Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə neft çalışanlarından birinin şikayətini ictimailəşdirib. "DİA-AZ" xəbər verir ki, SOCAR İnformasiya Texnologiyaları Rabitə İdarəsinin (İTRİ) işçisi Vusal Nadirova istinadla NHMT sədri belə yazır:
"SOCAR İnformasiya Texnologiyaları Rabitə İdarəsi...
Bu ilin aprel ayının sonlarında Zığ şosesində yerləşən binaya köçürülüb. İş yerimizin dəyişdirilməsi nəqliyyatla təmin olunmamızda ciddi çətinlik yaradıb. İşçilər üçün ayrılan avtobus köhnə olduğu üçün tez-tez xarab olur, kondinsionersizdir , və s. Bu da isti aylarda bizim üçün ciddi problem yaradır.
Nəzərə almaq lazımdır ki,bizim mərkəzin 5 işçisi "20 Yanvar" metrostansiyası istiqamətindən gəlir və avtobus olmayanda biz hər gün əlavə 2-3 manat nəqliyyat xərci çəkirik.
Təəssüf ki, dəfələrlə işçilər öz narazılıqlarını bildirsə də, problem hələ də həllini tapmayıb..."