REAL partiyasının sabiq sədri İlqar Məmmədov cərrahiyyə əməliyyatı olundu.
Bakupost.az xəbər verir ki. siyasətçi bu barədə sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Dünən bir gözümdən əməliyyat olundum. Torlu qişanın qopması səbəbilə. Bugün artıq evdəyəm, amma bir müddət ekrana tək gözlə çox da baxa bilməyəcəm. Həm də müalicə-bərpanı davam etdirirəm. Yaxın həftələrdə burada yazılarım olmasa səbəbini bilirsiniz. Görmənin təxminən 3 həftəyə qayıdacağını deyirlər. Sağlamlığınızı qoruyun. Hamınıza uğurlar arzulayıram”.









