Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                 

Şamaxıda baltalanan nəfəsliyimiz MEŞƏLƏRİMİZƏ QƏNİM KƏSİLƏN VAR
Tarix: 9-01-2014, 11:18 | Çap et
Şamaxıda baltalanan nəfəsliyimiz
Şamaxı meşələrinin fəryadı və yaxud Şamaxı Meşə Mühafizə Bərpası Müəssisəsinin müdiri Salahov Elçin meşələri mühafizədən çox talan edir, ekologiya naziri isə hələ də susur.

Meşələr təbiətin ağ ciyərləri hesab olunur. Eyni zamanda öz təbii gözəlliyi, füsunkar mənzərəsi ilə meşələr yurdumuzun inciləridir. Ekoloji vəziyyətin müasir acınacaqlı durumunda meşələri qorumaq hər bir vətəndaşın borcudur. Son dövrlərdə respublikada bir çox ərazilərdə meşə zolaqlarının salınmasına dövlət səviyyəsində başlanılmışdır. Lakin, bilavasitə meşələrin mühfizəsi ilə məşğul olmağa məsul olan qurumların fəaliyyətində müşahidə olunan qanunsuzluqlar deməyə əsas verir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Şamaxı meşələri öz mənzərəsi, təmiz havası ilə həmişə diqqət mərkəzində olmuşdur. Daima qonaq-qaralı olan bu meşələr istər turizm, istərsə də, təsərrüfat baxımından böyük əhəmiyyətə malikdir. Şamaxı Meşə Mühafizə bərpası müəssisəsi və onun müdiri Elçin Salahovun yarıtmaz fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr bu gün insafsızcasına qırılaraq, məhv olunur. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, vəziyyət dəyişməmiş, “meşələrin soyqırımı” davam etdirilir. Şamaxı meşələrinin acınacaqlı, ürəkağrıdan vəziyyəti ilə bağlı uzun illər bu sahədə çalışmış Mürsəliyev Hakim Tumarxan oğlu ilə söhbət etdik. Mürsəliyev Hakim mövcud vəziyyət haqqında ürək ağrısı ilə danışdı:

-Bu gün Şamaxı meşələrinin taleyi təhlükə altındadır. Əgər belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik Şamaxı meşələri ancaq xoş xatirəyə çevriləcəkdir. Meşələrin mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan Şamaxı Meşə Mühafizə

bərpası müəssisəsi və bilavasitə onun rəhbəri Salahov Elçin Asif oğlu əslində meşələrin kütləvi məhvi ilə məşğuldurlar. Elçin Salahov idarəyə rəhbər təyin olunduqdan sonra öz şəxsi mənfəəti naminə, maraqlarını təmin etmək üçün yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq, Şamaxıda əməlli başlı “Meşə bazarı” açmışdır. Vəzifəyə təyin olunandan dərhal sonra öz qohumlarını meşəbəyi təyin etdirən E.Salahov öz komandasını formalaşdıraraq, meşələrə divan tutmağa başladı. Qurdtəpədə meşəbəyi işləyən Qubadov Fazili, Talış Nuri meşələrindən Süleymanov Davudu, Qonaqkənddən Qafarov Mirzəxanı, Pirbəhlidən Bəşirov Şakiri işdən çıxardaraq, onların yerinə öz qohumlarını yerləşdirmişdir. Amma, az sonra həmin şəxslər yenidən qeyri-qanuni olaraq öz vəzifələrini icra etsələr də, sənədlərdə E.Salahovun yaxın adamlarının adı meşəbəyi kimi göstərilmişdir. E.Salahov həmin şəxsləri əmin etmişdir ki, tezliklə onları rəsmi surətdə yenidən öz işlərinə bərpa edəcəkdir.

Mənim atam Mürsəliyev Tumarxan uzun illər Çağan meşələrində meşəbəyi olmuş, bu meşələri göz bəbəyi kimi qorumuşdur. Onun vəfatından sonra 18 il mən atamın işini davam etdirmişəm. Bu illər ərzində hər bir ağacı qayğı ilə qorumuşam. Lakin, E.Salahova meşələri sevən, qoruyan adamlar sərf etmir. Ona daha çox əlibaltalı, meşəqıranlar lazımdır ki, çoxlu pul qazansın. Buna görə də mənim, həmçinin daha 3 meşə sahəsini birləşdirərək öz bacısı oğlu Əhlimanın tabeliyinə verərək min illik meşələrin qırılmasına başladı. Bir vaxtlar göz oxşayan meşə zonalarındakı ağacların yerində indi kötüklər qalıb. Qiymətli ağac növləri kəsilərək amansızcasına məhv olunub.

Ağacların soyqırımına etiraz edəndə E.Salahov etdiyi qanunsuzluqları əsaslandırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icra aparatının rəhbəri Rövşən Cəlilova arxalandığını və hər ay ona 2 min manat verdiyini bildirir. “İdarənin təmirinə 80 min manat xərcləmişəm, hər ay yuxarılara filan qədər verirəm, bəs mən bu pulu hardan çıxarmalıyam?” deyən E.Salahov Şamaxı meşələrinin məhvinə girişmişdir. Əgər tezliklə tədbir görülməzsə vəziyyət daha dəhşətli hal alacaqdır.

Müsahibimiz E.Salahovun başqa qanunsuz əməllərini də açıqladı. Belə ki, Şamaxının baş meşəbəyisi yaxınlarının adlarını idarədə müxtəlif vəzifələrə yazdıraraq dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bu işdə onun yaxın köməkçisi, idarənin baş mühasibi Kazım Əhmədovdur. Baş mühasibin həyat yoldaşı Əsbət xanımın 60 yaşı olmasına baxmayaraq, adı fəhlə ştatına yazılmış, bir gün də olsun işə çıxmadığı halda hər ay əmək haqqı almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuzluqlara görə Əmək Məcəlləsinin 70-C bəndinə əsasən meşə mühafizə mühəndisi vəzifəsindən azad olunan Bəhram Səfərov sonradan E.Salahov tərəfindən əkin mühəndisi vəzifəsinə təyin olunmuşdur.

E.Salahov öz bacısı oğlu Quliyev Mühasibə məxsus QAZ-53 markalı maşın işləmədiyi halda hər gün putyovka yazaraq xeyli vəsaiti mənimsəyir. Xalası oğlu Məmmədov Maisin QAZ-53 markalı maşını isə meşələrdən kəsilən ağacların daşınmasında əsas texniki vasitədir. E.Salahov onu heç bir təhsili olmasa da, Şamaxı meşələrinə meşəbəyi köməkçisi təyin etsə də, hələ də rəsmi təsdiq etdirə bilmir. Lakin buna baxmayaraq, xalası oğlu və onun QAZ-53-ü onun işinə yaramaqda davam edir.

Bütün bu faktlar bir daha göstərir ki, Şamaxı meşələrinin taleyi həqiqətən də təhlükə altındadır. Min illik meşələri qırmaqla məşğul olan E.Salahov isə bütün qanunsuz əməllərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra aparatının rəhbəri Rövşən Cəlilova arxalanaraq, etdiyini bildirir. Doğrudanmı, bu qədər qanunsuz əməllər nazirliyin xəbəri olmadan görülür, və ya həqiqətən də E.Salahovu himayə edən qüvvələr onun bütün əməllərini ört-basdır edirlər? İnanırıq ki, bu məsələyə şəxsən nazir H.Bağırov səviyyəsində münasibət bildiriləcək və günahkarlar layiqli cəzasını alacaqdır.

Nicat Mahmudov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59
"5 il ağır depressiya yaşadım"
Dünən, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Dünən, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Dünən, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Dünən, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Dünən, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Dünən, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Dünən, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Dünən, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Dünən, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru