Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                     Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” .....                     Cənab nazirin bu kadrdan xəbəri varmı? .....                     "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" .....                     "Azərbaycanda kasıb adam yoxdur" .....                     Repetitorluq təhsili necə iflic edir? .....                     İrəvan KTMT-dən niyə çıxa bilmir? .....                     Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı .....                     "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" .....                     İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası .....                     Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” .....                     Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi .....                     Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                 

"İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır" - deputat
Tarix: 15-08-2019, 08:13 | Çap et
"İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır"
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Qurban bayramından öncə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb. Görüş səfirin dəvəti ilə baş tutub. F.Mustafanın Şah İsmayıl Xətai adına medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqalın getdiyi günlərə təsadüf etməsi kifayət qədər maraq doğurub. Deputatla görüşün detalları barədə söhbət etdik.

- Fazil bəy, səfir tərəfindən görüş dəvəti sizin üçün gözlənilməz olmadı?

- Xeyr. İran səfiri kifayət qədər istiqanlı, səfirlər içərisində diskussiyalara açıq bir şəxsdir. İndiyə qədər ki, İran səfirlərindən fərqli olaraq, Azərbaycan cəmiyyətinə həssaslığı olan, hansısa bir prosesləri açıq şəkildə həyata keçirən səfirdir. Ona görə də bu İran səfirinə qarşı münasibətim normaldır. Özü də çox savadlı insandır. Bölgədəki durumla bağlı açıqlamalarım olmuşdu. Mən sırf Azərbaycan maraqlarından bu problemə yanaşıram. Hesab edirəm ki, hər hansı bir şəkildə bölgədə gərginliyin artmasından ən böyük ziyanı biz çəkə bilərik. Olası bir müharibə təhlükəsində Azərbaycan qaçqınlar problemi, iqtisadi çətinliklər yaşaya bilər. Təsəvvür edin ki, yolun bağlanması Naxçıvanla əlaqədə yaşayacağımız problemi, gediş-gəlişdə nə qədər problemlər yaşayacağımızı indidən proqnozlaşdırmağa əsas verir. Səfirlə daha çox bu istiqamətlərdə söhbətimiz oldu.

Azərbaycan cəmiyyətində insanlar anlamalıdırlar ki, bizim, ümumiyyətlə, hər hansı bir dövlətə qarşı düşmənçiliyimiz yoxdur. Ölkəmizdə zehniyyətə qarşı çıxış edərkən konkret dövləti suçlamırıq. Biz öz vətəndaşlarımızın problemi kimi məsələyə baxırıq. Məsələn, İran olimpiadada, biri qızıl olmaqla, üç medal qazanırsa, Azərbaycan da qazana bilmirsə, bu bizim üçün düşündürücüdür ki, bizim çox vaxt bəyənmədiyimiz İranın elmi, xüsusilə informatika, riyaziyyat, fizika sahəsinə irəliləyişi bizdən üstündür. Bunun üçün də biz qonşu ölkələrdən nəyisə öyrənməyə çalışmalıyıq. Neqativ məsələlər varsa, bunu da dilə gətirməkdən çəkinməməliyik. Mənim İranla bağlı səsləndirdiyimiz hər hansı bir fikirlər düşmənçilik xarakteri daşımır. İran Ermənistana yardım edir, bu bizim İrana qarşı münasibətimizdə kifayət qədər təsirli rol oynayır. Çünki mənim düşüncəmə görə, İran düşmən ölkəyə yardım etməsə, Azərbaycanla ən yaxın müttəfiq bir qonşu ölkə kimi münasibətlər qura bilər. Bunu hər dəfə görüşlərdə dilə gətiririk. Görüşlərə, fikirlərimizə onların da maraq göstərməsi onu göstərir ki, fikirlərimizi dəyərləndirirlər. Bunun ictimai rəyə təsir göstərdiyini hər halda özləri də söyləyirlər. Bizim əsas məqsədimiz odur ki, Azərbaycan maraqlarının necə qorunması istiqamətində qonşu ölkələrlə əlaqələrimizi daha da inkişaf etdirə bilək. Mənim Türkiyə və digər ölkələrin səfirləri ilə də görüşlərim olur. Rusiya səfirliyinin də tədbirlərində iştirak edirəm. Hər üç ölkənin işçi qrupunun üzvüyəm. Bəzi mətbuat orqanlarında yazılır ki, Fazil Mustafa kimisi hansısa dünyagörüşü müdafiə edən şəxsləri hansısa ölkənin agenti adlandırır. Amma bu qətiyyən belə deyil. Hamını ucdantutma agent adlandıra bilmərəm. Çünki hərənin öz düşüncəsi, dünyagörüşü var. Kimsə fikirlərimizi qəbul etməyə də bilər. Biz öz fikirlərimizi kiminsə düşüncələrini dəyişmək üçün səsləndirmirik. Azərbaycan cəmiyyətində hər doğrunu anındaca qəbul etsəydilər, niyə erməniyə uduzurduq ki? Vaxtilə kimsə Qarabağla bağlı hansısa addımlar atmağı açıq şəkildə söyləyəndə az qala televiziyadan, tribunadan düşürməyə çalışırdılar. Nə olsun? Sonra uduzan kim oldu? Soyuqqanlı şəkildə qaldırılan məsələləri müzakirə etmək lazımdır. Fikir söyləyirəm, kimsə qəbul etməsin. Amma fikirləri top-tüfənglə qarşılamağın adı nədir?

- Xətai ilə bağlı dartışmaların getdiyi günlərə görüş təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?

- Görüşün bu məsələ ilə bağlı heç bir əlaqəsi yox idi. Açığı, bu mövzuda heç söhbət olmadı. Axı bu mövzu iranlıları maraqlandırmır. İranlıları nə maraqlandırır ki, Azərbaycanda kimsə X əsrdə qalacaq, kimsə də XXI əsrə gedəcək. Əsas müzakirə o oldu ki, bölgədə hansı addımlar atılsın ki, müharibə riskləri olmasın. Bizim üçün də maraqlı idi ki, İranın hansı addımları bu istiqamətdə nəzərdə tutulub.

- Sizin hər zaman anti-şiə mövqedə olduğunuz bildirilir. İran səfiri ilə görüşdə dinlə bağlı fikirləriniz də müzakirə edildimi?

- Mənim anti-şiə mövqeyim yoxdur. Cahillik harada varsa, sadəcə, ona qarşı çıxış edirəm. Şiələrin içərisində kifayət qədər ağıllı, savadlı insanlar var. Onlar mənim dostlarımdır, hətta onlarla ibadət də birlikdə edirəm. Sadəcə, bəzi çevrələr belə fikirlər formalaşdırır ki, guya mən anti-şiə mövqeyindəyəm. Mın cəhalətin ölkədə yayılmasının əleyhinəyəm. Bu cəhaləti təkcə şiə yaymır ki? Əhli-sünnə olanlardan cəhalət yayanların sayı qat-qat çoxdur... Bir PKK-çının Azərbaycan siyasətinə sırıdığı bir nəfər bizi müəyyən təriqətlərə bağlamağa çalışır. Baxırsan ki, adam savadsızdır. Nə olsun ki, Qurandan 30 cild təsfir yazdığını deyir. Ərəb dili, Quran bilicisi olan Fəxrəddin Razi 23 cilddən o tərəfə getməyib. Digərləri də həmçinin. Dində mən heç kimə qarşı deyiləm, nə də kiminləsə dostam. Dində öz anlayışım var. Kimsə qəbul etmirsə, özü bilər. Mən Həsən bəy Zərdabi, Mirzə Cəlil, Axundov və bu tipli digər şəxslərdən daha böyük düşüncə adamı kimi özümü təqdim etmirəm ki? Sadəcə, deyirəm ki, XXI əsrdə də Azərbaycanda heç nə dəyişməyib. Məsələn, bu gün Saleh Məmmədov mənim üçün Novruzəlidir. Onun bir yazısı bunu sübut etdi. İnsanları parta arxasına təzədən otuzdurub, savad verəsi deyilik ki. Açığı, bu tipli məsələlərdə təkrar mübahisə açmağın tərəfdarı deyiləm. Fikirlərimin haqlı olduğu zaman-zaman özünü göstərəcək.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59
"5 il ağır depressiya yaşadım"
Dünən, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru