xarici işlər naziri kimi Türkiyənin maraqlarını inkişaf etdirmək üçün unikal bir mövqe qazandırıb.
"Onun bir neçə region ölkəsi ilə yaxınlaşma və normallaşmaya nail olmaq üçün arxa qapı diplomatiyasına cəlb olunması o deməkdir ki, o, öz irsi üzərində dayanacaq və Türkiyənin regional və beynəlxalq oyunçularla əlaqələrini inkişaf etdirəcək. Bəzi regional və ya beynəlxalq məsələlərdə tələb olunan yumşaq və ya sərt diplomatiya olsun, o, bu rolu oynamaq üçün yaxşı mövqedədir".
Hakan Fidan Türkiyənin Qərb tərəfdaşları ilə yaxşı həmsöhbət ola bilər. Türkiyənin kəşfiyyat təşkilatının rəhbəri kimi o, təhlükəsizlik və xarici siyasət məsələləri ilə bağlı geniş biliyə və təcrübəyə malikdir. Elə buna görə də onu “doktor Fidan” adlandıranlar da az deyil.
Fidan siyasi vəzifəyə qədər casusluq məktəbi keçmiş ilk məmur deyil. Rusiya prezidenti Vladimir Putin KQB məktəbi keçib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışmış ABŞ-ın keçmiş prezidenti Corc Volker Buşun (2001-2009) karyera trayektoriyalarını xatırlatmaq kifayətdir. Bu mənada Hakan Fidanın da prezident olmaq şansı var.
ABŞ-ın keçmiş dövlət katibi, Mayk Pompeo da Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru idi. Yəni ABŞ tarixində də belə şeylər olub.
AKP-nin xarici siyasət komandasının mühüm üzvü olan Fidan (bəziləri onu xarici işlər naziri təyin olunmuşdan çox-çox əvvəl “kölgədəki xarici işlər naziri” kimi təqdim edirdi. Qərb mənbələri yazır ki, 2023-cü ildən əvvəl də o, xarici işlər naziri olmağa cəhd etsə də buna nail olmamışdı. O, Abdullah Gül və Əhməd Davudoğlu ilə yaxın idi. Gül 2007-ci ildə prezident olanda Fidan onun administrasiyasında vəzifə üçün nəzərdə tutulmuşdu. Əvəzində Fidan Davudoğlunun rəhbərliyi altında baş nazirlikdə yerləşdirildi və o, həssas məsələlərlə bağlı təcrübə qazandı. O, ABŞ və İran arasında kəskin gərginlik dövründə Türkiyənin Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi vəzifəsində çalışıb.
“The Financial Times” Hakan Fidanı "uzun boylu kübar, casus-diplomat” adlandırıb. Adıçəkilən qəzetə müsahibəsində o, kəşfiyyatdan qlobal diplomatiyaya keçidini obrazlı şəkildə belə ifadə etmişdi: “Əvvəl mən böyük bir təşkilatı idarə edirdim, indi isə bir təşkilat məni idarə edir”.
Hakan Fidan ailəlidir və üç övladı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54
"BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49
DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42
Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39
Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36
Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35
Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33
“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31
Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24
2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21
Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34
Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru