Putin-Tramp dialoqu: Dünya buna köklənib... .....                     Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                 

Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Tarix: Bu gün, 10:20 | Çap et

Son illər dünyada rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda kriptovalyutalar və blokçeyn texnologiyası maliyyə sisteminin əsas tərkib hissələrindən birinə çevrilməkdədir. Bu transformasiya təkcə maliyyə əməliyyatlarının aparılmasında deyil, həm də dövlətlərin pul-kredit siyasətində yeni yanaşmaların meydana çıxmasına səbəb olub.

Xüsusilə ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlişindən sonra dünyada kriptovalyuta bazarına maraq böyük sürətlə artır. Son hesablamalara əsasən, qlobal kriptovalyuta bazarının həcmi 4 trilyon dollara yaxınlaşır. Üç il əvvəl Bitkoini fırıldaq adlandıran Trampın bu sahəyə diqqət yetirməsi bütün dünyada kriptovalyutaya diqqəti dəfələrlə artırıb.

Azərbaycanın daxil olduğu MDB məkanında Rusiya, Qazaxıstan, Özbəkistan kriptovalyuta bazarı ilə bağlı hüquqi baza formalaşdırıblar. Xüsusilə Qazaxıstan bu sahədə irəliyə doğru çox ciddi addımlar atıb. Rusiyada isə diqqət daha çox bazarın nəzarətdə saxlanması amilinə yönəldilib. Gürcüstanda təkmil hüquqi baza formalaşdırılmasa da, mayninq sürətlə inkişaf edir, bazarın həcmi genişlənir. Azərbaycanda isə son illərdə müzakirələr aparılsa da, hələlik real addımlar atılmayıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə il öncə kriptovalyuta və blokçeyn texnologiyasının potensial imkanlarını qiymətləndirmək məqsədilə araşdırmalara başlayıb. AMB bu məsələləri pul-kredit siyasətinin mümkün istiqamətlərindən biri kimi gündəmə gətirib.

Deputat Vüqar Bayramov iqtisadiyyat.az-a deyib ki, araşdırma aparıldıqdan və eləcə də digər ölkələrdə kriptovalyutanın istifadəsi ilə bağlı təcrübə öyrənildikdən sonra bu istiqamətdə addımların atılması mümkündür. Onun sözlərinə görə, ümumiyyətlə kriptovalyutalardan istifadəyə münasibət fərqlidir. Bəzi ölkələrdə artıq “Bitcoin” istifadə edilir, bəzi ölkələr isə qadağan edib.

Hazırda Azərbaycan qanunvericiliyində kriptovalyutanın birbaşa tənzimlənməsi yoxdur. Bu o deməkdir ki, bu sahəni birbaşa tənzimləyən hüquqi baza mövcud deyil. Bitcoin və altkoinlər ödəniş forması kimi istifadə edilə bilməz. Qanunvericiliyə əsasən, manat ölkədə yeganə hüquqi ödəniş forması sayıldığından, ondan başqa digər hər hansı valyuta ilə ödəniş edilməsi və ya ödənişlərin qəbulu qadağandır.

Təcrübədə dövlət fiziki şəxslərə kriptovalyuta almağı qadağan etmir. Hətta bəzi hesablamalara görə, ölkə vətəndaşlarının kriptovalyuta dövriyyəsinin illik həcmi 1 milyard dollara çatıb.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüzün dediyinə görə, bu ilin iyununda Qazaxıstan Mərkəzi Bankı rəqəmsal maliyyə sahəsində önəmli yenilik edib - kriptokart layihəsinə start verilib: “Artıq vətəndaşlar kriptovalyutalarını real vaxtda real pula çevirərək mağazalarda, restoranlarda, kafe və digər pərakəndə ticarət məkanlarında adi bank kartı kimi istifadə edə biləcəklər”.

Ekspertin sözlərinə görə, layihəyə ilkin mərhələdə bir neçə bank qoşulub: “Kartlar Qazaxıstanda rəsmi lisenziya almış kriptobirjalarla birbaşa inteqrasiya olunub. Tranzaksiya necə işləyir?

-İstifadəçi lisenziyalaşdırılmış platformalarda (BitGet, Binance, ByBit, Coinbase və s.) kriptovalyuta saxlayır;

-Ödəniş anında bu aktiv dərhal bazarda satılır;

-Ekvivalent məbləğ karta yüklənir və ödəniş milli valyuta ilə baş tutur;

-Proses tam avtomatik və real vaxtda baş verir".

Osman Gündüz

Osman Gündüz deyir ki, bu layihə hazırda pilot rejimdə həyata keçirilir - yəni məhdud istifadəçi qrupu və seçilmiş banklarla test edilir: “Mərkəzi Bankın məlumatında konkret şəhər göstərilməsə də, kriptovalyutanın daha geniş tətbiqi üçün Prezidentin təşəbbüsü ilə ayrıca bir ”kriptopilot şəhər" - CryptoCity layihəsi də hazırlanır. Onun Alatau şəhərində qurulması planlaşdırılır. Burada kripto ilə əmlak alışı, restoran ödənişləri və digər xidmətlər geniş şəkildə sınaqdan keçiriləcək".

Ekspert qeyd edib ki, kriptovalyutanın ilk dəfə gündəlik həyatın bir hissəsinə çevrilməsi əhəmiyyətli hadisədir. Bununla da rəqəmsal aktivlər real iqtisadi dövriyyəyə daxil olur. Bank sektoru ilə blokçeyn texnologiyası arasında birbaşa əlaqə qurulmuş olur: “Yəni ənənəvi ödənişlə kripto ödəniş arasında bağlantı yaranır və bununla da rəqəmsal aktivlər geniş kütlə üçün əlçatan olur. Qazaxıstanda 2020-ci ildən ”Rəqəmsal aktivlər haqqında" qanun qəbul edilib. Bu qanun kriptovalyutaların hüquqi statusunu, onların mübadiləsini, saxlanmasını və mayninq fəaliyyətini tənzimləyir. Bir neçə il öncədən bu ölkədə kriptovalyutaların alqı-satqısına icazə verilib. Özbəkistan da paralel olaraq bu istiqamətdə irəliləyir - 2018-ci ildən etibarən qəbul etdiyi normativ aktlarla kriptovalyutaların dövriyyəsi, blokçeyn texnologiyası və mayninq fəaliyyəti üçün hüquqi baza - əlverişli mühit formalaşdırıb. BitGet qısa zamanda bu ölkədə ən populyar kripto platformaya çevrilib".

Osman Gündüzün sözlərinə görə, iyulun 23-də Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımovun ekspertlərlə görüşündə bu məsələni qaldırıb: “Azərbaycan Mərkəzi Bankı cari ildə pilot qaydada (Sandbox rejimində) kripto layihələrə start verib. İşçi qrup formalaşdırılıb. Eyni anda dörd layihə fəaliyyətə başlayıb. Rəqəmsal manatla bağlı müzakirələr aparılır. Lakin hələlik hüquqi bazanın yaradılması, kriptovalyutaların bank və ödəniş sektoruna real inteqrasiyası üzrə konkret addımlar müşahidə olunmur. Düşünürəm ki, ölkəmizdə bu sektorun inkişafı innovasiyaların təşviqi, regionda rəqəmsal biznesdə rəqabətə davamlılıq, yeni iş yerlərinin açılması və ixtisaslı mütəxəssislərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hökumətin bu istiqamətdə səylərini gücləndirilməsi vacibdir”.

O.Gündüzun sözlərinə görə, görüş zamanı Mərkəzi Bank sədri virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirib: “Bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək. Məhz bu qanun kriptobirjaların və bu tip platformaların qeydiyyatı və xarici kripto-platformaların Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s bu tip məsələləri tənzimləyəcək. Xatırladıram ki, MDB məkanında Rusiyada, Qazaxıstanda, Özbəkistanda və Belarusda bu sektorun tənzimlənməsilə bağlı qanunlar və hüquqi normalar mövcuddur. Yeri gəlmişkən Taleh müəllimin dediyindən belə anladım ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır. Yəni rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır. Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə də məşğuldur. Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir”.

Qeyd edək ki, ötən il dünyanın ən böyük kriptobirjası olan Binance-ın yüksək vəzifəli nümayəndələri Bakıya gələrək Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar. Birjada hesab edirlər ki, Azərbaycan rəqəmsal aktivlər üçün infrastrukturun formalaşması mərhələsindədir. Dövlət sektorunda blokçeyn texnologiyalarının tətbiqi artıq müzakirə olunur ki, bu da qanunvericiliyin gələcək inkişafı üçün stimul ola bilər. Binance-a görə, Azərbaycan rəqəmsal iqtisadiyyat üçün mütərəqqi qaydaların işlənib-hazırlanması üzrə Qafqazda liderlərdən birinə çevrilmək potensialına malikdir. Əsas odur ki, bütün bazar iştirakçıları üçün optimal şəraitin inkişafı istiqamətində dövlət, biznes və ekspert icması arasında dialoq təmin olunsun.

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, kriptovalyuta bazarı, onun inkişaf dinamikası, bu istiqamətdə mövcud strategiya, yanaşmalar və atılan addımlara təsir göstərən bir sıra faktorlar var: “İlk növbədə kriptovalyuta Azərbaycanda hələ ki, prioritet deyil. Son iki ildə Azərbaycanda bank sektorunda qiymətli kağızlar bazarına nəzarətin təşkili, onun inkişafı ilə əlaqədar sığorta bazarının təkmilləşdirilməsi, eyni zamanda monetar siyasətin təsir gücünün artırılması ilə bağlı bir sıra istiqamətlərdə yeni yanaşmalar ortaya qoyulub. Dayanıqlı maliyyə institutlarının təkmilləşməsi, dayanıqlı maliyyə alətlərinin təklif edilməsi və sair. Bu istiqamətdə tənzimləyici qurum olan Mərkəzi Bankın resursları çərçivəsində, düşünürəm ki, potensial mövzular prioritetləşdirilməsi zamanı kriptovalyuta hələlik aktiv gündəmin predmetinə çevrilməyib. Təbii ki, bu, qaçılmazdır. Orta və uzunmüddətli dövrdə kriptovalyuta ödəniş sisteminin tamhüquqlu parçasına çevriləcək. Azərbaycan da məcburdur ki, bu ekosistemin bir parçası olsun. Qlobal iqtisadi münasibətlərdə inteqrasiyanın qorunması üçün bu, zərurətə çevriləcək. Lakin hələlik bu sahədə tələsməmək hansısa problem yaratmır”.

Ekspertin fikrincə, ikinci məsələ Məsələ Bankın taktiki mövqe ortaya qoymasıdır: “Tənzimləyici gözləmə mövqeyi tutaraq region ölkələrinin - Qazaxıstanın, Rusiyanın, Gürcüstanın bu sahədəki addımlarının nəticələrini qiymətləndirmək imkanı qazanmaq istəyir. Sahə yenidir, qonşu ölkələrin təcrübələri də yenidir. Bu baxımdan, Azərbaycan Mərkəzi Bankı təcrübələri qiymətləndirib, ölkə üçün daha məqbul variantı seçməyə üstünlük verir”.

Məlumdur ki, hələ dünyada kriptovalyuta bazarına tam və effektiv nəzarət mexanizmi yaradılmayıb. Ayrı-ayrı ölkələrdə bu sahədə addımlar atılsa da, tam nəzarətin təmin olunması mümkün olmayıb. Bir sıra ekspertlərə görə, Azərbaycanda kriptovalyuta bazarının leqallaşdırılmamasının kökündə bu amil dayanır: maliyyə axınlarına tam nəzarət imkanının olmaması. R.Həsənovun fikrincə, bu amilin də ölkədə kriptovalyuta ilə bağlı hüquqi bazanın formalaşdırılmamasında rolu var: “Əlbəttə, bunu istisna etmək olmaz. Azərbaycanda aşırı tənzimləmə, sərt nəzarət ölkə iqtisadiyyatının bütün sahələrində prioritetdir. Bu baxımdan, kriptovalyuta bazarına belə nəzarətin mümkünsüzlüyü onunla bağlı siyasətdə rol oynayır. Lakin düşünürəm ki, proses qarşısıalınmazdır, gec-tez Azərbaycan buna gedəcək. Fikrimcə, təkmil qanunverici baza olmadan, əhalinin yüksək səviyyədə maarifləndirilməsi həyata keçirilmədən, nəhayət, təkmil bir təcrübəyə istinad edilmədən kriptovalyuta ilə bağlı addımların atılması iqtisadi səmərələlik baxımından uğurlu alınmaya bilər. Bu baxımdan, kiçik və məhdud bazardansa, azad və geniş əhatəlilik təmin olunan bazarın yaradılmasını daha məqsədəuyğun hesab edirəm”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Bu gün, 15:18
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru