""Xalqımız müharibə istəyir" deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki..." - deputat
Tarix: 14-08-2019, 08:32 | Çap et
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Türkmənistanda keçirilən Xəzər İqtisadi Forumunda qonşu İran və Rusiyanın beynəlxalq hüquqa meydan oxumasını şərh edib, gündəmin digər aktual mövzusu ətrafında da fikirlərini bölüşüb:
- Qüdrət bəy, 1-ci Xəzər iqtisadi forumunda Rusiya və İran Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilişinə ekoloji məsələləri əsas gətirərək etiraz ediblər. Sizcə, Moskva və Tehranın belə bir gedişi gözlənilən idimi? - İngilis dilində cinayət xarekterli əməli özündə ehtiva edən “bullying” sözü var. Mənası məktəblərdə fiziki baxımdan güclü olan xuliqanların zəif uşaqları qorxudub dəhşətə salması, öz iradələrini onlara qəbul etdirməsi mənasında işlədilir. Çox təəssüf ki, beynəlxalq münasibətlərdə də oxşar davranış sərgiləyən dövlətlər var. Məsələn, Rusiya heç kimdən icazə almadan Qara dənizin dibi ilə Türkiyəyə, Baltik dənizinin dibi ilə Almaniyaya qaz kəməri çəkir. Həm də beynəlxalq sulardan keçməklə. Amma Xəzərin dibinin orta xətt üzrə bölünməsinə baxmayaraq iki qonşu dövlətə eyni tipli kəmərin çəkilməsinə imkan vermir. Baxmayaraq ki, ən azı 4 Xəzəryanı ölkə Xəzərin dibindəki karbohidrogen ehtiyatları istismar edir və Xəzərin dibi ilə çəkilmiş neft və qaz kəmərlərinin uzunluğu min kilometrlərlə ölçülür. Türkmənistanın istismar etdiyi yataqlarla Azərbaycanın istismar etdiyi yataqlar arasında məsafə isə 40-50 km-dir. Amma nə edə bilərik? Dünya beynəlxalq hüquqla, məntiqlə yox, cəngəllik qanunları ilə idarə olunur. Kim güclüdürsə o da haqlıdır. İrana gəldikdə isə guya bu ölkə Allahın qanunları ilə idarə olunur. Mən İran mollalarından soruşuram, əgər Türkmənistandan Rusiyaya belə bir kəmər çəkilsəydi etiraz edə bilərdinizmi? Rusiya sizin etirazı milçək vızıltısı hesab edər, etiraz edən dilinizi dibindən qopardardı. Amma bizi arxasız görüb dil uzadırsınız.İnşallah ilahi ədalət öz yerini gec -tez tapar.Yeri gəlmişkən həbsdəki əl öpən İran əlaltıları niyə cınqırını çıxarmır? - Qüdrət bəy, Qarabağ Komitəsi yeni mitinqlər keçirmək istəyir, bu mitinqlərin problemin həllinə bir təsiri ola bilərmi? - Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər.Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa onun ziyanı xeyirindən çox olacaq. Qarabağ məsələsinə gəldikdə isə xalqımızın böyük əksəriyyəti müharıbə istəmir. Ona görə də mitinqə yüz minlərin çıxacağı inandırıcı deyil. Kimsə deyə bilər ki, camaat polis dəyənəyindən və repressiyalardan qorxur, ona görə mitinqə kütləvi çıxmır. Mən həmin adamlardan soruşuram, dəyənəkdən qorxan güllə qabağına gedər?!Xalqımız həm özünə güvənmir, həm də satqınların və xarici düşmənlərin müharibəni qələbə ilə başa çatdıracağımıza imkan verməyəcəyindən qorxur. İqtidar bunları görür və xalqın iradəsini nəzərə alır. Bunu nəzərə almayan iqtidar özü də iflasa uğrayar, ölkəni də uçuruma aparar. Xalqımız müharibə istəyir deyən istənilən siyasi demaqoqa demək istəyirəm ki, müharibə istəyən xalq istənilən iqtidarı müharibəyə başlamağa, yaxud istefaya getməyə məcbur edə bilər. Hamı başa düşür ki, problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ona görə də xalqımızı müharibəyə, yəni qurbanlar verməyə və fədakarlıq etməyə hazırlamalıyıq. 5-10 nəfər siyasiləşmiş, vəzifə istəyən adamın ah-naləsi ilə iş düzəlməyəcək. Xalqımızı qələbəyə inandırmalıyıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22 |
|
|
|
• Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03 |
|
|
|
• Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01 |
|
|
|
• "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55 |
|
|
|
• "Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53 |
|
|
|
• Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43 |
|
|
|
• İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29 |
|
|
|
• İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24 |
|
|
|
• Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21 |
|
|
|
• Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18 |
|
|
|
• Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41 |
|
|
|
• "Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37 |
|
|
|
• BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40 |
|
|
|
• AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36 |
|
|
|
• Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29 |
|
|
|
• `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23 |
|
|
|
• “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08 |
|
|
|
• Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06 |
|
|
|
• Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56 |
|
|
|
• “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31 |
|
|
|
• Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16 |
|
|
|
• “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11 |
|
|
|
• Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10 |
|
|
|
• Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03 |
|
|
|
• “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58 |
|
|
|
• İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56 |
|
|
|
• 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
• “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22 |
|
|
|
• Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07 |
|
|
|
• Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00 |
|
|
|
• Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58 |
|
|
|
• "Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55 |
|
|
|
• ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49 |
|
|
|
• Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45 |
|
|
|
• Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42 |
|
|
|
• TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29 |
|
|
|
• Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24 |
|
|
|
• Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20 |
|
|
|
• Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07 |
|
|
|
• Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04 |
|
|
|
• XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
• 418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59 |
|
|
|
• "5 il ağır depressiya yaşadım"
Dünən, 10:53 |
|
|
|
• Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49 |
|
|
|
• Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42 |
|
|
|
• “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40 |
|
|
|
|