Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (VÖEN – 1400305341) açıq tender elan edir.
"DİA-AZ" xəbər verir ki, tenderin predmeti Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili və evlərin qaz təchizatının təmin edilməsidir. Ehtimal olunan qiymət 4 milyon 68 min 959 manat 78 qəpik təşkil edir.
Müsabiqə 12 dekabr 2025-ci il, saat 09:31-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 15 yanvar 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 1000 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Aygün Hüseynova - Satınalmalar üzrə menecerin müavini
a.huseynova@sfdi.gov.az
+994 12 431 87 03
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 15 yanvar 2026-cı il, saat 15:00-a qədər Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanına təqdim edə bilərlər.











