Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                     Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                 

Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Tarix: Bu gün, 06:43 | Çap et

“Bizim təhsil sistemimizin əsas problemlərindən biri repetitorluqdur. Bu hal faktiki olaraq məktəb təhsilini iflic vəziyyətinə salıb. Xüsusilə 9, 10 və 11-ci siniflərdə demək olar ki, dərslər normal şəkildə keçirilmir, məktəblərdə davamiyyət son dərəcə aşağıdır. Artıq bu, adi bir ənənəyə çevrilib: yuxarı sinifə keçən şagird üçün valideyn məktəblə, direktorla hansısa formada razılığa gəlməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov Azərbaycanda

repetitorluqla bağlı vəziyyəti şərh edərkən bildirib:

“Bütün bu proseslər ailələr üçün ciddi maddi yük yaradır. Repetitorların qiymətləri ildən-ilə artır və bu, bir tendensiyaya çevrilib. 30 ildən çoxdur bu sahənin içindəyəm və əvvəllər dərs haqları 20-30 manat civarında idi. İndi isə qiymətlər dəfələrlə artıb. Bu da onu göstərir ki, repetitorlar yaxşı bilirlər: valideynlər onlardan asılı vəziyyətdədir. Çünki məktəb dərs vermir, valideyn isə övladının təhsili naminə repetitorun dediyini ödəməyə məcbur qalır. Nəticədə borca düşən, kredit götürən ailələr var və iki-üç il ərzində həm məktəblə “razılaşma”, həm də repetitor xərcləri ailə büdcəsinə ciddi təsir edir.

Valideynlərin üzərinə düşən maddi yük təkcə repetitor xərcləri ilə bitmir. Uşağın universitetə qəbul olması üçün ailə bütün imkanlarını səfərbər edir, borca düşür, kredit götürür – təkcə övladı ali məktəbə qəbul olunsun deyə. Nəticədə həmin uşaq çox zaman az bal yığdığına görə ödənişli əsaslarla universitetə qəbul olunur və bu dəfə də valideyn təhsil haqqını ödəməyə məcbur qalır.

Eyni zamanda ailədə digər övlad da repetitor yanına getməli olur. Ailə bu xərcləri çatdıra bilmir, təhsil haqqını ödəmək getdikcə daha da çətinləşir. Universitetin ikinci və ya üçüncü kursuna çatanda isə artıq ailə kreditlərin altında boğulur, nəticədə övlad təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric olunur. Hər il ölkədə təxminən 10-11 min tələbə məhz bu səbəbdən təhsildən kənarda qalır.

Bir tərəfdən qəbul planı ildən-ilə artır – yaxın illərdə bu rəqəm 75 minə çatdırılmalıdır. Halbuki vaxtilə bu göstərici 45 min idi. Digər tərəfdən isə hər il minlərlə tələbə universitetdən xaric edilir. Bu vəziyyətin əsas səbəblərindən biri də repetitorluğun ailə büdcəsini iflasa uğratmasıdır. Artıq bu problem təkcə təhsil sistemi ilə deyil, sosial ədalətlə də birbaşa bağlıdır”.

İlham Əhdəmov hesab edir ki, Təhsil Nazirliyi istəsə, bu məsələlərin həll etmək mümkündür:

“Təhsil Nazirliyi istəsin. İctimai müzakirə açılmalı, geniş ictimai rəy formalaşdırılmalı, bir ictimai komissiya yaradılaraq bu fikirlər ümumiləşdirilib nazirliyə təqdim edilməlidir. Hazırkı iqtisadi durumda – qiymətlərin artdığı, iş yerlərinin azaldığı bir zamanda – valideynin ayda yüzlərlə manat repetitorlara verməsi, məktəblə ayrıca “razılaşma” aparması artıq dözülməz yükə çevrilib. Belə davam edə bilməz.

Nazirlik isə bu problemi həll etmək əvəzinə, əksinə, repetitorluğu dolayı yolla müdafiə edir. Belə suallar gündəmə gələndə nazirlik nümayəndələri bildirirlər ki, repetitorluğu qadağan etmək niyyətləri yoxdur, çünki bu praktika dünyanın bütün ölkələrində mövcuddur. Bəli, doğrudur – digər ölkələrdə də repetitorluq var, lakin heç birində bu qədər kütləvi xarakter daşımır və heç bir yerdə məktəblərin fəaliyyəti iflic olmur.

Məsələn, repetitorluğun nisbətən çox yayıldığı Yaponiyada belə məktəbə davamiyyət 99 faiz təşkil edir. Orada valideynlər övladlarına əsas məktəb fənləri üzrə deyil, uşağın maraq göstərdiyi əlavə sahələrdə – məsələn, musiqi, rəsm, robot texnikası kimi istiqamətlərdə repetitor tutur. Nadirdir ki, uşaq məktəb fənlərindən birindən repetitor yanına getsin. Bu da ancaq həmin fəndən çox zəifdirsə, ya da həmin sahədə dərinləşmək, olimpiadalara hazırlaşmaq istəyirsə baş verir. Bizdə isə vəziyyət tam fərqlidir – təhsil tam şəkildə repetitorluqdan asılı hala gəlib.

Təəssüf ki, bu repetitorluq da dərin, sistemli təhsil vermir. Əsasən əzbərləməyə, testlərin cavablarını və şablon həll yollarını öyrənməyə yönəlib. Ümumiyyətlə, test sistemi özü təhsilin məzmununu dağıdan bir vasitəyə çevrilib.

Test sistemi 1992-ci ildə ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısını almaq üçün müvəqqəti tədbir kimi tətbiq olunmuşdu. O dövrdə əsas məqsəd sovet dövründə geniş yayılmış rüşvət mexanizmini dağıtmaq idi. Amma zaman keçdikcə test imtahanları daimi hala gəldi və nəticədə bu sistem uşaqlarda səthi bilik, zəif təfəkkür, məhdud dünya görüşü formalaşdırmağa başladı. Fənlərin inteqrasiyasına, analitik düşüncəyə, yaradıcı yanaşmalara isə imkan vermədi.

Bu gün təhsilimizdə və cəmiyyətimizdə müşahidə olunan bir çox problemin kökündə də məhz repetitorluğun geniş yayılması və məktəblərin real fəaliyyətinin iflic olması dayanır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru