Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan edilən tender ləğv olunub.
FED.az xəbər verir ki, tender hemodializ tibbi sərf materiallarının satın alınması ilə bağlı elan edilmişdi.
Müsabiqənin əsas ləğv səbəbi olaraq təklif və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunun 36.1.1-ci maddəsinə əsasən, bu hal müsabiqənin keçirilməsinə hüquqi əsas vermədiyindən, tender ləğv olunub.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 418 166 manat təşkil edirdi. Müsabiqə 9 iyul 2025-ci il saat 17:43-də dərc edilmiş, təkliflərin son təqdim olunma tarixi isə 31 iyul saat 10:00 olaraq müəyyən edilmişdi. Həmin gün eyni saatda zərflərin açılması nəzərdə tutulsa da, tələb olunan minimum iştirakçı sayı təmin olunmadığı üçün tender həyata keçirilmədi.