Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir .....                     Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... .....                     AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... .....                     LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... .....                     Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi .....                     Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                     Əliyevin ZƏFƏR YÜRÜŞÜ... .....                     Burda sığorta olundunsa... BATDIN! .....                     ABŞ-nin ŞATDAUN QAYĞISI .....                     `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır .....                     Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI .....                     Keçmiş deputatın şirkəti XALQA QARŞI... .....                     Qalıcı sülh iradəsinin ehtişamı .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ .....                     Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI .....                     GDU nə idi ki... nəzdindəki də nəsə olsun... .....                     Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” .....                     Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi .....                     Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                 

Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:24 | Çap et

Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad Azərbaycanın döyüş meydanında qazandığı qələbənin diplomatik masada möhkəmləndirilməsi – legitimləşdirməsinin də simvolu idi. Çünki masada güclü olmağın, bütün diplomatik uğurların arxasında güclü ordu fenomeni dayanır. Azərbaycan XXI əsrin 25 ili ərzində müharibənin və masanın qalibi - döyüşü və sülhü qazanan yeganə ölkəsidir.
44 günlük müharibədən sonrakı 5 il ərzində diplomatik müstəvidə gedən mübarizə müharibənin özü qədər çətin olub. Döyüş meydanına təslim olan Ermənistan ümid edirdi ki, danışıqlar masasında müəyyən nəticələr əldə edə biləcək, yaxud Azərbaycanın müharibədəki qələbəsinin diplomatik müstəvidə rəsmiləşməsinə imkan verməyəcək. Bu prosesdə Ermənistanın həm regionda, həm regiondan kənarda kifayət qədər dəstəkçisi də vardı:
- Avropada Fransa başda olmaqla Azərbaycana qarşı çıxan cəbhə;
- ABŞ-da Ağ Ev və Kapitoli təpəsinin kulislərinə qədər sızan erməni diasporu/lobbisi;
- Ermənistanı “qırmızı xətti” elan edən İran;
- Qarabağda əsrlərdir davam edən separatizmi qorumağa çalışan Rusiya;
- Parisdən Dehliyə qədər uzanan marşrutda Ermənistana verilən silah yardımları və s;
Müharibəni qazanmışdıq, növbə bu qələbəni masada legitimləşdirməkdə idi və güclü orduya malik olan Prezident İlham Əliyevin diplomatiyası Azərbaycanı sülhün də qalibinə çevirdi.
Bakı-İrəvan danışıqları iki istiqamətdə davam edirdi: Rusiya və Qərb masası; Və hər iki masadakı gündəlikdə Azərbaycanın maraqlarına cavab verməyən müəyyən fərqliliklər vardı.
- Rusiya masası: Moskva Zəngəzur dəhlizi və sərhədin delimitasiyasında Bakının istəklərinə adekvat davransa da, Qarabağda qalan erməni əhalisinin burada saxlanılmasına və əsrlərdir davam edən separatizm toxumlarının cücərdilməsinə çalışırdı;
- Qərb masası: Avropa İttifaqı və ABŞ-ın (Bayden Administrasiyası) çətiri altında qurulan masanın gündəliyində Qarabağ məsələsi müəyyən qədər Azərbaycanın maraqlarına uyğun qəbul edilir, lakin Zəngəzur dəhlizinin – Naxçıvana maneəsiz keçidin açılmasına qeyri-adekvat mövqe sərgilənirdi, eyni zamanda, erməni diasporu\lobbisinin dəstəyi ilə erməni separatizminin Xankəndidə qorunması istiqamətində də addımlar atılırdı;
Azərbaycan üçün dilemmaya çevrilən bu mürəkkəb vəziyyətdən çıxmaq çətin görünürdü. Əliyev nəinki bu dilemmativ vəziyyətdən çıxa bildi, həm də hər şeyi Azərbaycanın xeyrinə çevirdi
- Bakı Rusiya və Qərb masasında təşkil olunan diplomatik danışıqlarda paralel şəkildə yer almaqla hər iki masada üstünlüyün İrəvana keçməsinə imkan vermədi;
- 2022-ci ilin əvvəlində Bakı sülh sazişinin bazasını təşkil edən “5 əsas prinsip” təqdim etdi, nəticədə Ermənistan Qərb masasındakı danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağdan rəsmən imtina etdi;
- Ermənistanı Qarabağdan imtina etməyə məcbur edən Bakı bunu Moskva qarşısında fakt kimi irəli sürdü və Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması zərurətini yaratdı;
Artıq hər iki masada – Rusiya və Qərb masasındakı gündəlik böyük ölçüdə Azərbaycanın mövqeyinə uyğunlaşdırılmışdı. Diplomatik masada mübarizənin getdiyi vaxt danışıqlarda mövqeyimizi gücləndirmək məqsədilə hərbi müstəvidə də addımlar atılırdı. Müxtəlif strateji yüksəkliklərə nəzarət bərpa olunur, “Qisas əməliyyatı” və Laçın sərhəd-keçid məntəqəsinin qurulması kimi tədbirlərlə Qarabağdakı separatçılar və dəstəkçilərinin önü kəsilirdi.
2023-cü ilin 20 sentyabrında ordumuzun 24 saatlıq anti-terror əməliyyatı ilə suverenliyimizin bərpa edilməsindən sonra diplomatik masada da vəziyyət tamamilə dəyişdi.
Xankəndidə separatçıların qalmasına qədər sülh danışıqlarını imitasiya edən və xarici oyunçuların dəstəyi ilə regiondakı yeni reallığı dəyişdirə biləcəyini düşünən Ermənistan Azərbaycanın diktə etdiyi gündəliyə uyğun dialoqa başlamağa məcbur oldu. Bu, Qarabağ üzərindən Azərbaycan-Ermənistan danışıqlarına müdaxilə etmək və rəsmi Bakıya təzyiq cəhdlərini də minumuma endirdi. Əliyev danışıqlar prosesinə kənar müdaxilələri tam aradan qaldırmaq üçün daha bir gediş etdi: İrəvana sülh sazişinin mətni təqdim olundu və danışıqlar prosesinin gedişində sərhədin delimitasiyası ilə kommunikasiyanın açılması mətndən çıxarıldı. Çünki:
- Sərhədin delimitasiyası uzunmüddətli proses olduğu üçün sülh sazişinin müzakirəsini çətinləşdirir və imzalanma perspektivini sual altına salırdı;
- Kommunikasiyanın açılması – Zəngəzur dəhlizi məsələsi geosiyasi maraq kəsb etdiyi üçün danışıqlara kənar müdaxilələrə zəmin yaradırdı.
Əliyev bu iki amili əlavə müzakirə mövzusuna çevirməklə həm danışıqları sürətləndirdi, həm də Ermənistanla münasibətlərin müzakirəsini ikitərəfli formata çevirdi. İkitərəfli formatda aparılan danışıqların konkret nəticələri oldu.
1. Delimitasiya prosesi nəticəsində işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədi böyük ölçüdə bərpa olundu, xüsusilə strateji yüksəkliklərə nəzarət sərhədboyu ərazidə ordumuza üstünlük qazandırdı;
2. Qazaxın işğal altında olan kəndlərindən 4-ü bir güllə belə atılmadan azad olundu, anklav olan kəndlərin qaytarılması isə delimitasiya prosesinə daxil edildi;
3. Azərbaycanın haqlı tələbləri – ATƏT-in de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure buraxılması, Ermənistan konstitusiyasının dəyişdirilməsi, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması – aktuallaşdırıldı və rəsmi İrəvan tərəfindən qəbul olundu;
4. Və ən əsası masada sülh sazişinin müzakirəsi Azərbaycanın diktəsi ilə həyata keçirildi.
Bunun fonunda Əliyev regional və qlobal çağırışlara uyğun siyasi xətti izləyirdi, ABŞ-da prezident seçkiləri zamanı tutduğu mövqe bu prosesdə xüsusilə əhəmiyyətli idi.
Bayden Administrasiyasının Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti ABŞ-Azərbaycan münasibətlərində kəskin problemlər yaratmışdı. ABŞ-dakı seçkilərdə Baydenin xələfi Harrisin qalib gəlməsinə Cənubi Qafqazdakı reallıqları dəyişdirə bilmək imkanı olaraq baxan Ermənistan, eləcə də erməni diasporu/lobbisi demokratları dəstəkləyəndə Əliyev Trampa siyasi dəstək verir, administrasiyası ilə münasibətlərin təməlini atırdı. Seçkinin nəticəsi Bakının gözlədiyi kimi oldu və Trampın seçilməsi ilə vəziyyət dəyişdi.
- ABŞ Baydendən qalma Ermənistan vektorlu siyasətə korektlər etdi;
- Trampın “Vaşinqton bataqlığı”nı qurutmaq siyasəti erməni diasporu/lobbisinin Ağ Evə təsirini azaltdı;
- ABŞ-Azərbaycan münasibətləri düz xəttə çıxdı.
8 avqust Vaşinqton görüşü və imzalanan sənədlər bunun məntiqi nəticəsi hesab oluna bilər. Sülh sazişi paraflandı və Bakının tələbləri qəbul olundu: Minsk qrupu de-yure ləğv edildi, Zəngəzur dəhlizi (TRİPP) rəsmiləşdi, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı qərar verildi (Paşinyanın Vaşinqton görüşündən sonra elan etdiyi “dördüncü respublika” konsepsiyasında bu nəzərdə tutulur);
Azərbaycan müharibəni və sülhü qazandı, bu baxımdan, bu dəfəki hərbi parad xüsusi əhəmiyyət daşıyırdı. Rəsmi Bakı bu paradda həm də sülhə qarşı mümkün addımlara qarşı adekvat reaksiya verəcək hərbi gücünü də nümayiş etdirdi.
Asif Nərimanlı - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Bu gün, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Bu gün, 09:08
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Bu gün, 09:06
LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Bu gün, 09:01
Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Bu gün, 08:56
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Bu gün, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Bu gün, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Bu gün, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Bu gün, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Bu gün, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Bu gün, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Bu gün, 07:27
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Dünən, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Dünən, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Dünən, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Dünən, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Dünən, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Dünən, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Dünən, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Dünən, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Dünən, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru