11 sentyabr 2025-ci il, saat 11.00-da “Bərəkət” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi;
4. Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi;
5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi;
6. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ü
mumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 366-05-06