BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                     Turizm Agentliyində 18,5 milyonluq yeyinti .....                     Elşad Həsənovun KOLXOZVARİ HESABATI... .....                 

“Dəfələrlə ona demişəm ki, dayan, etmə” - deputat
Tarix: 1-08-2019, 09:00 | Çap et
“Dəfələrlə ona demişəm ki, dayan, etmə”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının onun müdafiəsinə qalxmasından və Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin deputatı sərt tənqid etməsindən sonra gərginlik daha da artıb.

Həmkarlarının F.Mustafanın fikirləri ilə bağlı mövqelərini öyrəndik.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a kifayət qədər sərt danışdı: “Bir neçə il öncə Fazil bəyə bu barədə çox sərt cavab vermişəm. Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə.

Sən Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatın boyu bundan sonra yaşasan da, verə bilməzsən. Çox təəssüf edirəm ki, Niyaməddin Orduxanlı da ona qoşulub. Moskvadakı soydaşımızı tanımıram. Onun da yazısını oxudum. O, Şah İsmayıl Xətai haqqında xoş fikirlər söyləyirsə, nəyə görə onu İranla bağlamaq lazımdır? İranın bura nə dəxli var? Bu, Azərbaycanın tarixidir. Ölkəmizin ərazisinin böyük hissəsi İranın tərkibindədirsə, burada Xətainin nə günahı var ki? Nə üçün onu və yaratdığı dövləti İrana bağlamaq lazımdır? İrandakı etnosların da tərkibində olduğu böyük dövləti yaradan Şah İsmayıldan sonra Nadir Şah bu dövlətin sərhədlərini genişləndirdi. XX əsrin 20-ci illərinin əvvəllərinə qədər həmin İran ərazisində dövləti idarə edən türklər olublar. Sonradan böyük güclər türk dövlətlərinin bağlılığını qırmaq üçün İran dövlətini yaratdılar. Hazırda orada soydaşlarımızın hər addımbaşı hüquqları pozulmaqdadır. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin də mövqeyi birmənalıdır: “Bu məsələni qətiyyətlə pisləyirəm. Nəinki Şah İsmayılın, keçmişə gedib bir sərkərdənin üzərinə getməklə onu urvatdan salmaq cəhdləri yolverilməzdir. Xətai böyük bir Bütöv Azərbaycan qurmuş dövlət xadimidir, şairdir. İlk dəfə olaraq türk dünyasında türk imperiyaları arasında sarayda dili türk dili edən birisidir. Dünyada Azərbaycanı tanıdan bir imperiyanın qurucusudur. Ona qarşı hər tərəfdən hücumların edilməsi həm mənasızdır, həm də əhəmiyyətsizdir. Biz tariximizdən qürur duymaq, dərs götürmək əvəzinə bu cür davranmalı deyilik. Bu gün bizim üzərimizə çox ciddi vəzifələr düşür. 480 min kvadrat kilometrlik Azərbaycandan 60 min kvadrat kilometri əlimizdə saxlayıb 3 milyon erməninin işğalı altında olan torpaqlarımızı qaytara bilmiriksə, bunun haqqında danışmalıyıq. İndi biz Xətai haqqında fikir söyləyirik. Türkiyədə səfəvilər dövrünü, həmin dövləti qəbul etməyən bir çete var idi. Cəhd edirdilər ki, bu Azərbaycan dövlətini gözdən salsınlar. Hətta türk imperiyaları sırasına səfəviləri salmırdılar. Bununla bağlı rəhmətlik Nihat Çətinqaya hətta məhkəməyə müraciət etmişdi. O, ”Qızılbaşlar" əsərində də bu məsələyə toxunmuşdu. Həsən Həsənovun Şah İsmayıl haqqında əsərini oxumuşam. Ramiz Mehdiyevin bu haqda maraqlı bir təhlili var idi. Dilavər Əzimli və başqalarının da bu haqda münasibətləri mövcuddur. Görürəm ki, qərəzli şəkildə heç bir əsas olmadan qürur mənbəyimiz olan yerlərə hücum edilir. Bu təkcə Şah İsmayıl Xətaiyə aid deyil. O, dünyasını dəyişmiş bir adamdır, bizim tariximizdir. Millət öz tarixi, yaratdıqları və qələbələri ilə tanınır. Böyük dövlət qurmuş bu kişini başımız üzərində saxlamalıyıq. Onun adına nəinki medal, başqa mükafatlar da olmalıdır. Belə məsələləri bir daha bəyan edirəm ki, sərt şəkildə qınayıram.

Gələcəyə baxmalıyıq. Üzərimizə düşən problemlərin həlli yollarını axtarmalıyıq. Şah İsmayılın üzərinə gedənlər Dağlıq Qarabağın geri alınması istiqamətində təkliflərlə çıxış etməli, cəmiyyəti səfərbər etməlidirlər. Bu cür davranışların doğru olmadığı göz önündədir. Biz öz qəhrəmanlarımıza, dövlət qurucularımıza sahib çıxmadıqca, iş o yerə çatır ki, Çinin Şan dağında 300 türk piramidasının üzərinə torpaq töküb meşələr salıblar. Orada Oğuz Xaqanın heykəli var. Bir türk tarixi orada yatır. Mumiyalar da var. Hələ birinci mərtəbəyə düşməyə imkan vermirlər. Dünyanın ən hündür piramidaları olan türk piramidaları o dağlarda yatır. Çin sərhədindən tutmuş Macarıstanın sonuna qədər bir türk imperiyası qurmuş türklər haqqında beləmi danışmaq olar? Şah İsmayıl Xətai türk tarixini, ənənəsini, İslam-türk davranışlarını ortaya qoyub. Yanlışmı edib? Avropa İttifaqını xristian ənənələri ilə qurublar. Amma Şah İsmayıl türk fəlsəfəsi və İslam ənənələri ilə dövləti qurdu. İndi biz bu ideologiyanı müdafiə etməyək? Gözüqırpıq çinlilər qeyd etdiyim kimi, görün nələr edirlər. Tariximizi məhv etməməliyik. Tarix bizi elə günə qoyar ki, biz tarixə çevriləndə qəbirlərimizi nəinki axtarmazlar, axtararlar ki, dağıtsınlar. Bunları nəzərə almaq lazımdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Bu gün, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Bu gün, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Bu gün, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Bu gün, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Bu gün, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Bu gün, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Bu gün, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Bu gün, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Bu gün, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Bu gün, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Bu gün, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Bu gün, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Bu gün, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Bu gün, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Bu gün, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Bu gün, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Bu gün, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Bu gün, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Bu gün, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Bu gün, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Bu gün, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Bu gün, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Bu gün, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Bu gün, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Bu gün, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Bu gün, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Bu gün, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Bu gün, 10:59
"5 il ağır depressiya yaşadım"
Bu gün, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Bu gün, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Bu gün, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Bu gün, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Bu gün, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Bu gün, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Bu gün, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Bu gün, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Bu gün, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Bu gün, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Bu gün, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Bu gün, 09:24
Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir - FAKT BUDUR!
Bu gün, 09:20
Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru