Xarici İşlər Nazirliyi “İsa Bulag Catering Sevices” MMC (VÖEN - 8600230101) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə “İsa Bulag Catering Sevices” MMC nazirliyin sifarişi əsasında diplomatik xidmət orqanlarının rəhbərlərinin Şuşa şəhərində IX müşavirəsinin keçirilməsi ilə əlaqədar 9 iyul tarixində İsa bulağında ziyafət yeməyi təşkil edib qarşılığında 26 min 400 manat alıb.
Məlumat üçün bildirək ki, “İsa Bulag Catering Sevices” MMC 10 iyul 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC “Şuşa rayonu, Zəfər, ev, giriş 30” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Fuad Yunis oğludur.