Biləsuvar rayonu, 6 saylı qəsəbə sakini Xudiyev Sərməz Əvəz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Əmək və Əlahinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:
"Cənab Nazir!
Mən, Xudiyev Sərməz Əvəz oğlu, bildirirəm ki, özüm şəhid qardaşıyam. Hazırda ciddi maddi sıxıntılar yaşayıram.
2024-cü ildə Biləsuvar rayon Məşğulluq Agentliyinə iribuynuzlu heyvan üçün müraciət etdim. Lakin yaşımla əlaqədar bildirdilər ki, sizə heyvan düşmür, pensiya alırsınız.
Bildirim ki, 220 manat pensiya alıram. Yoldaşım onkoloji xəstədir, çatdıra bilmirəm. Ailədə 5 nəfər yaşayırıq. İş tapa bilmirik.
Cənab Nazir!
Biz kasıblar nə edək, 220 manat pensiya ilə 5 nəfər dolanar?
Milli Məclisdə oturan deputatlar xalqı yox, öz ciblərini fikirləşirlər. Məhz bu səbəbdən də xalqın əleyhinə olan qərarlara imza atdırırlar. 220 manat pensiya ilə hansısa deputat ailə saxlaya bilərmi? Xeyr. Amma yazıq, biçarə vətəndaşlar canı çıxsa da yaşamalıdır.
Cənab Nazir, xahiş edirəm, arada kasıb təbəqəni də yada salın".









