Siyəzən rayon sakini, "Siyəzənnfet" NQÇİ-nin işçisi Əliyev Zamiq Qüdrət oğlu növbəti müraciətini ünvanlayaraq əlaqədar qurum və şəxslərdən təcili müdaxilə edilməsini tələb edir. Çünki burada söhbət təkcə işçi hüquqlarının pozulmasından getmir... həm də qanunların ayaqlar altına atılmasından gedir...
"DİA-AZ" olaraq həmin müraciəti təqdim edirik:
"İdarədə başqa idarənin işçiləri telefonçuları ixtisar edirlər. 18 nəfərin ən azı 15 nəfəri ixtisar ediləcək. Üstəlik də kimi gəldi salıblar ixtisar siyahısına.
Onlardan biri olan qonşum ağır şəkər xəstəsidir, cavan adamdır... salıblar onu ixitisar siyahısına. Adam stress keçirib ayaq barmağı qanqrena olub. Belə şərəfsizlik olmaz, axı...
Əmək Məcəlləsinin 79 cu maddəsinə əsasən, İşçinin şəkərli diabet və ya dağnıq sklerozla xəstə olması səbəbi ilə onun əmək müqaviləsini ləğv etmək qadağandır.
Sonda bu müddəa nə qədər də 70 ci maddənin a) bəndi və 73 cü maddə ilə xitam verilən hallara şamil edilməsə də birincisi işçinin 70 ci maddəddə qeyd olunduğu kimi "müəssisəsi ləğv edilmir" ikincisi sə 73 cü maddədə qeyd edildiyi kimi "işçinin əmək müqaviləsinin vaxtı bitməyib" işçi 5 illik müqavilə bağlayıb..."
Məsələ diqqətimizdədir...










