Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                 

Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Tarix: Bu gün, 11:15 | Çap et

Siyasət yaşamımda qarşı-qarşıya durub savaşdığım iqtidarlar cəbhəsindən təsadüfən hansısa böhtan və təhqirlərlə qarşılaşdım. Həqiqətən nəhəng dövlət adamı olan Heydər Əliyev qədər mənim sərt üslubuma dözümlü yanaşan ikinci bir şəxsiyyətlə rastlaşmadım. Bütün təhqirlər, böhtanlar, qarayaxmalar çiyin-çiyinə mübarizə apardığım hərəkat, partiya yoldaşlarımdan gəldi. Halbuki məni siyasətdən uzaqlaşdırmaq məqsədi ilə döyüş bölgəsinə hərbi xidmətə göndərmək ideyası da bu insanlardan gəlirdi: iqtidar qarşısında şərt qoymuşdular ki, AXCP-nin “Yurd” qanadının iqtidarla gizli əməkdaşlığı üçün əsas maneçilik törədən şəxsi zərərsizləşdirməsəniz, birlikdəliyimiz baş tutmaya bilər!

Və bunu da gerçəkləşdirdilər. Lakin geri dönüşümdə gözlədiklərinin əksinə bir proses baş verdi. Dərhal Elçibəyçi Xalq Cəbhəsinə gəlib mübarizə dostlarımla halallaşdım, Xalq Cəbhəsi adından, Elçibəy adından heç vaxt istifadə etməyəcəyimi, bu təşkilatdan kimsəni özümlə aparmayacağımı və tamamilə yeni siyasi partiya yaradacağımı bəyan etdim. Siyasət əxlaqının bundan sağlam nümunəsi varsa, bu böhtançı şəbəkəsi məmnuniyyətlə dərhal mənə xatırlada bilər.

Böyük Quruluş Partiyasının qurucu toplantısında da bir fikri səsləndirdim: “Mənim liderim və müəllimim Elçibəy üç ildir ki, dünyasını dəyişib, ayrı-ayrı onun siyasi mirasını üzərinə götürdüyünü iddia edən liderlər yeniləşmə potensialına sahib deyildir, ona görə də biz bu mirasi onlara buraxaraq Azərbaycan naminə faydalı olan hansı taktiki addımlar varsa, onu da atacağıq. Artıq mənim öhdəliyim millətimin, dövlətimin, partiya üzvlərinin qarşısındadır. Və bir partiya lideri olaraq elə bir siyasət aparacağam ki, hansısa üzvümüz həbsxanada çilə çəkməyəcək, dövlətimizin güclənməsi, millətimizin aydınlanması üçün konstruktiv müxalifət missiyasını öz üzərimizə götürəcəyik. Hər məsələdə dialoqa önəm verəcək, Azərbaycan dövlətinin faydasına olanları kimin etməyinə baxmadan dəstəkləyəcək, zərərinə olaları isə tənqid edərək düzəldilməsinə çalışacağıq”.

Bu qədər şəffaf və dürüst davranış keçmiş hərəkat və cəbhə üzvlərini qane etmədi. Çünki alışmışdılar, dəyərli liderimiz Elçibəy Bütöv Azərbaycanın tezliklə qurulacağına inandırmışdı, dəyərli İsa Qəmbər: “Qələbə”yə qədər siz gəlin, sizi qələbəyə mən aparacam" demişdi; Əli Kərimli də deyirdi ki, ABŞ-dan, Avropadan söz veriblər ki, dağılışmayın, yaxınlarda bu iqtidarı götürüb hakimiyyəti bizə hədiyyə edəcəklər. İndi durub bu vədlərə inanmış hərəkatçıya, cəbhəçiyə deyəndə ki, Azərbaycanın taleyini, gələcəyini burada, bu məkanda, bu iqtidarla, bu müxalifətlə, üstəlik də maarifçilik mərhələsini keçməmiş bir xalqla demokratik cəmiyyət qurmanın çətinliklərini düşünərək çözməliyik, dərhal dönüb xəyanətdən, satqınlıqdan danışırlar. Ancaq uydurduqları əqidə adı ilə yanlış siyasət izləməklə mühacirətə, həbsxanaya, məhrumiyyətə göndərdikləri əksəriyyəti səmimi olan bu insanların taleyinə görə məsuliyyət daşımaqdan yayınırlar. Üstəlik də 2020-ci ildə Azərbaycanın bötüvləşməsinin mahiyyətini oxuya bilmədilər və yeni siyasi kurs izləməyə zəkaları və cəsarətləri çatmadı.

Ancaq sevindiricidir ki, məmləkətdə Ədalət Tahirzadə kimi də çevik insanlarımız var. Bir yerdə sadiq hərəkatçı kimi, digər yerdə siyasətdən uzaq ziyalı kimi, başqa yerdə də fədakar bir tədqiqatçı kimi görünə bilir. Və arada bizim də izlədiyimiz yolla bağlı iradlarını bildirərək ötən əsrin Meydanına qayıtmağı tövsiyə edir. Və bəlkə də unudur ki, o Meydanda artıq yeni reallıqlar yaşanır: Azərbaycan-Türkiyə-Pakistan birgə Zəfər Paradı keçirir. Və hələ də qəbul etmək istəmir ki, bu həm də Məhəmməd Əmin bəyin, Əbülfəz bəyin ruhlarının sevinclə iştirak etdiyi bir Zəfər Paradıdır.

Ötənlərdə yazmışam ki, Ədalət bəy Tahirzadə Meydan hərəkatı ilə bağlı yazdığı kitabda çıxışımı verir, ancaq adımı qeyd etmir. Əlbəttə, bunu təsadüfi saymadığımı da vurğulayıram. Cavab qismində adam deyə bilər ki, bu sırf təsadüfdür və növbəti nəşrlərdə düzəltmək mümkündür. Çünki tədqiqatçı əxlaqı deyilən bir anlayış var, gərək problem və prosesin ən əhəmiyyətli detallarını araşdırmağa səy göstərəsən.

Misal: Mərhum Nəsiman Yaqublu "Milli Azadlıq Hərəkatının Ensiklopediyası"nı hazırlarkən bir neçə dəfə zəng edərək o hadisələrin demək olar ki, böyük əksəriyyətinin təşkilatçısı və ya iştirakçısı olduğumdan bildiyim, saxladığım materialları ona verməyimi xahiş etmişdi. Mən də bütün əlyazmaları, mətnləri, çıxışları ona təqdim etmişdim və sonra da hamısını geri qaytarmışdı. Allah ruhunu şad etsin, maraqlı bir kitab ərsəyə gətirmiş oldu. Eyni işi Ədalət Tahirzadə də görə bilərdi, ancaq bu addımına mane olan çox ciddi bir səbəb varmış.

Yazır: "O tarixdə mən kimdim, Fazil bəy kimdi? Mən Akademiya Əlyazmalar İnstitutunda şöbə müdiri olan 37 yaşlı alim, Fazil Mustafayev isə hələ universitetdə oxuyan, necə deyərlər ağzının sarısı getməmiş bir tələbə! Mən onu tanımağa borclu idimmi?".

Əlbəttə, borclu deyildin hörmətli Ədalət bəy! Ancaq yazılan kitabın obyektivliyi üçün bütün faktları araşdırmağa, dəqiqləşdirmə aparmağa borclu idin. Həm də 1992-ci ilədək onlarla belə faktlar mənim arxivimdə yer almaqdadır və yaxın tariximiz üçün olduqca faydalı ola bilərdi. Açığı mən sizin 37 yaşda alim olmanızdan hələ “ağzının sarısı getməmiş” bir tələbə olaraq xəbərsizdim, ancaq hər dəfə Xalq Cəbhəsi sədrinin müşaviri kimi "Azadlıq" qəzetinə baş çəkəndə dəhlizdə böyük jurnalist Nəcəf bəyin hərflərin düzülüşündən başqa əsaslı bilgisi olmayan Ədalət Tahirzadə adlı müavinin əlindən redaksiyanın yetkin yazarlarının necə zinhara gəldiyinin söhbətlərdə qulaq şahidi olurdum. Yəni ona görə gülürəm ki, bu şəxsin 37 yaşda alim olduğunu bilməməklə nə qədər böyük qəbahətə yol vermişəm.

Bu mövzuya niyə izah verməyi düşündüm? Əvvəla özünü başqa bir əda ilə alim adlandırması açığı bir az qəribəmə gəldi. Siyasətdən uzaq olduğunu vurğulayan Ədalət Tahirzadə nədənsə bu kiçik yazısında həm də ciddi siyasi dəyərləndirmələr təqdim edir. 74 yaşlı (Allah daha uzun ömür nəsib etsin!) AVRASİYA Universitetinin professoru (!!!), filologiya elmlər namizədi, ədəbiyyat siyahısında elmi sayılacaq bircə əsərinə belə rast gəlmədiyim hörmətli Ədalət Tahirzadə, fürsət düşmüşkən bu statusunda öz tədqiqat mövzusundan uzaqlaşaraq “bir zamanlar eyni cəbhədə vuruşduğu, sonra cəbhəsini dəyişmiş Fazil Mustafa"dan bəhs edir. Həm də yazır ki: "Fazil bəyin adaptasiya olunduğu dövrə də tranformasiya olmamışam. Ancaq ideologiyam həmişə olub və indi də var- Rəsulzadə və Elçibəyin bizə miras qoyduqları milli ideologiya! Bu ideologiyaya bir an belə xəyanət etməmişəm və etmərəm də! Mənə partiya başqanı kimi sərbəst fəaliyyət imkanı verilsə də, məni deputat qoysalar da, maddi durumumu yaxşılaşdırmaq üçün qapıları geniş açsalar da!"

Türk şairi Özdəmir Asafın bir gözəl deyimi var: "Tumurcuqlamayan ağaca odun deyərlər".

Maraqlıdır, Ədalət Tahirzadə indi vuruşduğu cəbhənin hansı yerindədir. 1993-cü ildə qaldığı yerdəmi? Meydanlarda görmürəm, etiraz pamfletlərinə rast gəlmirəm, bəs bu dəyərli mücahidimiz harada donub qalmış? Bəlkə heç vaxt xəyanət etmədiyini düşündüyü milli ideologiya üzərindən o cəbhənin səngərini göstərsin qayıdıb onunla bir səfdə ölümünə savaşmağa davam edək? Ziyalı donunda qaragüruha yalmanan bu məxluqların 2020-ci ildən sonra da dəyişən Azərbaycan reallığında 1993-cü il ağlında israrla qalmasının fəxarətini daşıyan mazoxizmlə görəsən hansı Azərbaycana fayda verməyi düşünürlər? Təəssüf ki, milli azadlıq hərəkatı xalqımız üçün çox dəyərli şəxsiyyətlərlə yanaşı hələ də cəmiyyətimizin havasını korlayan onlarla məişət tullantısı yetişdirib. Ağır bir ifadədir, ancaq dünyanın yeniləşdiyi, dəyişdiyi bir vaxtda “mənim ağlım işləmədiyinə görə dəyişməyəcəyəm!” deyib israr edənlərin hamısının da arxasında gizləndiyi bir söz var: əqidə. Ancaq bu sadəcə sözdən ibarətdir. Reallıq isə 2020-ci ildən sonra başlayan ərazisini bütövləşdirən Azərbaycan üzərindən gələcəyə baxışdır. Sizdə olan əqidənin başqa bir növü daha güclü şəkildə “Artsax” deyib bağıran ermənidə də vardı, artıq Azərbaycanın yaratdığı reallığı diqqətlə analiz edib geri dönüş istəmirlər! İndi sizin ağlınıza görə onlar da əqidədən döndüklərinə görə Ermənistana xəyanət edirlər?

03436180-e305-45cf-b99c-103a116dc4da.jpeg (107 KB)

Erməni erməniliyi ilə Azərbaycanın yaratdığı reallığı qəbul edib Vaşinqtonda sənəd imzalayır, Ədalət Tahirzadə hələ də Dino Butsattinin “Tatar çölü” romanının qəhrəmanı kimi girişi-çıxış sonda özünə qayıdan səngərdə əzəmətli mübarizəsini davam etdirir. Doğrudur, əvvəllər bir səngərdə idik, ancaq Ədalət bəyi və onun səmazən dəstəsini inandıra bilmədim ki, bu səngərdə səma rəqsi oynamanın bir anlamı qalmamış. İndi hansısa sehirli xalat icad edib bunları 1993-cü ildən 2025-ci ilə gətirmək mümkündürmü?

Yeri gəlmişkən, hörmətli Ədalət Tahirzadə, bəlkə bir də dəqiq xatırlayasınız, doğrudanmı bu iqtidardan maddi və mənəvi dəstək istəməyi həmişə xəyanət, əqidəsizlik hesab etmisiniz? 74 yaşında yaşlı bir insanı, həm də faydalı tədqiqatları olan bir ziyalını zərrə qədər rəncidə etmək istəmirəm və etməyəcəyəm də! Sadəcə iç-içə olduğun qaragüruhun rəğbətini qazanmaq üçün bu cür gəlişigözəl bəyanatlar səsləndirməkdən uzaq durub faydalı işlər görməyə çalışmanı həqiqətən çox arzulayıram. Yazdığın mətndə eyham vurduğun hər hansı bir insanın ağzının sarısı tez-gec özlüyündən çəkilər, ancaq şəxsimə qarşı sayğısızcasına irad səsləndirənin ağlının yarısı gedəndə onu əsla qaytarmaq olmaz. Yaxın günlərdə sizə “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” kitabımı mübarək imzamla Sizə göndərəcəyəm ki, böyük şəxsiyyətlərimiz olan Rəsulzadənin və Elçibəyin hər hansı “milli ideologiya” yaratmağını bir daha dəqiq anlayasınız. Rəsulzadəni və Elçibəyi əzbərləməklə olmur, onların yeni çağa uyğun gələn tezislərini seçib ayıra bilməsəniz, bu mirasa da “dəyişməz milli ideologiya” adı altında əməlli-başlı zərər vuracaqsınız. Kitab hədiyyəmi qəbul etsəniz, çox sevinərəm.

Gec də olsa 60 illik yubileyimi təbrik etdiyinizə görə minnətdarlığımı bildirirəm. Çünki tərəfinizdən bu böyük cəsarət tələb edən addımdır və buna görə qaragüruhun ittihamları qarşısında əzmkar duruş arzulayıram.

Gələcək işlərinizdə uğurlar və can sağlığı diləyi ilə!

Dərin hörmətlə: heç vaxt özünü alim adlandırmayan, Antarktika Universitetinin prosessoru olmağı ağlının ucundan keçirməyən, sadəcə fəlsəfə üzrə fəlsəfə doktoru ünvanını daşıyan Fazil Mustafa.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru