Bolqarıstandan azərbaycanlı iş adamına .....                     Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… .....                     Rusiya Köçəryanı yenidən aktivləşdirir: .....                     “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası .....                     ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək .....                     Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Ənvər Seyidov vəfat etdi .....                     "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" .....                     “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” .....                     İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq .....                     Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ .....                     Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? .....                     Krım türkləri Moskvanı yandırdı... .....                     Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir .....                     "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…" .....                     Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı .....                     17 milyardlıq müharibə hazırlığı: .....                     Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır .....                     “Dəvəli” ASC mənfəətini bölüşdürəcək .....                     Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... .....                     “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                     Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                 

İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: Bu gün, 06:24 | Çap et

İranın Azərbaycana münasibəti ilə bağlı olduqca qəribə və ikili yanaşma davam edir. Bir tərəfdən, İran prezidenti Pezeşkian mütəmadi olaraq Bakı ilə əməkdaşlığın inkişafına və Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə yönəlmiş bəyanatlar verir. Sonuncu belə çıxış dünən olub. Bundan əlavə, Pezeşkian qısa prezidentlik müddətindəartıq iki dəfə Azərbaycana səfər edib.

Digər tərəfdən isə İranın yüksək siyasi çevrələrində tam əks mövqeli bəyanatlar səsləndirilir. İranın ali lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bir neçə gün əvvəl bildirib ki, Zəngəzur dəhlizi ABŞ və İsrail tərəfindən İranın təhlükəsizliyini pozmaq məqsədilə hazırlanmış geosiyasi layihədir. O, həmçinin Azərbaycan Respublikası və Zəngəzur dəhlizi ilə bağlı hansısa “geosiyasi problemlər” gördüyünü deyib. Vilayəti həmçinin xatırladıb ki, İkinci Qarabağ müharibəsindən sonra İran qoşunlarını sərhədə cəmləşdirib və bu layihənin qarşısını almaq məqsədilə hərbi təlimlər keçirib. Guya ki, İran bununla milli təhlükəsizliyin İran üçün “qırmızı xətt” olduğunu göstərmək istəyib.

Məlumdur ki, İranda ali liderin xəbəri və razılığı olmadan heç bir qərar verilmir. Bu isə onu göstərir ki, ölkədə paralel şəkildə Azərbaycana münasibətdə tamamilə zidd iki mövqe mövcuddur. Bu cür daimi mövqe fərqi ilə qarşılaşmaq isə təbii ki, bütün qonşularla sabit münasibət qurmağa çalışan rəsmi Bakı üçün asan məsələ deyil.

Bəs bu “paralellik” necə başa düşülməlidir? Xamenei niyə bu iki fərqli yanaşmanın mövcud olmasına imkan verir?

Tanınmış politoloq, “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında suallara aydınlıq gətirib.

Onun sözlərinə görə, bu siyasətin mahiyyətini anlamaq üçün İranın xarici siyasətinin prinsiplərinə nəzər salmaq lazımdır.
İran bu cür ikili münasibəti təkcə Azərbaycana deyil, bütün qonşularına, tərəfdaşlarına və hətta rəqiblərinə qarşı nümayiş etdirir. İstisna kimi İsrailə qarşı münasibətdə açıq-aşkar və birmənalı şəkildə düşmən münasibətidir. Amma Azərbaycana qarşı bir tərəfdən hədələyici bəyanatlar, digər tərəfdən isə əməkdaşlığa çağırış mesajları verilməsinin iki səbəbi var. Birincisi, bu, İran hakimiyyətinin strukturudur – burada nisbətən zəif, islahatçı mövqeləri təmsil edən prezident və onun komandası var, digər tərəfdə isə daha güclü, ruhani çevrələr tərəfindən dəstəklənən mühafizəkarlar mövcuddur. Mühafizəkarlar dedikdə, əsasən İslam İnqilabı Keşikçiləri Korpusunu nəzərdə tuturam. Onların İran siyasətinə təsir imkanları daha böyükdür – iqtisadiyyata, silahlı qüvvələrə nəzarət edirlər. Əsas rıçaqlar onların əlindədir və ali lider Xameneinin özü də onları dəstəkləyir. İran hakimiyyəti öz xarici siyasətində bu iki fərqli xətti daim həm rəqiblərinə, həm də tərəfdaşlarına qarşı istifadə edir. Bu, ABŞ-ın “qamçı və kökə” siyasətinə bənzəyir.

İran Azərbaycana qarşı siyasətində iki əsas məqamı daima (son illər xüsusilə) önə çıxarır. Birincisi, Azərbaycan ilə İsrail arasında münasibətlərdir. İkincisi isə 2020-ci ildə ərazilərin azad olunmasından sonra gündəm gələn Zəngəzur dəhlizi məsələsidir. Müharibədən dərhal sonra Azərbaycan bu dəhlizin açılmasının vacibliyini vurğulamağa başladı. Hətta bəzən bəyanatlarda deyilirdi ki, bu, hərbi yolla da mümkün ola bilər. Təbii ki, bu, İranda narahatlıq doğururdu və onlar bu açıqlamalara aqressiv reaksiya verirdilər.

Son zamanlar bu məsələlər müəyyən qədər ortadan qalxıb.
Hansı yolla? Son bir həftədə Bakının verdiyi iki bəyanata diqqət yetirsək, bu aydın görünər. Birinci bəyanat Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən İran Təhlükəsizlik Şurasının sədr müavini ilə telefon danışığı zamanı səsləndirilib. Hacıyev bildirib ki, Azərbaycan İsrailin İrana hücumunu pisləyir. Bu xəbəri İranın Mehr agentliyi yayıb və Bakı bunu təkzib etməyib – deməli, belə bəyanat olub. İkinci bəyanatda isə Hacıyev bildirdi ki, Azərbaycan Zəngəzur dəhlizində onun payına düşən hissəyə özü nəzarət edəcək, Ermənistanın nə edəcəyi isə onun öz işidir. Ermənistanda dəhlizin hansısa Amerika şirkətinə 100 illik müddətə icarəyə veriləcəyi barədə şayiələr gəzir. Məncə, bu məsələlər artıq müəyyən qədər öz həllini tapıb”, – araşdırmaçı qeyd edib.

Ərəstun Oruclu əlavə edib ki, Tehranın Bakıya qarşı hərəkətlərinə səbəb olan əsas amil daha dərindir.

Əsas problem qonşuluqda müstəqil, dünyəvi Azərbaycan dövlətinin mövcud olmasıdır. Bu isə İranı narahat edir. İran Azərbaycanın müstəqillik qazandığı ilk gündən bəri daim təzyiq göstərməyə çalışıb. Səbəb isə aydındır – İranda başa düşürlər ki, azərbaycanlıların İranın tərkibində (yəni Cənubi Azərbaycanda) iki əsrlik mövcudluğu arzu olunan nəticələrə gətirib çıxarmayıb. Xüsusilə də assimilyasiya baxımından bu baş verməyib. Düzdür, ədalət naminə demək lazımdır ki, bu gün İranda teokratik sistem olsa da, Pəhləvi dövründəki assimilyasiya siyasəti daha sərt idi. Həmin vaxt küçələrdə azərbaycanca danışmaq belə qadağan olunmuşdu. Yəni, İranın Azərbaycana qarşı bu cür münasibətinin əsas, köklü səbəbi dəyişməz olaraq qalır. Gələcəkdə Tehran Bakıya təzyiq göstərmək üçün hansı bəhanələri səsləndirəcək – bunu görəcəyik. Amma düşünürəm ki, bu cəhdlər səmərə verməyəcək. Əksinə, bu siyasət iki ölkə arasındakı münasibətlərin inkişafına mane olacaq və nəticədə ziyan verəcək. Ümid edirəm ki, Tehranda nəhayət bu gerçəyi anlayacaqlar.

Azərbaycanla İsrail arasında əməkdaşlığa gəldikdə, Tehran özü də illərdir Ermənistanla əməkdaşlıq edir. Bəs bu nədir? Onlar bu əməkdaşlığı dayandırıb ki, Azərbaycan da İsraillə əməkdaşlığı dayandırsın? Axı hər bir ölkə öz xarici siyasətini milli maraqları əsasında formalaşdırır. Görünən odur ki, İran üçün Cənubi Qafqaz siyasətində Ermənistanla işləmək daha önəmlidir. Bizim üçün də milli təhlükəsizlik baxımından Türkiyə və İsraillə əməkdaşlıq daha məqbuldur. Reallıqla hesablaşmaq lazımdır. Və ümid edirəm ki, Tehranda bu reallığı dərk edəcəklər. Onların bu “ikili”, paralel yanaşması da məhz bu səbəblərdən qaynaqlanır. Yəni, bu, birinci növbədə Azərbaycanın dövlət olaraq mövcudluğudur. Çünki Azərbaycan dövləti dünya azərbaycanlıları, xüsusən də İranda yaşayan azərbaycanlılar üçün çox önəmli faktordur”, – Oruclu vurğulayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54
Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51
Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48
“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32
ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28
Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12
“Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47
İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37
Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35
Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24
"Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13
17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07
Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05
“Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55
Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru