Mark Esper: "ABŞ qüvvələri Suriyada qalacaq"
Tarix: 29-10-2019, 08:32 |
Çap et
“ABŞ-ın Suriyadakı hərbi qüvvələri tərəfdaşları ilə neft yataqlarını terror qruplaşmasından qorumaq üçün mövcud missiyasını davam etdirəcək”.
APA-nın məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Mark Esper ötən gün mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ hərbçiləri Suriyada mövcud şəraitdə əvvəlkindən daha az qüvvə ilə üzərinə düşən missiyanı yerinə yetirəcək.
Esper əlavə edib ki, İŞİD lideri Bağdadinin ölümü heç də dünyanı terrorizmindən qurtarmayacaq: “Amerika Birləşmiş Ştatları ziyanverici terror qruplaşmaları son anadək məhv etmək gücünə malikdir”.