Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” .....                     Cənab nazirin bu kadrdan xəbəri varmı? .....                     "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" .....                     "Azərbaycanda kasıb adam yoxdur" .....                     Repetitorluq təhsili necə iflic edir? .....                     İrəvan KTMT-dən niyə çıxa bilmir? .....                     Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı .....                     "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" .....                     İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası .....                     Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” .....                     Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi .....                     Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                     Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub .....                     “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir .....                     Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib? .....                     Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU .....                     “Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür .....                     İrandan Azərbaycana açıq mesaj .....                     5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” .....                     Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... .....                     Xalq artistindən sərt İRAD: .....                     Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək .....                     "Problem hələ də həllini tapmayıb..." .....                     ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir .....                     Elnur Məmmədli AFFA-dan niyə ayrıldı? .....                     Bakıda olan senator sülh müqaviləsindən yazdı: .....                     TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... .....                     Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır .....                 

Qərb Ərdoğanı niyə cəzalandırır? - TƏHLİL
Tarix: 17-12-2020, 09:22 | Çap et
Qərb Ərdoğanı niyə cəzalandırır?
Türkiyənin Qərb tərəfdaşları ilə münasibətlərində kəskin böhran dövrü yaşanır. Avropa Şurası (AŞ) Şərqi Aralıq dənizində qazma işləri apardığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi, amerikalılar isə Rusiyadan zenit-raket kompleksləri aldığına görə Türkiyəyə təzyiqləri artırdı. "RİA Novosti" bunun NATO daxilində vəziyyətə necə təsir göstərəcəyini araşdırıb.

Ankaranı cilovlamaq

"Türkiyə birtərəfli şəkildə təxribatlara yol verir və AŞ-yə qarşı ritorikanı gücləndirir. Şərqi Aralıq dənizində, Kipr müstəsna iqtisadi zonasında qazma işlərini davam etdirir", - bu fikirlər yaxın günlərdə baş tutmuş Avropa Şurası zirvə görüşündə səsləndirildi. Avropalılar Ankaranın fəaliyyətini məhdudlaşdırmaq üçün türk məmurlarına və iş adamlarına qarşı sanksiyaları genişləndirdilər: onların AŞ ölkələrinə girişi qadağan olundu, Avropa banklarındakı hesablarının isə dondurulacağı bildirildi.

Belə getsə, AŞ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell əlavə məhdudiyyətlər üzərində işləməli olacaq. Angela Merkel isə Ankaranın Avropa məsələlərindəki rolunu yenidən nəzərdən keçirməklə kifayətlənməməyə, eyni zamanda, Türkiyənin Liviya, Suriya və Dağlıq Qarabağa təsirini də təhlil etməyə çağırır. Analizlərin nəticəsi mart ayında təqdim oluncaq hesabatda öz əksini tapacaq.

Türkiyə əleyhinə ilk sanksiyalar hələ keçən payızda elan olunmuşdu. Səbəb isə eyni idi: Şərqi Aralıq dənizindəki təbii qaz yataqlarında qeyri-qanuni kəşfiyyat işlərinin aparılması. Ancaq bu sanksiyalar Rəcəb Tayyib Ərdoğanı dayandırmadı, Türkiyə prezidenti qazma işlərinin davam etdiriləcəyini bəyan elədi.

"Sanksiyalar məqsəd deyil, vasitədir"

Brüssel təzyiqləri artırsa da, hələ də manevr üçün yer saxlayır. Məsələn, AŞ sammitinin yekunları ilə bağlı sənəddə "Türkiyə-Avropa gündəmində müsbət irəliləyişlərin" vacibliyi vurğulanır.

"Sanksiyalar (Türkiyəyə qarşı –red.) Avropanın bu məsələ üzərində möhkəm dayandığını göstərir. Ancaq bizim məqsədimiz bu deyil, sanksiyalar Ankaranın davranışlarını dəyişdirməsi üçün bir vasitədir. Biz hər zaman dialoqa və konstruktiv birgə fəaliyyətə hazırıq", - deyə Emmanuel Makron bəyan etmişdi.

Fransa prezidentinin bu sözləri Paris və Ankara arasında payızda daha da şiddətlənən mübahisənin davamı kimi qiymətləndirildi. Məktəblilərə Məhəmməd peyğəmbərin karrikaturalarını nümayiş etdirən coğrafiya müəllimi Samuel Patinin öldürülməsindən sonra Makron İslamda böhran yaşandığını və dövlətlərin dünyəvi dəyərlərini qorumağın vacibliyini bəyan etdi. Ərdoğan isə buna cavab olaraq Fransa prezidentinə "psixi sağlamlığını yoxlamağı" tövsiyə etdi.

Avropa ölkələrinin liderləri Makronu dəstəklədilər. Fransız-türk mübahisəsi növbəti sanksiya müharibəsinə çevrilməmiş Amerika işə qarışdı: ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper avropalılara Türkiyənin Şimali Atlantika alyansının mühüm hərbi-strateji tərəfdaşı olduğunu xatırlatdı.

"NATO ölkələri Türkiyəni qərb orbitində saxlamağa məcburdur. Əlbəttə ki, Şərqi Aralıq dənizi və Qara dənizdə baş verənlərə reaksiya verməmək olmaz. Ancaq etiraf etmək lazımdır: Avropanın şərq cinahındakı təhlükəsizliyi hələ də Ankaradan asılıdır. Amerika türklərin alyansdakı məsuliyyətli davranışının qarantı olmaq istəyir. Əks təqdirdə, Rusiya qazanacaq", - Kuper Vaşinqtonun bu məsələdəki mövqeyini belə vurğuladı.

Amerika təhdidləri

Avropalılar okeanın o tayından gələn barışıq bəyanatlarına bir qədər ehtiyatla yanaşdılar. Axı keçən ildən bəri Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə başlayan türk-amerikan mübahisəsi hələ davam edirdi. Vaşinqton, Ərdoğanı F-35 qırıcı bombardmançı təyyarələrinin satışını qadağan etməklə hədələyərək israrla Moskva ilə müqavilədən imtina etməyə çağırdı. Ancaq Türkiyə hakimiyyəti buna Amerikanın İncirlik və Kürecikdəki hərbi bazalarını bağlayacağını bəyan etməklə cavab verdi. Suriyada və İraqda "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlar aparmaq üçün Pentaqonun həmin hərbi bazalara ehtiyacı var. Eyni zamanda, bu bazalar NATO-nun Avropadakı raketdən müdafiə sisteminin bir hissəsi hesab olunur. Odur ki amerikalılar danışıq tonunu mülayimləşdirməli oldular, Ərdoğan isə öz növbəsində, NATO-nun Türkiyə üçün əhəmiyyətini etiraf etdi. Bu məsələdə Co Baydenin prezident seçkisindəki qələbəsi də öz rolunu oynadı. Bayden hələ vitse-prezident vəzifəsində olarkən Ərdoğan rejimini tez-tez tənqid etsə də, Türkiyə ABŞ-da hakimiyyət dəyişikliyinin iki ölkə arasındaki münasibətlərin yenidən qurulmasına səbəb olacağına ümid bəsləyir.

ABŞ-ın yeni seçilmiş prezidenti hələ bu barədə açıqlama verməyib. Ancaq Amerikanın NATO-dan uzaqlaşmasına son qoyacağını açıq şəkildə bildirib. Eyni zamanda, Ağ Evin hazırkı başçısı Donald Tramp bəyan edib ki, hakimiyyəti Baydenə təhvil verməzdən əvvəl Amerikanın Yaxın Şərq və Əfqanıstandakı NATO əməliyyatlarındakı iştirakını azaltmaq niyyətindədir. Digər tərəfdən, ABŞ "Amerikanın düşmənlərinə qarşı müqavimət" qanunu çərçivəsində Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Ankaraya qarşı sanksiyalar tətbiq etdi. Ərdoğan isə bunu "NATO tərəfdaşına hörmətsizlik" kimi qiymətləndirərək "ABŞ və AŞ ilə güclü siyasi və iqtisadi əlaqələrimiz var, bunu inkar etmək olmaz. Sanksiyalar bu əlaqələrə zərər verəcək. Tərəfdaşlarımızın obyektivlik nümayiş etdirmələrini gözləyirik", - dedi.

NATO müstəqil davranmaq üçün maneə deyil

"Ərdoğan ilə NATO arasında münasibətlərin necə inkişaf etməsindən asılı olmayaraq, türk cəmiyyətində fikir birliyi mövcuddur – alyansa üzv olmaq faydalıdır, bu, Türkiyəyə bir çox imkanlar qazandırır. NATO olmadan Ərdoğanın Liviya və ya Suriya münaqişəsinə müdaxiləsinə haqq qazandırması daha çətin olardı", - deyə Ankara Siyasi Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Politoloq daha bir üstünlüyü alyansın Türkiyənin AŞ ölkələri ilə fikir ayrılıqlarını aradan qaldırmasına imkan verməsində görür: "Məsələn, Ankaranın Yunanıstan, Kipr və ya Fransa ilə olan qarşıdurmalarını götürək. Bu ölkələr də Türkiyə kimi NATO üzvü olduqlarından mübahisələr daha geniş miqyas almadı. Alyans bir növ moderator rolunu oynayır. NATO-ya üzvlük Yunanıstan, Kipr və ya digər ölkələrin Türkiyə əleyhinə hərəkətlərini əngəlləyir".

Bununla belə, ekspert Ərdoğanın NATO üzvlüyünü müstəqil siyasət yürütmək üçün bir maneə olaraq görmədiyinə əmindir.

Türk-fransız populizmi

"Makronla Ərdoğan arasındakı qarşıdurma NATO-nun parçalanmasına səbəb olmayacaq. Ona qalsa, Türkiyə ilə Yunanıstan arasında hər zaman gərginlik olub, ancaq bu, heç vaxt açıq müharibəyə gətirib çıxarmayıb. Məhz ona görə ki, hər iki ölkə NATO-nun üzvüdür", - "Observo" fransız-rus analitik mərkəzinin direktor müavini İqor Delanoe belə deyir.

O, "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, 2016-cı ilin yayında Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ərdoğan alyansdan bir qədər uzaqlaşsa da, hələlik bu ölkənin NATO-dan çıxmasından söhbət gedə bilməz. "ABŞ Ankaranın alyansdan çıxmasına imkan verməz. Çünki Amerika məhz Türkiyə vasitəsilə Qara dəniz bölgəsi və Qafqaza təsirlərini gücləndirmək niyyətindədir", - deyə Delanoe bildirir.

Mütəxəssisin fikrincə, iki ölkə arasında dərin fikir ayrılığının olmadığı nəzərə alınarsa, türk-fransız münasibətləri də əvvəl-axır normallaşacaq.

"Ərdoğan və Makron dəfələrlə xarici siyasətdə çeviklik nümayiş etdiriblər. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrında, 2016-cı ilin iyulunda yaranmış münaqişəli vəziyyətləri yada salın. Əlverişli şərait yaranan kimi vəziyyət düzəldi. Makron da fikirlərini tez-tez dəyişir və populizmə meyl göstərir. Paris ilə Ankara arasındakı münaqişə bu və ya digər şəkildə həll ediləcək", - deyə Delanoe əminliklə vurğulayır.

Ancaq hələlik kompromisə qarşılıqlı meyil hiss olunmur və belə görünür ki, Türkiyə ilə Fransa və ümumiyyətlə NATO arasındakı ixtilaf bir müddət davam edəcək.

https://ria.ru/20201216/turtsiya-1589327879.html?fbclid=IwAR1A8omGDWs5mITphGWGc1t21NIu334AFvdn4uZXlHmzZUuxPx9bY-TcmsY












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Babək sakinləri ARKOZ-un əlindən BOĞAZA YIĞILIB... - "Başqa yolu qalmayıb..."
Dünən, 12:07
Xalq artistindən sərt İRAD: - “Baxıram, əsəbiləşirəm”
Dünən, 12:00
Azərbaycan Dövlət İqtisad Universitetinin təmirinə 9.7 milyon xərclənəcək
Dünən, 11:58
"Problem hələ də həllini tapmayıb..." - MÜRACİƏT
Dünən, 11:55
ABŞ Əliyev və Paşinyanı sülh sazişini imzalamağa tələsdirir - “The Wall Street Journal”
Dünən, 11:49
Elnur Məmmədli AFFA-dan niyə ayrıldı?
Dünən, 11:45
Bakıda olan senator sülh müqaviləsindən yazdı: - “Geosiyasət kursunu elə dəyişəcək ki…”
Dünən, 11:42
TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto
Dünən, 11:29
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 11:24
Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı - MƏQALƏ
Dünən, 11:20
Rusiyanın axtarışa verdiyi Şıxlinski Azərbaycan səfirliyinə SIĞINMALI OLUB - İlham Əliyevdən KÖMƏK İSTƏYİR...
Dünən, 11:07
Bakıda bu icra başçıları onlara yeni vəzifə verdi - ADLARI
Dünən, 11:04
XİN Şuşada qonaqlığa 26 min PUL SAYDI... - TƏFƏRRÜAT
Dünən, 11:02
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Dünən, 10:59
"5 il ağır depressiya yaşadım"
Dünən, 10:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - SİYAHI
Dünən, 10:49
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparıb
Dünən, 10:42
“Mehr” agentliyi azərbaycanlı politoloqu aldadıb – Yeganə Hacıyeva spiker siyahısına icazəsiz salındığını açıqladı
Dünən, 10:40
Tanınmış alimə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru