NATO üzvü ölkələrin Əfqanıstandan qoşunlarını çıxarması alyansın tarixində ən böyük məğlubiyyət olub.
APA xəbər verir ki, bu fikri NATO-nun sabiq baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq The Sunday Times qəzetinə müsahibəsində səsləndirib.
“Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma mən hələ də hesab edirəm ki, Əfqanıstanı tərk etmək doğru qərar idi, çünki bir çox insan bu prosesdə əziyyət çəkdi,” – deyə o bildirib.
Stoltenberqin sözlərinə görə, NATO müttəfiqləri 20 illik təcrübə ərzində anladılar ki, hərbi güc tətbiq etməklə demokratik cəmiyyət qurmaq cəhdi “həddən artıq çətin və iddialı layihə” idi.
“Biz azad və demokratik Əfqanıstan görmək istəyirdik, amma reallıq ondan ibarətdir ki, bu məqsədə çatmaq üçün lazım olan bədəli ödəməyə hazır deyildik,” – deyə Stoltenberq əlavə edib.









