“Bu gün müxalifətin fəaliyyətində demək olar ki, erməni mövzusu yoxdur” - Biabırçı mənzərə...
Tarix: 9-08-2019, 08:36 | Çap et
 Erməni saytlarında tez-tez ölkə prezidenti başda olmaqla, Azərbaycan iqtidarı tənqid olunur. Düşmən mətbuatı Azərbaycanda baş verən inkişafı yanlış qələmə verir, təhrif olunmuş məlumatlar əsasında yazılı materiallar hazırlayır. Lakin son dövrdə ermənilərin Azərbaycanın müxalifət liderlərini tənqid etməsi halına rast gəlinmir. Ermənilər ölkədə fəaliyyət göstərən saytları, mətbuat orqanlarını, iqtidar siyasilərini hədəfə alsalar da, müxalifət haqqında bir cümlə də yazmırlar.
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı bir sıra nüansları açıqlayıb. M. Əhmədoğlu söyləyib ki, ermənilər əslində hesab edirlər ki, bütün azərbaycanlılar eynidir: “Biz hesab edirik ki, ermənilər həmişə bir-birinə dəstək olur, onlar bir-birilərinin yanındadır. Ermənilərin fikirlərinə baxdıqda anlaşılır ki, onlar da azərbaycanlılarla bağlı oxşar düşüncədədirlər. Xüsusilə də hesab edirlər ki, erməni məsələsində Azərbaycanın iqtidar-müxalifəti yoxdur. Bu məsələdə onlar da düşünürlər ki, ölkənin iqtidar və müxalifəti bir araya gəlir, eyni şeyi düşünür, erməninin qarşısına birlikdə çıxırlar. Müxalifətin içərisində elə şəxslər var ki, onlar ermənilərə qarşı nifrətlərini gizlətməyib, açıq şəkildə sərt ifadələrlə fikirlər bildirir, erməniləri yer üzündən silmək iddiası ilə yaşayırlar. Müxalifətin fəaliyyətində Ermənistan mövzusuna gəlincə isə burada mənzərə fərqlidir. Bəli, bu gün müxalifətin fəaliyyətində demək olar ki, erməni mövzusu yoxdur. Onlar erməni mövzusuna müraciət etmirlər. Lakin yaxşı olardı ki, onlar vaxtaşırı erməni məsələsinə də həssas olsunlar. Bu, ümumilikdə hər kəsin işinin irəli getməsinə kömək edərdi. Qarabağ mövzusu ilə bağlı da fərqli mənzərə var. İqtidar müəyyən geosiyasi vəziyyətə uyğun olaraq hərbi əməliyyatlara keçməsə də, diplomatiya sahəsində bütün addımlar atılır. Ona görə də belə bir dövrdə Azərbaycan iqtidarının Dağlıq Qarabağ məsələsində istənilən tərəfdən tənqidi işə zərər vura bilər”.
Politoloq bildirib ki, ermənilər son zamanlar azərbaycanlı ekspertlərə də istinadları azaldıblar: “Bu, bizim ekspertlərin zəifliyi ilə də bağlı ola bilər. Ancaq düşünürəm ki, Azərbaycan dövlətinin əsas məsələsi ermənilərə qarşı işləyən ekspertlərin sayını artırmaqdır. Keyfiyyətli ekspertlər yetişdirmək gərəkdir. Çünki ermənilərin bu regiondan köçürülməsi işi bizim gücümüz çatan məsələ deyil. Yəni o qədər güclü deyilik ki, erməniləri buradan köçürək. Ona görə də biz daimi olaraq ermənilərlə qonşuluq şəraitində yaşayacağıq. Bu isə o deməkdir ki, nə zaman əllərinə imkan düşərsə, ermənilər Azərbaycana qarşı mübarizə aparacaqlar. Ona görə də strateji baxımdan düşünməliyik ki, gələcəkdə də ermənilərə qarşı mübarizə aparan ekspertlərimiz olsun. Son dövrlərdə hakimiyyət ideologiya və təbliğat sahəsində müəyyən addımlara başlayıb. Bunu mətbuat səhifələrindən də görmək olur. Düşünürəm ki, bu addımların tərkib hissəsi olaraq, ermənilərə qarşı çalışan ekspertlərin yetişdirilməsi məsələsi də öz həllini tapacaq. Ermənilər hədsiz çox yalan danışmağı bacaran millətdirlər. Onlar qaranı ağ, ağı da qara kimi təqdim etməyi bacarırlar. Xüsusilə də Avropa məkanında ermənilərin dediyi istənilən fikri qəbul edən adamlar, ekspert və siyasilər mövcuddur. Ona görə də açıq siyasi səhnələrdə, elmi konfranslarda da ermənilərə qarşı çıxış etməliyik. Təkcə virtual aləmlə, sosial şəbəkələrlə iş yekunlaşmalı deyil. Sosial şəbəkələrdə bizim çox yaxşı dövrümüz olub. Məsələn, rəhmətlik Anar Məmmədxanovun bir özfəaliyyəti var idi. Hər gün gəlirdi ki, filan ermənini sosial şəbəkədə tapıb, ona filan sözləri yazıb, tarixi həqiqətləri göndərirdi. İndi də bizim siyasilərin belə bir həyat tərzi olmalıdır. Adını çəkdiyim Anar Məmmədxanov əslində ermənişünas deyildi. Ermənilərə qarşı mübarizə aparmaq da onun siyasi fəaliyyətində birinci məsələ kimi yer almamışdı. Ancaq o, sadəcə olaraq, bir qeyrətli azərbaycanlı idi. Deyirdi ki, bütün azərbaycanlıların qarşısında duran ən ümdə məsələ budur və fəaliyyətini də qeyd etdiyim istiqamətdə aparırdı. İndi də bizim sosial şəbəkələrdə ermənilərə qarşı çox ağıllı işləyən gənclərimiz var. Sadəcə olaraq, onların sayı çox deyil. Ona görə də hesab edirəm ki, hazırda həm bu cür gənclərin arealını genişləndirmək, həm də saylarını artırmaq lazımdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22 |
|
|
|
• Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03 |
|
|
|
• Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01 |
|
|
|
• "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55 |
|
|
|
• "Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53 |
|
|
|
• Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43 |
|
|
|
• İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29 |
|
|
|
• İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24 |
|
|
|
• Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21 |
|
|
|
• Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18 |
|
|
|
• Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41 |
|
|
|
• "Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37 |
|
|
|
• BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40 |
|
|
|
• AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36 |
|
|
|
• Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29 |
|
|
|
• `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23 |
|
|
|
• “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08 |
|
|
|
• Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06 |
|
|
|
• Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56 |
|
|
|
• “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31 |
|
|
|
• Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16 |
|
|
|
• “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11 |
|
|
|
• Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10 |
|
|
|
• Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03 |
|
|
|
• “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58 |
|
|
|
• İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56 |
|
|
|
• 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
• “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22 |
|
|
|
• Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07 |
|
|
|
• Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00 |
|
|
|
• Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58 |
|
|
|
• "Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55 |
|
|
|
• ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49 |
|
|
|
• Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45 |
|
|
|
• Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42 |
|
|
|
• TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29 |
|
|
|
• Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24 |
|
|
|
• Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20 |
|
|
|
• Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07 |
|
|
|
• Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04 |
|
|
|
• XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
• 418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59 |
|
|
|
• "5 il ağır depressiya yaşadım"
Dünən, 10:53 |
|
|
|
• Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49 |
|
|
|
• Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42 |
|
|
|
• “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40 |
|
|
|
|