Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.
Tribunainfo.az xəbər verir ki, söhbət xüsusi texnikaların və texnikalara qoşqu avadanlıqlarının satınalınmasndan gedir.
Açıq mənbələrdə qeyd edilir. İcra Hakimiyyəti bir sıra, o cümlədən motoskilet də daxil olmaqla texnika almaq fikrində olub. Bunun üçün 275 min 653 manat təklif edib.
Lakin dövlət qurumu “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbini pozduğu üçün tenderin nəticələri ləğv edilib. Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.