Əli Əhmədov YAP üzvlərinə müraciət ünvanlayıb: - "Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır"
Tarix: 5-08-2019, 12:34 | Çap et
 Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov facebook səhifəsində "Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır" başlıqlı yazı paylaşıb.
"Report" həmin yazını təqdim edir:
Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb. Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir. Mahiyyət etibarilə milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş “beşinci kalon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb. Beləliklə də, “müxalifət” adı altında anti-milli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Müxalifətin aqressiv, qeyri-konstruktiv qanadına mənsub olan təmsilçilərinin tez-tez zorakılıq çağırışları etməsi, xalqı üsyana səsləyən təbliğatın aparılması buna əyani misaldır. Burada Prezident İlham Əliyevin may ayında Respublika günü münasibətilə toplantıda Azərbaycana qarşı qeyri-sivil təbliğatın aparılması barədə fikirlərini xatırlatmaq yerinə düşərdi. Nəticədə məqsəd və fəaliyyət formalarına görə siyasi təşkilat kimi çıxış etməli olan müxalifət qeyri-siyasi və qeyri-konstruktiv ünsürə çevrilir. Bu gün Azərbaycanda müxalifət dedikdə, çox təəssüf ki, əsasən məhz belə mənzərə və iştirakçılar göz önünə gəlir.
Müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.
Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mübarizənin sivil, demokratik formalarının bərqərar olmasında müstəsna xidmətlər göstərib. Bugünkü uğurlarımızın qorunub saxlanması, gələcək uğurlarımızın isə təmin edilməsi naminə həmin ənənələr davam etdirilməli, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, “müxalifət” adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması sıralarımızın daha da güclənməsini tələb edir. İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək.
Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22 |
|
|
|
• Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03 |
|
|
|
• Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01 |
|
|
|
• "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55 |
|
|
|
• "Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53 |
|
|
|
• Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43 |
|
|
|
• İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31 |
|
|
|
• "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29 |
|
|
|
• İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24 |
|
|
|
• Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21 |
|
|
|
• Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18 |
|
|
|
• Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41 |
|
|
|
• "Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37 |
|
|
|
• BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40 |
|
|
|
• AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36 |
|
|
|
• Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29 |
|
|
|
• `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23 |
|
|
|
• “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08 |
|
|
|
• Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06 |
|
|
|
• Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56 |
|
|
|
• “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31 |
|
|
|
• Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16 |
|
|
|
• “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11 |
|
|
|
• Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10 |
|
|
|
• Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03 |
|
|
|
• “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58 |
|
|
|
• İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56 |
|
|
|
• 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23 |
|
|
|
• “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22 |
|
|
|
• Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07 |
|
|
|
• Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00 |
|
|
|
• Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58 |
|
|
|
• "Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55 |
|
|
|
• ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49 |
|
|
|
• Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45 |
|
|
|
• Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42 |
|
|
|
• TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29 |
|
|
|
• Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24 |
|
|
|
• Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20 |
|
|
|
• Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07 |
|
|
|
• Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04 |
|
|
|
• XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
• 418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59 |
|
|
|
• "5 il ağır depressiya yaşadım"
Dünən, 10:53 |
|
|
|
• Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49 |
|
|
|
• Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42 |
|
|
|
• “Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40 |
|
|
|
|