Kamran Əsədova cinayət işi açıldı .....                     Odessaya raket hücumu .....                     “Cəbrayıl-Ağbənd” elektrik xətti 23,7 mln. manata çəkiləcək .....                     Zal Yusifovun oğlunun İŞİ: qarşı tərəfin iddiası təmin olunmadı .....                     Bakı Ermənistana yanacaq göndərir? 2026-cı ildə... .....                     Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurub .....                     Samvel Şahramanyan həbs oluna bilər .....                     Nazirlik bələdiyyə sədrinin müavinindən .....                     “O, bu sözü deyə də bilməz” .....                     Vaqif Axundovun qardaşının rəhbərlik etdiyi zavodun dövlətə .....                     Şahin Şıxlınskiyə yekun ittiham elan olunub .....                     Təhsil Nazirliyi bu şirkətə 195 min ödəyəcək .....                     Şəmkirin icra başçısı tikinti maqnatı ilə anlaşdı .....                     Ukrayna silahsızlaşdırma məsələsinə razılaşmağa hazırdır .....                     Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub .....                     Qızıl univermaqlarında niyə alıcılara qəbz verilmir? .....                     Nazirlik bu dərman şirkəti ilə 2,6 milyonluq müqavilə bağlayıb .....                     Keçmiş icra başçısı oğlunun məhkəməsində .....                     İcra başçının müavini ilə dalaşan şəxs həbs edildi .....                     "Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" .....                     Onu öldürmək istəyən dostunu bağışladı .....                     “Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı .....                     "Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın" .....                     Azərbaycandan neft məhsullarının idxalı üçün imkanlar var .....                     Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb .....                     Benzin doldurma məntəqələrindəki fırıldaqçılıq vətəndaşın cibini boşaldır .....                     “Aşıq Ələsgərin heykəli qopub düşəcək, nəzarətsiz qalıb, baxan yoxdur” .....                     Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü qalmasına imkan vermir .....                     “Daxili Qoşunların Prezidentə tabe olması məsələsinin ölkədə böhran gözlənilməsi ilə əlaqələndirilməsi iddiaları əsassızdır” .....                     Vəfa ilə Vüsal arasında QARŞIDURMA .....                     İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş… .....                     Erməni utopiyası: “Azərbaycan 3 milyon ermənini qarşılamağa hazır olsun” .....                     "Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir .....                     Rusiya ilə münaqişə Avropanın qapısındadır .....                     Rusiyadan mesaj: Ermənistan üçün seçim anı yaxınlaşır .....                     "Bu müayinənin nəticəsi mənim üçün xüsusilə vacib idi..." .....                     Rusiya baş nazirə qarşı bütün əleyhdarları səfərbər etməyə çalışır .....                     Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb .....                     Cəbrayılın Şükürbəyli kəndində qazlaşma işləri aparılacaq .....                     Ziya Məmmədovun tələbə yoldaşının oğlunun YARIM MİLYONLUQ İŞİ .....                 

Arxalı oğulların komitəsi – gömrük zabitləri “qaçaqmalçı” çıxırsa...
Tarix: Dünən, 10:50 | Çap et

Mütəşəkkil halda törədilmiş qaçaqmalçılıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan gömrükçülərin sırasında adı keçən üç nəfərə aid bir ümumi detal diqqət çəkir.

Qısa desək, onlar arxalı oğullardır.

Rəşad Daşdəmirov 1994-cü ildən 2000-ci ilə qədər Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı postunu tutmuş Rasim Daşdəmirovun oğludur.

Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur və hazırda onun bir zamanlar şah Pəhləvinin repressiyası səbəbindən Arazın bu tayına qaçan atasının vətəninə qaçdığı bildirilir.

Rasim Daşdəmirov və Söhrab Tahir ölkədə tanınan şəxslərdir. Birinci Gəncə şəhərinin başçısı olarkən ölkədə “savad”ı ilə ad çıxarmışdı, qurduğu cümlələrin mübtədası ilə xəbəri düz gəlməzdi. Lətifəyə çevrilmiş “Lissabonun sammit şəhəri” ifadəsi də ona məxsusdur.

1996-cı ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində sammit keçirilmişdi, zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə dair razılaşma imzalanmışdı. Ermənilər öz ölkələrində, biz isə burada sammitin yekunlarını “qələbə” adlandırırdıq. Ölkədə hamı bu barədə danışır, yazırdı, bu məsələyə dair toplantılar keçirilirdi. Həmin toplantıların birində Rasim Daşdəmirov demişdi ki, Lissabonun sammit şəhərində diplomatik qələbə qazanmışıq.

Adam elə bilirmiş, Lissabon ölkədir və onun “Sammit” adlı şəhəri var, orada yarışma olub və biz ermənilərə qalib gəlmişik.

Belə bir dünyagörüşün sahibinin oğlu, heç demə, gömrükdə yaxşı vəzifə tuturmuş, tamahı güc gəlməsə, iişməsə yəqin ki, zamanında general da olacaqdı.

Şair Söhrab Tahir (1926-2016) isə sovet dövrünün tanınmış şairlərindən biri idi. Elə möhtəşəm əsərləri olmasa da, həm vətən nisgilli şeirlərinə, həm də şəxsi sanbalına görə üzdə olan şəxs idi. Onun ən məşhur misrası da budur: “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha”.

Belə anlaşılır ki, şairin gömrükçü oğlu vurmaq və bölməkdən qorxmurmuş. Eləcə də üstə gəlməkdən və çıxmaqdan. Vaxtında aradan çıxması bunun göstəricisidir.

General-leytenant Cəbrayıl Usubov isə heç vaxt mediatık, tanınan adam olmayıb. İşinin spesifikası elə olub ki, o, həmişə yaxşı mənada kölgədə, kadr arxasında qalıb. Dünənə qədər generalın adı hər hansı bir qalmaqalda hallanmayıb. Oğlu kişinin adını dilə-dişə salmasaydı, 1-2 min adam istisna olmaqla heç kəs ölkədə belə bir generalın olduğunu bilməyəcəkdi.

İndi gələk məsələnin başqa tərəfinə. Adları çəkilən, cinayətlərdə ittiham olunan bu gömrükçülər tutduqları posta nəyin, kimin hesabına gəliblər?

Əlbəttə, onlar bu postlara tanınmış, vəzifəli atalarının xətir-hörmətlərinin, əlaqələrinin, lazımi adamlara söz demələrinin hesabına gəliblər.

Gömrük elə bir orqandır ki, “yad cismlər”in ora düşməsi dərhal “qızdırma” verərdi. Bir ara hətta Naxçıvanın başqa rayon və kəndlərində doğulanların da gömrükdə işə düzəlməsi çətin olub, onlara “bizim kənddən deyilsən” deyirmişlər. Bu, həmin kənddən Dövlət Gömrük Komitəsində 4 generalın olduğu dövrlər idi. Sonralar vəziyyət bir qədər dəyişdi. Həmin kənddən olan Səfər Mehdiyevin DGK sədri olub-çıxmasından sonra bu sistemdə kadr dəyişiklikləri prosesi getdi, ancaq regional tərkibin nə qədər dəyişdiyi bilinmədi.

Həm də heç fərqi yox idi ki, gömrükdəki rüşvətləri hansı rayonda doğulmuş adamlar alır, qaçaqmalçılığı hansı qəsəbədə böyümüş zabitlər edir. Əsas o idi ki, gömrük sistemi iqtisadi cinayətkarlığın, sahibkarlara qarşı haqsızlığın, eyni zamanda üzgörənliyin tüğyan etdiyi bir yer olaraq qalırdı.

İndi bu strukturda tutqular var və bu, insanlarda belə bir rəy yaradır ki, qanunçuluq, dürüstlük bərpa olunacaq. Ancaq işin gedişatına skeptik yanaşanlar da az deyil. Onlar təcrübədən çıxış edirlər, deyirlər, hər dəfə belə hadisələrdən, rəhbər dəyişikliyindən, kiminsə ilişməsindən sonra sahibkarlardan alınan rüsumların məzənnəsi bir az da artır.

Dövlət Gömrük Komitəsi bir dövlətin iqtisadi təhlükəsizliyinin təminatçısı, eyni zamanda fəaliyyəti xalqın güzəranına birbaşa təsir edən orqandır.

P.S. O biri həbs edilənlərin bioqrafiyasını araşdırsaq, yəqin ki, onlar da tanınmış adamların kürəkəni, yeznəsi, bacıoğlusu çıxacaq.

Xalid KAZIMLI - musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
Dünən, 19:30
Odessaya raket hücumu - Limanda yük gəmisi yandı
Dünən, 19:26
“Cəbrayıl-Ağbənd” elektrik xətti 23,7 mln. manata çəkiləcək
Dünən, 16:00
Zal Yusifovun oğlunun İŞİ: qarşı tərəfin iddiası təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 15:57
Bakı Ermənistana yanacaq göndərir? 2026-cı ildə... - İLGİNC DETALLAR
Dünən, 15:52
Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurub
Dünən, 15:50
Samvel Şahramanyan həbs oluna bilər - O da Bakıda “çay içəcək”
Dünən, 15:34
Nazirlik bələdiyyə sədrinin müavinindən 8 min manatlıq mebel alır
Dünən, 15:27
“O, bu sözü deyə də bilməz” – İki məşhur meyxanaçı arasında QARŞIDURMA
Dünən, 15:25
Vaqif Axundovun qardaşının rəhbərlik etdiyi zavodun dövlətə BORCU YARANDI
Dünən, 15:23
Şahin Şıxlınskiyə yekun ittiham elan olunub - işi aparan və ifadə verənlər ermənilərdir
Dünən, 15:22
Təhsil Nazirliyi bu şirkətə 195 min ödəyəcək – TENDER KEÇİRİLMƏYİB
Dünən, 15:03
Şəmkirin icra başçısı tikinti maqnatı ilə anlaşdı - 1.5 milyona yol çəkiləcək
Dünən, 15:01
Ukrayna silahsızlaşdırma məsələsinə razılaşmağa hazırdır - “Le Monde”
Dünən, 14:59
Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - FAKTLAR
Dünən, 14:56
Qızıl univermaqlarında niyə alıcılara qəbz verilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54
Nazirlik bu dərman şirkəti ilə 2,6 milyonluq müqavilə bağlayıb
Dünən, 14:51
Keçmiş icra başçısı oğlunun məhkəməsində - “Ən böyük zərərçəkən özüməm”
Dünən, 14:48
İcra başçının müavini ilə dalaşan şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 14:44
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik
Dünən, 14:40
Onu öldürmək istəyən dostunu bağışladı - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 13:10
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı
Dünən, 13:08
"Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın" - Sabir Rüstəmxanlı
Dünən, 13:05
Azərbaycandan neft məhsullarının idxalı üçün imkanlar var - Paşinyanın müavini
Dünən, 12:38
Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır: Vaxtılə özü də saxta dərmanlar paylayıb - İLGİNC FAKTLAR
Dünən, 12:36
Benzin doldurma məntəqələrindəki fırıldaqçılıq vətəndaşın cibini boşaldır - Kart ödənişində gizlənən təhlükə
Dünən, 12:26
“Aşıq Ələsgərin heykəli qopub düşəcək, nəzarətsiz qalıb, baxan yoxdur” - FOTO
Dünən, 12:21
Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü qalmasına imkan vermir - İsa Həbibbəyli
Dünən, 12:17
“Daxili Qoşunların Prezidentə tabe olması məsələsinin ölkədə böhran gözlənilməsi ilə əlaqələndirilməsi iddiaları əsassızdır” - Elman Məmmədov
Dünən, 12:15
Vəfa ilə Vüsal arasında QARŞIDURMA - “Bu tərbiyəsizə deyin ki…”
Dünən, 12:08
İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş… - DETALLAR
Dünən, 12:04
Erməni utopiyası: “Azərbaycan 3 milyon ermənini qarşılamağa hazır olsun” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 12:01
"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir
Dünən, 11:46
Rusiya ilə münaqişə Avropanın qapısındadır - NATO
Dünən, 11:43
Rusiyadan mesaj: Ermənistan üçün seçim anı yaxınlaşır - AKTUAL
Dünən, 11:40
"Bu müayinənin nəticəsi mənim üçün xüsusilə vacib idi..." - NARAZILIQ VAR...
Dünən, 11:38
Rusiya baş nazirə qarşı bütün əleyhdarları səfərbər etməyə çalışır - GƏLİŞMƏ
Dünən, 11:27
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
Dünən, 11:26
Cəbrayılın Şükürbəyli kəndində qazlaşma işləri aparılacaq - 4 MİLYON MANATLIQ TENDER
Dünən, 11:24
Ziya Məmmədovun tələbə yoldaşının oğlunun YARIM MİLYONLUQ İŞİ - TƏFƏRRÜAT
Dünən, 11:22
Yarım milyonluq dələduzluqda ittiham edilən sahibkarın məhkəməsi başlayıb
Dünən, 11:15
II Qaregin MTX-nın təzyiqi səbəbindən yepiskopların yığıncağını təxirə salıb - “Hraparak”
Dünən, 11:03
Cabbarovla Babayevin kantorları arasında RABİTƏ PROBLEMİ... - BU NƏDİ BELƏ?
Dünən, 11:01
“ARKOZ” holdinq kəndliləri BOĞAZA YIĞIB... - ÖZBAŞINALIQ...
Dünən, 10:54
Arxalı oğulların komitəsi – gömrük zabitləri “qaçaqmalçı” çıxırsa...
Dünən, 10:50
1 milyonluq şirkət 2 milyon manatlıq tenderi uddu - DETALLAR
Dünən, 10:32
Aİ yenə də ikili oyun oynamağa davam edir - Ermənistan anlamır ki...
Dünən, 10:20
Xalq şairi Nəriman Həsənzadə palataya köçürülüb, səhhəti yaxşılaşır
Dünən, 10:18
Ata işdən evə gec gələrək cavab qaytaran qızını döydü - “Sərbəst yaşamaq istəyirəm...”
Dünən, 10:15
“S-400”lərin Azərbaycana verilməsi yenidən gündəmdə - AKTUAL
Dünən, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru