Bu gün Eçmiədzində II Qareginin sədrliyi ilə Ali Ruhani Şuranın toplantısı keçirilib.
Publika.az “Hraparak”a istinadla xəbər verir ki, görüşdə kilsənin daxili həyatı ilə bağlı məsələlər və narahatlıqlar müzakirə olunub. İclasdan sonra keşiş Ananiya jurnalistlərlə söhbətində görüşün əsas mövzusunun monastır həyatındakı mövcud vəziyyət olduğunu qeyd dib.
Onun sözlərinə görə, müzakirələr son günlər kilsə mühitində mövcud olan məsələlərlə bağlı olub.
"Biz narahatlıqlarımızı və bu gün faktiki olaraq baş verən hər şey haqda danışdıq. Bundan sonra mövqelərimizi bildirəcəyik", - o vurğulayıb.
Arxiyepiskop həmçinin assambleyada baş nazir Nikol Paşinyanla görüşmüş bir neçə yepiskopun xaric edilməsinin mümkünlüyünün müzakirə edilməsi ilə bağlı şayiələrə də cavab verib. Arxiyepiskop Ananiya bu məlumatı tamamilə təkzib edərək, onu əsassız adlandırıb.
"Belə bir şey ağlımızdan belə keçməyib. Bu, bizim səlahiyyətimizdən kənardır və belə bir məsələyə heç vaxt baxılmayıb", - o əlavə edib.









