“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                     Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı .....                     Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB .....                     Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi .....                     XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... .....                     418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi .....                     "5 il ağır depressiya yaşadım" .....                     Şuşaya hansı ölkələrdən turistlər səfər edib? .....                     Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb .....                     “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb .....                     Tanınmış alimə vəzifə verildi .....                     Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... .....                     Turizm Agentliyində 18,5 milyonluq yeyinti .....                     Elşad Həsənovun KOLXOZVARİ HESABATI... .....                     İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... .....                     Yayda sular da tətilə gedirmiş.. .....                     “Bərəkət” ASC-nin rəhbərliyi seçilir .....                     Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... .....                     “Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək .....                     Dünyanı çox ciddi fəlakətlər gözləyir .....                     “Azəri-Med”in lisenziyası yoxa çıxdı .....                 

Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi... - ekspertlər isə bu fikirlə razı deyil
Tarix: 7-01-2021, 08:25 | Çap et
Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi...
Tarif Şurası tərəfindən benzin və dizel yanacağının qiymətinin artırılması ölkə gündəminin əsas müzakirə mövzusudur. Məlum olduğu kimi, Şura yeni ilin ilk iş günü – 4 yanvar 2021-ci il tarixində, gecə saatlarında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik olaraq müəyyənləşdirdi.

Bu qərar hansı zərurətdən irəli gəldi? Tarif Şurasının əsaslandırması nə qədər doğru və məntiqlidir? Qərar xalqın güzəranına necə təsir edəcək? Başqa zəruri istehlak məhsullarının qiymətində də artımlar ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında bildirdi ki, bu, gözlənilən addım idi:

“Benzin və dizelin, hətta qazın qiymətlərinin artması qonşu ölkələrdə – Türkiyə, Gürcüstan, Rusiya və Qazaxıstanda, hətta Baltikyanı ölkələrdə də müşahidə edilir. Baxmayaraq ki, dünyada qazın qiyməti müəyyən qədər aşağı düşmüşdü, amma Baltikyanı ölkələrdə aksizlərin qaldırılması ilə qiymətlər artdı”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və təbiidir ki, biz də tədricən dünya standartlarını tətbiq edirik:

“Dünya standartlarını tətbiq edərkən dizel yanacağını və benzini istehsal edən zavodlar da rekonstruksiya edilməlidir. Yeni qurğuların, yeni texnologiyanın istifadə olunması yeni investisiyalar, vəsaitlər deməkdir. Bu da sözsüz ki, yeni məhsulun maya dəyərinə və deməli, qiymətinə də təsir edir”.

Quliyevin sözlərinə görə, yanacağın qiymətinin artmasına bir sıra amillər təsir göstərir:

“Əvvəla, beynəlxalq standartlar var. Ümumiyyətlə, Azərbaycanda ekoloji problemlərə və onların həllinə böyük diqqət ayrılır və buna dövlətin kifayət qədər marağı var. Təbii ki, burada ən qabaqcıl məsələlərdən biri də bu beynəlxalq standartlardır. Benzin və dizel yanacağının beynəlxalq standartlara cavab verməsi bu baxımdan labüddür, vacibdir”.

Deputat tez-tez səslənən “Azərbaycan neft istehal edən ölkə olduğu halda, niyə yanacağın qiyməti artırılır” sualına da cavab verdi:

“Sualın cavabı ondan ibarətdir ki, neftlə benzini qarışdırmaq lazım deyil. Benzin neftin ən yüksək formada emal məhsuludur. Mən texnoloq deyiləm, amma əldə etdiyim məlumatlar əsasında deyə bilərəm ki, neftin benzinə keçməsi üçün yüksək xərc tələb olunur və kifayət qədər avadanlıq olmalıdır. Təbiidir ki, istənilən formada maya dəyəri qalxdıqda bu, birbaşa qiymətlərə təsir edir. Bütün dünyada belədir. Rusiya bizdən dəfələrlə çox neftə sahibdir və ixrac edir. Buna baxmayaraq, Rusiyada da benzin və dizelin qiyməti kifayət qədər yüksəkdir. Biz də bu addımı atmalı idik”.

R.Quliyev koronavuris səbəbi ilə tətbiq olunan lokdaunların da təsirini vurğuladı:

“Bu amil də var. Bütün ölkələrdə Ümumi Daxili Məhsulun və iqtisadiyyatın geriləməsi müşahidə olunur. Dünya iqtisadiyyatı təqribən 12 trilyon dollar geriləyib, hətta Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının proqnozlarına görə, bu itkilərin üzümüzə gələn iki ilin içərisində 28 trilyon dollara qədər artması gözlənilir. 28 trilyon dollar kifayət qədər böyük rəqəmdir və dünya iqtisadiyyatının beşdə birindən də çoxdur. Yəni, təbiidir ki, gedən proseslər dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir edir. Bizim ölkədə də məcburiyyət qarşısında apardığımız lokdaun siyasəti var. Hər gün 5 minə yaxın yeni koronavirusa yoluxan, xəstələnən qeydə alınırdısa, indi bu rəqəm on dəfə azalıb. Yəni müsbət nəticələr var. Amma iqtisadiyyata bunun mənfi təsiri gözlənilirdi. Bu təsirlərdən biri də ondan ibarətdir ki, biz 2021-ci ilin büdcəsində gəlir barəsində də düşünməliyik. Həmin büdcənin hardasa 40 faizə qədəri sosial məsələlərlə əlaqədar nəzərdə tutulub. Ümumiyyətlə, bizim büdcəmiz 20 ilə yaxındır ki, sosial yönümlü büdcədir”.

R.Quliyev bildirdi ki, hökumət inflyasiyanı 3 faiz həddində saxlaya bilib və cari il üçün də 3 faiz həddində proqnozlaşdırılır:

“İqtisadi artım 4 faizə qədər gözlənilir. Valyutamız devalvasiya olunmadı və biz valyutamızı saxlaya bildik. 2021-ci ildə də valyutanın eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bizdə dövlət borcu da artmadı, təqribən 20-21 faiz civarındadır. Halbuki bütün postsovet məkanında, hətta inkişaf etmiş ölkələrdə də dövlət borcunun səviyyəsi 60-70 faizi keçib. Məsələn, Ukraynada dövlət borcu hardasa 70 faizi ötür. Bütün bunlar hamısı nəyi göstərir? Bütün bunlar Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını göstərir və büdcədə yığılan vəsait şübhəsiz ki, 2021-ci ildə insanların sosial problemlərinin həllinə yönəldiləcək”.

Milli Məclisin digər üzvü Aydın Mirzəzadə Tarif Şurasının qərarını düzgün sayır:

“Bu məsələ barəsində Tarif Şurası kifayət qədər izahat verib”.

Qərarın xalqın güzəranına təsirinə gəldikdə isə deputat deyir ki, bu məsələ hər zaman dövlətin və prezidentin diqqətindədir:

“Bu il üçün qəbul edilən büdcədə bütün bunlar nəzərə alınıb. Yeni iş yerlərinin yaradılması, əmək haqqlarının daim artması, sahibkarlığın inkişafına diqqət Azərbaycan dövlətinin diqqətində olan məsələlərdir. Vaxtaşırı bununla bağlı qərarlar qəbul edilir”.

İqtisadi ekspert Natiq Cəfərli isə deyir ki, bu qərar çox güman ki, keçən il dotasiyaların azadılmasından qaynaqlanır:

“Dövlət büdcəsindən ayrılan dotasiyalar azaldılarkən təbii ki, bunun yerini doldurmaq da lazımdır. Bu da qiymət artımı kimi qeyri-populyar və qeyri-rasional addıma səbəb olur və dövlət dotasiyaların əvəzini vətəndaşın üzərinə qoyur. Ona görə də, düşünürəm ki, bu addımın rasional bir izahı dotasiyaların ləğvi ilə bağlıdır. Çünki indiki dövrdə belə bir addımın atılmasına o qədər də ehtiyac yox idi. Ölkə iqtisadiyyatı pandemiyadan çox ciddi zərər çəkib. Bu qərar inflyasiyanı da sürətləndirəcək. Bu da indiki dövr üçün yaxşı nəticə deyil”.

Ekspert Tarif Şurasının əsaslandırmasının çox gülünc səsləndiyini bildirdi:

“Təbii ki, ekoloji problemlərin həlli çox ciddi məsələdir. Bu, bütün dünyanın problemidir. Amma bunun həllinin başqa yolları da var. Əgər daxili yanma mühərrikində benzin və dizel yanacağından istifadə edilməsini minimuma çatdırmaq istəyiriksə, bunun çox sadə yolları mövcuddur. Dəfələrlə təkliflərimiz olub ki, ölkəyə gətirilən hibrid avtomobillərin rüsumu sıfıra endirilsin, sıfır vergi tətbiq edilsin. Bununla həmin avtomobillərin ölkəyə gətirilməsini təşviq etmək olar. Nəticədə həm ekologiyaya müsbət təsiri olar, həm də ölkənin avtoparkı yenilənər”.

Qərarın əhalinin güzəranına necə təsir edəcəyinə dair sualı cavablandıran iqtisadçı ekspert vurğuladı ki, dizel yanacağının qiymətinin artması aqrar sektorda, logistikada, yükdaşımalarında qiymət artımına səbəb olacaq:

“Hökumət deyir ki, buna görə fermerlərə müəyyən kompensasiyalar veriləcək. Məncə, kompensasiyalar itkiləri tam ödəyə bilməyəcək. Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edən təkcə fermerlərin əməyi deyil, burada logistikanın da ciddi rolu var. Daşıma xərcləri də artacaq. Bu sahədə isə heç bir kompensasiya nəzərdə tutulmur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Bu gün, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Bu gün, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Bu gün, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Bu gün, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Bu gün, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Bu gün, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Bu gün, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Bu gün, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Bu gün, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Bu gün, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Bu gün, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Bu gün, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Bu gün, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Bu gün, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Bu gün, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Bu gün, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Bu gün, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Bu gün, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Bu gün, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Bu gün, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Bu gün, 10:59
"5 il ağır depressiya yaşadım"
Bu gün, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Bu gün, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Bu gün, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Bu gün, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Cənab Mikayılov Azərbaycanı ibtidai icma quruluşuna qaytarıb... - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:18
Turizm Agentliyində 18,5 milyonluq yeyinti - bu dəfə sədr dəqiq gedir
Bu gün, 10:08
Elşad Həsənovun KOLXOZVARİ HESABATI... - BARITI ÇOX ELƏDİ...
Bu gün, 10:02
İŞÇİ SƏBRİ SON HƏDDƏ: 3 aydır əmək haqqı almırıq... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
Yayda sular da tətilə gedirmiş.. - ETİRAZ VAR!
Bu gün, 09:45
“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ
Bu gün, 09:40
Milli Onkologiya Mərkəzində korrupsiya metastaz verib... - ETİRAZ
Bu gün, 09:37
“Bakı ofset kombinatı” АSC-də yığıncaq keçiriləcək
Bu gün, 09:28
Dünyanı çox ciddi fəlakətlər gözləyir – Ekstrasens
Bu gün, 09:27
“Azəri-Med”in lisenziyası yoxa çıxdı
Bu gün, 09:25
Nəqliyyat şirkətinin səhmdarları toplanır - SƏDRİ DƏYİŞƏCƏK
Bu gün, 09:24
Fransız və isveçrəli deputatlar Cənubi Qafqazda sülhün düşmənidir - FAKT BUDUR!
Bu gün, 09:20
Britaniya nəşri də Azərbaycana böhtan atdı - Bakıdan sərt reaksiya
Bu gün, 09:07
Pezeşkian: Nəhayət ki belə bir düşüncə sahibi... - AKTUAL
Bu gün, 09:00
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktorun 89 min AZN-lik əməliyyatı
Bu gün, 07:45
Yevlaxda bələdiyyə sədri QANUN-MANUN HƏRLƏMİR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:40
Keçiddə atları dəyişməzlər... nazirləri dəyişmək olar... - Əgər Əmrullayev yarıtmazdırsa...
Bu gün, 07:37
Putinin arxasında barınan Xəlilovlar... - Xəyanətlə cəsarət arasında seçim...
Bu gün, 07:34
“Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30
Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru