Sosial şəbəkə istifadəçisi Vusale Bayramli özünün "Facebook" hesabında Azərsu ASC-nin Birləşmiş Sukanal MMC-yə üsyan edərək xeyli müddətdir içməli suya belə həsrət qaldıqlarını, probleminsə əsasən yay fəsli girəndən bəri başladığını qeyd etməkdədir. "DİA-AZ" narazı vətəndaşın "Müştəriyəm Şikayətim var" qrupundakı paylaşımını təqdim edir:
"Əhmədli ərazisində Lütfizadə küçəsi 10 gündür 2 saat su verilir. "Qaynar xətt"ə yığıram deyir yay mövsümüdür...
Bunu necə başa düşək? Siz yayda su işlətmirsiz? Yoxsa siz məzuniyyətə çıxırsınız deye suyu da tətilə göndərirsiz?"