“Ölkə ərazisində istirahət çox bahadır. Hara gedirsən “od tutub yanır”. Özü də baxırsan ki, o qiymətin içində sənə nə təklif edirlər? Görürsən ki, heç nə. Təkcə səhər yeməyi daxildir. Bütün istirahət yerlərində qiymət bahadır. Mən Qaxda, qudamgildə qalıram, burada dincəlirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib:
“Kimlərinsə cibinə bu qiymətlər uyğundur, kimlərəsə yox. Əksər hallarda xarici ölkələrə getmək daha uyğundur nəinki burada dincəlmək? Gediş-gəliş biletlərinin qiyməti də od qiymətinədir. Xarici ölkəyə getmək üçün gərək ən yaxşısı qışdan bron edəsən” deyə müğənni bildirib.
Mənzurə Musayeva bildirib ki, hamı pulsuzluqdan şikayət etsə də, istirahətə yetəri qədər pul xərcləyənlər də var:
“Baha da olsa, ucuz da olsa hamı istirahətdədir. Baxma ki, pulsuzluqdan şikayət edirlər. Azərbaycanda kasıb adam yoxdur. Bütün restoran və istirahət mərkəzləri doludur. Hamı öz kefində-damağındadır. Biz müğənnilər də ilboyu o toydan bu toya qaçırıq ki, müəyyən qazanc əldə edək. İndi bildiyinizə görə Məhərrəm ayıdır. Toy olmasa da şou-proqramlar var. Qazanırlar. Düzdür, başqalarını deyə bilmərəm, amma mənim ev və maşınımdan başqa heç nəyim yoxdur” deyə müğənni bildirib.