Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                     "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" .....                     “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək” .....                     Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? .....                     Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib .....                     Azərbaycanla ərazi mübadiləsi... .....                     Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib .....                     Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram .....                     Azərbaycanda yayılan xəstəlik nədir? .....                     Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu .....                     Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" .....                     Abbas Lisani saxlanıldı .....                     Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı .....                     Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər .....                     Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                 

Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Tarix: Bu gün, 15:07 | Çap et

Birinci Qarabağ müharibəsinin tanınmış simalarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan və Ermənistanın sabiq müdafiə naziri, hər iki müharibənin iştirakçısı, Xocalı qatili Seyran Ohanyanın ard-arda açıqlamaları erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

Uzun müddət ictimaiyyət qarşısına çıxmayan Balasanyan 10 noyabr 2020-ci il bəyanatının hələ də qüvvədə olduğunu iddia edərək, “əgər zəmanət verilərsə, artsaxlıların geri qayıda bilər”, – kimi revanşist fikirlər səsləndirib.

Seyran Ohanyan isə Şuşa şəhərinin işğalı və Azərbaycan ordusu tərəfindən azad edilməsi istiqamətindəki döyüşləri müqayisə edib. O, ordumuzun 44 günlük müharibədə strateji üstünlük qazanaraq uğurlu nəticəyə nail olduğunu bildirib. Hər iki separatçı Qarabağın itirlməsinə görə Ermənistan hakimiyyətini günahlandırıb.

Balasanyan və Ohanyanın ardıcıl açıqlamaları nəyə hesablanıb? Onları birdən-birə aktivləşdirən səbəb nədir? İki separatçının ortaya çıxmasında Rusiyanın payı varmı?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Balasanyan və Ohanyanın anidən aktivləşməsi səbəbsiz deyil:

“Bunu bir çox baxımdan əsaslandırmaq olar. Məsələn, dar mənada yanaşdıqda, son açıqlamaları 10 noyabr bəyanatının beşinci ildönümü kontekstində dəyərləndirmək mümkündür. Bu tarix Ermənistan cəmiyyətində, xüsusilə də Qarabağ müharibəsində iştirak etmiş hərbi-siyasi fiqurlar üçün simvolik məna daşıyır. Onlar bu yolla həm keçmişdəki mövqelərini xatırlatmaq, həm də cəmiyyətdə hələ də canlı olan nostalji və revanşist hisslərə xitab etmək istəyirlər.

Sözügedən açıqlamalarda açıq şəkildə hiss olunur ki, itirilmiş mövqelərin psixoloji təsiri hələ də tam sovrulmayıb. Ermənistan daxilində bəzi dairələr 10 noyabr sənədini sülhün deyil, məğlubiyyətin simvolu kimi qəbul edir və bu səbəbdən də həmin tarix yaxınlaşdıqca cəmiyyətdə emosional reaksiyalar güclənir. Balasanyan və Ohanyan kimi şəxslərin çıxışları da məhz bu ovqatdan qidalanır. Biri sənədin “hələ qüvvədə” olduğunu vurğulayaraq keçmişi diriltməyə, digəri isə 2020-ci il məğlubiyyətini izah etməklə özünə bəraət qazandırmağa çalışır”.

Politoloq bildirib ki, Balasanyan və Ohanyan kimi fiqurların birdən-birə ictimaiyyət qarşısında görünməsi həm də siyasi gedişdir:

“Məlum olduğu kimi, Ermənistan 2026-cı ildə parlament seçkilərinə hazırlaşacaq və artıq indidən daxili siyasi səhnədə müxtəlif qruplaşmaların mövqelərini möhkəmləndirməyə çalışdığı müşahidə olunur. Bu şəraitdə uzun müddət kənarda qalan hərbi-siyasi simaların yenidən səhnəyə çıxması həm cəmiyyətin diqqətini cəlb etmək, həm də gələcək siyasi proseslərdə özlərinə yer açmaq məqsədi daşıyır. Xüsusilə Seyran Ohanyan kimi sabiq nazirlər və Balasanyan kimi müharibə iştirakçıları revanşist elektoratın dəstəyini qazanıb, baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı formalaşa biləcək yeni blokun ideoloji dayağını möhkəmləndirməyə çalışırlar.

Paşinyanın son aylarda açıq şəkildə keçmiş prezidentlər Serj Sarkisyanı və Robert Köçəryanı tənqid etməsi, onları müharibə məğlubiyyətinə görə məsuliyyət daşıyan şəxslər kimi göstərməsi də bu prosesin fonunu daha da gərginləşdirib. Belə vəziyyətdə Balasanyan və Ohanyan kimi fiqurların yenidən üzə çıxması, bu iki sabiq prezidentin ətrafında yeni bir “keçmiş elita cəbhəsi”nin formalaşmaqda olduğunu deməyə əsas verir”.

Hüseynli hesab edir ki, separatçıların aktivləşməsi üçün təlimat Kremldən verilib:

“Moskva son aylarda Ermənistanın Qərbə yaxınlaşmasını artıq sadəcə siyasi manevr kimi deyil, strateji istiqamət dəyişikliyi kimi dəyərləndirir. Paşinyan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşması, Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməsi, NATO ilə dialoqa açıq mövqe nümayiş etdirməsi və ABŞ-la sülh prosesi kontekstində koordinasiyaya üstünlük verməsi Kremlin narahatlığını daha da artırıb. Balasanyan və Ohanyan kimi keçmiş hərbi fiqurların qəfil aktivləşməsi, revanşist ritorikanın yenidən dirçəldilməsi də bu mənada təsadüfi görünmür.

Rusiya artıq açıq şəkildə Paşinyanı etibarsız tərəfdaş hesab edir və Ermənistanın Qərb strukturları ilə inteqrasiyasının qarşısını diplomatik yolla ala bilmədikcə, “sabitliyi pozma” ssenarilərinə üstünlük verir. Bu, Kreml üçün həm Paşinyanı zəiflətmək, həm də Ermənistanda öz təsir alətlərinin hələ də işlək olduğunu göstərmək vasitəsidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Bu gün, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Bu gün, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Bu gün, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Bu gün, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Bu gün, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Bu gün, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Bu gün, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Bu gün, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Bu gün, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Bu gün, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Bu gün, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru