Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                     “Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib .....                     Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? .....                     Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... .....                     Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR .....                     8 noyabra doğru "kiçik" addımlar... .....                     "220 manat pensiya ilə 5 nəfər dolanar?" .....                     Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir .....                     Əgər Qarabağ qaziləri də incidilirsə... .....                     “Monqol əti” genetikamıza necə təsir edəcək? .....                     Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... .....                     "Bu, ümumiyyətlə, anlaşılan deyil..." .....                     SEPAH və Fransa katolikləri nədən narahatdır? .....                     Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı .....                     "NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" .....                     "Bundan sonra yaxşı eşidəcəm..." .....                     “Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı .....                     ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər .....                     Azərbaycan Zəfər Gününü qeyd edir .....                     Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi… .....                 

Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Tarix: Bu gün, 09:20 | Çap et

“Bu gün Türkiyə, Azərbaycan və Ermənistan inkişaf baxımından eyni istiqamətdə hərəkət edir”. Bu sözləri ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib.

Diplomatın sözlərinə görə, ABŞ və Türkiyə Xəzər dənizindən Aralıq dənizinədək uzanan coğrafiyada qüvvələrin yeni bölgüsünə rəhbərlik edir: “Prezident Donald Tramp dünya ”şahmat taxtasında" qüvvələr nisbətini dəyişərək regiona yeni tarazlıq gətirib".

Belədirmi? Azərbaycan, Türkiyə və Ermənistan eyni tərəfə baxırsa, bəs Rusiya hansı tərəfə fokuslanıb? Üç qonşu ölkənin mövqe və tale ortaqlığı nə dərəcədə uzunömürlü ola bilər? Əsas maneələr nədir, Rusiya xalqların barışığına imkan verəcəkmi?

Yada salaq ki, ötən həftə XİN başçısı Sergey Lavrov ABŞ-ın Güney Qafqaz və Orta Asiya ölkələrini “Rusiyadan uzaqlaşdırmasına” imkan verməyəcəyini, buna qarşı bütün siyasi, diplomatik və iqtisadi rıçaqların işə salınacağını bildirmişdi.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, üç ölkənin ortaqlığının uzunömürlü olması Ermənistanın özünü necə aparmasından asılıdır. Onun fikrincə, Azərbaycan və Türkiyə həmişə bölgədə dayanıqlı sülhün olmasında maraqlıdır, lakin Ermənistan başqa dövlətlərin təsiri altında buna qarşı çıxıb. Q.Hüseynli Paşinyan hakimiyyətinin sülh istədiyini düşünür, bununla belə regionda Bakı-Ankara-İrəvan münasibətləri kövrəkdir: “Yəni Rusiya bu əlaqələrə qısqanclıqla yanaşır. Kreml heç vaxt istəməz ki, onun vassalı olmuş Ermənistan tamamilə əlindən çıxsın və Türkiyə ilə yaxınlaşsın. Ancaq Moskvanın necə fikirləşməsindən asılı olmayaraq, dünyada gedən proseslər və yeni reallıqlar Türkiyənin Cənubi Qafqazda varlığını qaçılmaz edir. Qərb, xüsusən ABŞ də maraqlıdır ki, onun müttəfiqi olan Türkiyə bizim regionda gücə çevrilsin. Bu da məhz Rusiyanın əlindən bu bölgəni almaq niyyətidir. ABŞ birbaşa olmasa da, müttəfiqi Türkiyənin gücü hesabına Cənubi Qafqazda təsirini artırır, Rusiyanı isə sıxışdırır. Ona görə də Lavrov və digər Rusiya rəsmiləri bəyanatlar səsləndirir, MDB məkanına təhdidlər olduğunu iddia edir, bu bölgəni əldən verməyəcəklərini dilə gətirirlər”.

Professor qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, bölgədə uzunmüddətli sülh mümkündür: “Çünki səfirin də dediyi kimi, hazırda Bakı, Ankara və İrəvan eyni tərəfə baxır. Amma Moskva əks tərəfə - köhnə narrativlərə baxmaqdadır. Çünki Rusiya bölgədə problemlərin qalmasında, gərginliyin olmasında maraqlıdır. Kreml yalnız bu yolla bölgədə təsirini saxlaya bilir. İndi isə vəziyyət dəyişib. Azərbaycandan Rusiya və Qazaxıstan taxılı Ermənistana gedir, blokadada olan nəqliyyat kommunikasiyalarının açılmasına imkanlar yaranır. Bu da gələcəkdə regionda təhlükəsizliyin təmin olunması üçün vacib faktdır. Qərb də, region ölkələri də yüklərin daşınması, Orta dəhlizin işləməsi üçün təhlükəsizliyin davamlı olmasında maraqlıdır. Sabitlik olmayan regionda yüklər daşına bilməz. Bu səbəbdən də prosesə dəstəyi artıracaqlar”.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Cənubi Qafqazda “3+3" formatında işlərin bərpasının vacibliyindən danışıb. ”Regional məsləhət qrupunun, “3+3" platformasının işini bərpa etmək vacibdir. Üçtərəfli işçi qrupu çərçivəsində razılaşma əldə edilmiş regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir”, - o bildirib. Şoyqu qeyd edib ki, ümumilikdə Cənubi Qafqazda vəziyyət yaxşılaşmaya doğru gedir.

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə deyib ki, “Trampın yolu” layihəsi siyasi əhəmiyyətə malikdir, sülhün qarantı və alətlərindən biridir: “Hazırda Amerika tərəfi ilə danışıqlar aparılır. Məncə, onu tikəcək və gündəlik idarəetməni həyata keçirəcək bir erməni-amerikan şirkəti olmalıdır. Bu, infrastruktur üzərində Amerikanın nəzarəti demək deyil. Suverenlik və hakimiyyətlə bağlı bütün məsələlər həll edilib və imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb. Bu, yalnız idarəetmə məsələsidir”. O qeyd edib ki, rəsmi olaraq Moskva və Tehran heç bir narahatlıq bildirməyib: “Əksinə, İran və Rusiya layihədə maraqlıdır, xüsusən də Rusiya Ermənistandakı başqa bir şirkətin - Cənubi Qafqaz Dəmir Yolunun operatoru olduğundan”.

Onu da deyək ki, Rusiyadan Ermənistana gətirilən, ümumi çəkisi 1050 ton olan Rusiya buğdasının ilk partiyası Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana gəlib. Ermənistanın “Cənubi Qafqaz Dəmir Yolu” Şirkəti məlumat yayıb. “15 taxıl vaqonunda daşınan yük Azərbaycan ərazisindən keçərək Gürcüstan-Ermənistan dövlət sərhədini keçib. Taxıl ”Cənubi Qafqaz Dəmir Yolu Şirkəti"nin Dalarik stansiyasına çatdırılacaq".

Yeni logistik xidmətin fəaliyyətə başlaması Azərbaycan üzərindən Ermənistana yükdaşımaların bərpası qərarı ilə mümkün olub. Bu, 1990-cı illərdən bəri belə daşımalara ilk cəhddir. “2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrutla daha 132 vaqon buğdanın çatdırılması planlaşdırılır. Bundan başqa, digər növ yüklərin daşınması imkanlarının müzakirəsi də planlaşdırılır”, - məlumatda deyilir.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Övladı əsgərliyə gedən DEPUTATLAR
Bu gün, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Bu gün, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Bu gün, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Bu gün, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Bu gün, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Bu gün, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Bu gün, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Bu gün, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Bu gün, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Bu gün, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Bu gün, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Bu gün, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Bu gün, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Bu gün, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Bu gün, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Bu gün, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Bu gün, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Bu gün, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Bu gün, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Bu gün, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Bu gün, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Bu gün, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Bu gün, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Bu gün, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Bu gün, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Bu gün, 07:01
Ermənistan hökumətinin ziddiyyətli açıqlamaları... - NƏ BAŞ VERİR?
Bu gün, 06:58
"Bu, ümumiyyətlə, anlaşılan deyil..." - partiya sədri
Bu gün, 06:52
SEPAH və Fransa katolikləri nədən narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:49
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı - “Bəzi məqamları açmağın zamanıdır”
Bu gün, 06:44
"NATO strateji məğlubiyyət təhlükəsi ilə üzləşib" - Generaldan açıqlama
Bu gün, 06:35
"Bundan sonra yaxşı eşidəcəm..."
Bu gün, 06:32
“Qarabağı tanıyaram” deyən Makrona Əliyevin cavabı – 44 günlük müharibənin kritik anı
Bu gün, 06:30
ABŞ-nin reallığı qəbul etməsi qələbənin tərkibi kimi qiymətləndirilə bilər - AKTUAL
Bu gün, 06:27
Azərbaycan Zəfər Gününü qeyd edir - MÜQƏDDƏS TARİX...
Bu gün, 06:23
Erməni futbolçu “Qarabağ” – Çelsi oyunu haqda görün nələr dedi…
Dünən, 21:07
Qazaxda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 21:04
Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Dünən, 19:10
“Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Dünən, 19:08
Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Dünən, 18:40
AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Dünən, 18:37
Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Dünən, 18:04
Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Dünən, 18:00
Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Dünən, 17:20
Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Dünən, 17:19
Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru