"Şikayətim "Sürət Kargo"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Vüsalə Hacıyeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mərkəzi anbarları Naxçıvandadı, Türkiyə sifarişləri ora çatdırılır, ordan da çeşidlənib 5-7 gün ərzində təyyarə ilə Bakıya çatdırılır. İlk sifarişimdə 7 gün tamamlandı, dedilər bağlama barədə məlumat yoxdur, itib-batıb... nə olub, bilinmir, araşdırılacaq. Dedim, 200 qramlıq bağlama deyil, 5 kq-lıq bağlama necə itə bilər. "Antiinhisar"la hədə-qorxu gəldim bunlara... 5 dəqiqə sonra sms geldi ki filialdadı, gəl təhvil al. Eyni vaxtda başqa sifarişim var idi, o da 1 həftədir yolunu gözləyirəm, dedilər 5-7 günə çatdırılacaq Bakıya. Bu həftə sonu üçün dedilər, çatdırılacaq. Mən də həvəslə gözləyirdim, bayaq yazmışam ki status nədi, deyir hələ yola salınmayıb, gələn həftə çatacaq. Bu ne özbaşınalıq, nə məsuliyyətsizlikdir? Hətta "Starex" belə bunlardan dəqiq işləyir. Yazışmaların hamısını atacam, görün, bunların işbilməzliyini..."










