Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu .....                     Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" .....                     Abbas Lisani saxlanıldı .....                     Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı .....                     Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər .....                     Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? .....                     Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq .....                     Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi .....                     Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib .....                     Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib .....                     TRAMPIN AMERİKASI... .....                     "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" .....                     Qusar bazarında yumurta QITLIĞI .....                     Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? .....                     “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” .....                     Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində .....                     Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam .....                     Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                 

Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Tarix: Bu gün, 12:56 | Çap et

Ramiz Mehdiyevin ətrafında araşdırmalar getdikcə yeni adları, yeni əlaqələri üzə çıxarır. Bu zəncirin əsas həlqələrindən biri də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov, digəri isə keçmiş deputat və iş adamı Əsabil Qasımovdur. Hər iki şəxs barəsində illərdir dövriyyədə olan məlumatlar bir istiqamətdə birləşir: Rusiya ilə dərin maliyyə və biznes əlaqələri. Və indi bu əlaqələrin sırf iqtisadi deyil, siyasi məqsəd daşıdığı ehtimalı üzərində dayanılır.

Azərbaycan siyasi səhnəsində uzun illər “sakit fiqur” kimi tanıdılan, lakin pərdəarxasında nəhəng iqtisadi təsirə malik şəxslərdən biri keçmiş Milli Məclis sədri, “Azərsu”nun sabiq rəhbəri Oqtay Əsədovdur. Onun adı heç vaxt açıq korrupsiya qalmaqallarında hallanmasa da, illərlə su sektorunu idarə edən məmurun ailəsinin gizli biznes şəbəkəsi barədə mətbuatda saysız iddialar səslənib. Oqtay Əsədovun “Azərsu” ASC-yə rəhbərlik etdiyi dövrdə qurumun tenderləri ailə biznesinə çevrilib. Mətbuat araşdırmalarına görə, bu illərdə dövlət sifarişlərinin böyük qismi Əsədovun ailəsinə yaxın şirkətlərə ötürülüb. Söhbət “Azərsu Servis”, “Qlobal Service Group”, “AzTech Construction” və “Qlobal Sutikinti” kimi müəssisələrdən gedir. Formal olaraq müxtəlif şəxslərin adına rəsmiləşdirilən bu şirkətlər, əslində, eyni ofislərdə, eyni əlaqə nömrələri ilə fəaliyyət göstərib. Tenderlərin çoxu isə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi adı altında elan edilib. Amma bu layihələrin əhəmiyyətli hissəsi ya kağız üzərində qalıb, ya da şişirdilmiş qiymətlərlə həyata keçirilib. Araşdırmalar göstərir ki, Oqtay Əsədovun biznes əlaqələri təkcə Azərbaycanda məhdudlaşmayıb. Rusiyanın kommersiya reyestrlərində (СПАРК və ЕГРЮЛ) onun ailəsinə yaxın şəxslərin adları bir neçə müəssisənin təsisçi siyahısında görünür. Məsələn, “AzRusTrans” MMC adlı logistika şirkəti Moskva şəhərində qeydiyyatdan keçib. Digəri “RusAquaTrade” su təchizatı avadanlıqlarının satışı ilə məşğuldur. Bu şirkətlərdə Əsədovun oğlu Rəşad Əsədov və yaxın qohumlarının adları qeyd olunur. Bəzi mənbələr iddia edir ki, həmin müəssisələr vasitəsilə “Azərsu”nun avadanlıq tədarükləri və servis xidmətləri Rusiyadan alınıb, yəni dövlət vəsaiti dolayısı ilə ailə şirkətlərinə geri qayıdıb. Oqtay Əsədovun ailə çevrəsi SOCAR Rus layihələrinin ticarət şəbəkəsində də dolayı şəkildə iştirak edib. Burada söhbət əsasən yanacaq, su avadanlıqları və mühəndis təchizatı üzrə müqavilələrdən gedir. 2013-2018-ci illərdə Əsədov ailəsinə yaxın şirkətlər dövlət layihələrindən ümumilikdə 120 milyon manata qədər sifariş alıblar. Bakıda və Abşeron rayonunda bir neçə mənzil kompleksi, obyekt və torpaq sahələri də bu ailə zəncirinə bağlı hesab olunur. Oqtay Əsədov indi siyasi səhnədən çəkilmiş kimi görünür. Amma onun ailə şirkətləri, Rusiya ilə iqtisadi bağlar bu gün də yaşayır.

Azərbaycanın son 20 ilində siyasət və biznesin sərhədlərinin bulanıqlaşdığı, dövlətin iqtisadi damarlarına şəxsi maraqların qarışdığı bir çox nümunə var. Onlardan biri də keçmiş deputat, iş adamı Əsabil Qasımovdur. Xalq arasında “un kralı” kimi tanınan bu şəxs uzun illər ərzində ölkənin ərzaq təhlükəsizliyinə yönəlik ən strateji sahələrdən birində, taxıl və un bazarında hökmranlıq etmiş şəxs kimi təqdim olunur. Əsabil Qasımov İmişli rayonunun Qaralar kəndində doğulub, illərlə dövlət idarələrində, daha sonra Milli Məclisdə təmsil olunub. Amma onun siyasi karyerası əslində, böyük biznes imperiyasının vitrini idi. Əsabil Qasımovun adı ilk dəfə 2000-ci illərin ortalarında “Karat Holdinq” adlı iri şirkət şəbəkəsi ilə hallanmağa başladı. “Karat”, “Karmen”, “Aveta”, “Gəncə Dəyirman”, “Karat-Taxıl” və digər MMC-lər bu şəbəkənin tərkibində idi. Hər biri formal olaraq ayrı hüquqi şəxs kimi görünürdü, amma faktiki olaraq bir mərkəzdən idarə olunurdu. Bu holdinqin əsas fəaliyyəti un və taxıl emalı, idxal-ixrac, logistika və satış zəncirinə nəzarət idi. Mətbuatda illərdir səslənən iddialara görə, Əsabil Qasımov ailəsinə məxsus şirkətlər ölkəyə gətirilən buğdanın böyük hissəsini idxal edən və un istehsalının əsas hissəsini tənzimləyən struktur kimi fəaliyyət göstərirdi. Əldə olunan pay o qədər böyük idi ki, 2010-cu illərdə Əsabil Qasımov un bazarının monopolisti kimi tanınırdı. Azərbaycan bazarında mövqelərini möhkəmləndirən Əsabil Qasımov sonradan xaricdə də iri layihələrə girişdi. Onun adının hallandığı ən tanınmış layihələrdən biri Rusiyanın Jeleznovodsk şəhərində inşa edilən 500 çarpayılıq “İstoçnik” sanatoriyasıdır. Layihənin dəyəri 2 milyard rubldan artıq qiymətləndirilir. Mediada yayılan məlumatlara əsasən, bu sanatoriyanın maliyyə mənbələri “Karat Holdinq”ə bağlı şirkətlər vasitəsilə təmin olunub. Maraqlıdır ki, layihənin açılışında Rusiya region rəhbərləri iştirak edib, amma Azərbaycanın heç bir rəsmi qurumu bu investisiyanın mənbəyi barədə açıqlama verməyib. Bundan başqa, Qazaxıstanın Kostanay vilayətində yerləşən “Carkulskiy Elevator” adlı böyük taxıl kombinatının səhmdarları arasında da Əsabil Qasımovun şirkətləri göstərilir. Bu obyekt gün ərzində 6 min tonadək taxıl qəbul və təmizləmə gücünə malikdir. Yəni Əsabil Qasımovun biznesi artıq regional səviyyədə fəaliyyət göstərirdi. Onun biznes uğurları parlament kürsüsü ilə paralel gedirdi. Deputat olduğu dövrdə dövlətin kənd təsərrüfatı və ərzaq proqramları üzrə komitələrdə təmsil olunurdu. Mətbuatda o zamanlar tez-tez deputat statusunda olan bir şəxsin bu qədər iri iqtisadi fəaliyyətlə məşğul olmasının qanunvericiliyə zidd olması haqda məlumatlar səslənirdi. Amma Əsabil Qasımov uzun illər bu cür iddiaları nə təkzib etdi, nə izah verdi. Buna baxmayaraq, onun biznesi artmaqda davam etdi. 2010-cu illərin sonuna qədər “Karat Holdinq” təkcə Azərbaycanda deyil, Rusiyada və Qazaxıstanda da filiallar açmış, daşınmaz əmlak və qida sənayesinə sərmayələr yönəltmişdi. Son illərdə isə Əsabil Qasımovun adının medianın gündəmindən tədricən çəkildiyi müşahidə olunur. Bəzi məlumatlara görə, onun bir sıra şirkətləri ləğv olunub və ya başqa şəxslərin adına keçirilib. 2022-ci ildən etibarən “Karat Holdinq”in bir sıra törəmə şirkətləri kommersiya reyestrindən çıxarılıb. Bəzi mənbələr bunu xaricə yönələn sərmayə axını ilə izah edir. Əsabil Qasımovun “imperiyası”nın iqtisadi dayaqları Rusiyada və Qazaxıstanda fəaliyyətini davam etdirir. Onun kimi fiqurların fəaliyyəti göstərir ki, iqtisadi güc toparlanması çox zaman siyasi mandatdan doğur və bu gücün sərhədi genişləndikcə, siyasi hakimiyyət pillələrinin zirvəsinə uzanan yolun davamiyyətini son zərurət kimi ortaya çıxır. Mənbələrin iddiasına görə, Mehdiyev komandası 2010-cu illərin sonlarından etibarən ölkədə güc mərkəzlərinin dəyişəcəyini nəzərə alaraq, “qoruyucu iqtisadi baza”nı məhz Rusiyada formalaşdırmağa başlayıb. Bu illər ərzində Azərbaycan büdcəsindən çıxan külli miqdarda vəsaitlər müxtəlif tender və investisiya mexanizmləri ilə Rusiyaya daşınıb. İddialara əsasən, həmin pulların bir hissəsi Moskva və Sankt-Peterburqda tikinti, enerji və logistika sektoruna yönəldilib. Burada başlıca fiqurlar kimi Oqtay Əsədovun yaxın ailə üzvləri, həmçinin Əsabil Qasımovun biznes tərəfdaşları göstərilir. Bu fəaliyyətlərin bir hissəsinin “Azərsu” ASC dövründə formalaşan infrastruktur və əlaqələr üzərindən reallaşdırıldığı bildirilir. Yəni dövlət sifarişləri ilə əldə olunan milyonlar offşor şirkətlər vasitəsilə Moskvaya ötürülüb, orada “leqallaşdırılıb”, daha sonra Rusiya vətəndaşlarının adına qeydiyyatdan keçən şirkətlərə yatırılıb. Rusiya mediasında və kommersiya reyestrlərində Oqtay Əsədovun ailəsinə məxsus olduğu ehtimal edilən bir neçə şirkətin izləri görünür. Söhbət tikinti, enerji daşıyıcılarının logistikası və “infrastruktur konsaltinqi” sahəsində fəaliyyət göstərən hüquqi şəxslərdən gedir.

Azərbaycan ictimai rəyində uzun müddətdir səslənən bu iddialar indiyədək nə təkzib, nə də izah olunub. Halbuki, Mehdiyevin siyasi dairəsində “ikinci fiqur” kimi təqdim edilən bir şəxsin Moskvadakı biznes dayaqları indi tamamilə yeni kontekstdə siyasi layihə kimi dəyərləndirilir.
İctimailəşən “Dövlət Şurası” adlı alternativ idarəetmə modeli haqda sənədlərin tapılması da bu versiyanı gücləndirir. Bu strukturda Oktay Əsədovun “ikinci ən önəmli şəxs” kimi göstərilməsi təsadüfi görünmür. Keçmiş deputat və iş adamı Əsabil Qasımovun adı da eyni müstəvidə çəkilir. Onun Rusiyada və digər MDB ölkələrində çoxşaxəli biznes imperiyası qurduğu, xüsusilə neft məhsulları və daşımalar sahəsində milyonlarla dollar dövriyyəyə malik olduğu bildirilir. Əldə edilən sənədlərə əsasən, 2016-2020-ci illərdə Qasımovun adı keçən bir neçə şirkətin vasitəsilə Rusiya, Kipr və BƏƏ istiqamətində iri həcmli transferlər həyata keçirilib.

Bu fiqurların birləşdiyi nöqtə təkcə biznes maraqları deyil. Müşahidəçilərin fikrincə, Mehdiyev və onun ətrafı maliyyə resurslarını siyasi təsir alətinə çevirmək niyyətində olublar. Əsas götürülən versiyaya görə, “Dövlət Şurası” ideyası məhz bu model üzərində qurulub – pullar Moskvada yuyulub, siyasi layihənin gerçəkləşməsi Bakıda planlaşdırılıb! Yəni cinayət yolu ilə əldə edilən milyonlar yalnız varlanmaq məqsədi daşımayıb, hakimiyyətə qayıdışın maliyyə təminatı kimi düşünülüb. Hazırda nə Oqtay Əsədov, nə də Əsabil Qasımov bu iddialarla bağlı ictimai açıqlama verməyib. Hüquq-mühafizə orqanları da məsələni şərh etmir. Lakin Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin tam susqunluğu, onun vəkillərinin isə heç bir açıqlama yaymaması fonunda prosesin real və dərin olduğu ehtimalı güclənir. Mənbələr bildirir ki, bayram tətillərindən sonra istintaqın yeni mərhələyə keçəcəyi və Moskvaya uzanan bu şəbəkə ilə bağlı sensasiyalı həbslərin istisna edilmədiyi söylənilir.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Bu gün, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Bu gün, 14:14
Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Bu gün, 14:07
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Bu gün, 13:57
Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Bu gün, 13:04
Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 13:00
Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Bu gün, 12:56
Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Bu gün, 12:54
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Bu gün, 12:18
TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Bu gün, 12:14
"İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Bu gün, 12:07
Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Bu gün, 12:01
Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Bu gün, 11:54
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Bu gün, 11:53
Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Bu gün, 11:47
Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Bu gün, 11:44
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru