"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası səhiyyə müəssisələrinə ehtiyac olan reaktiv və sərfiyyat mallarının satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
"DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Supplimed" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 2 milyon 20 min 440 manat 43 qəpik təşkil edir.
Ehtimal olunan qiymət 2 milyon 214 min 234,20 manat idi.
Qeyd edək ki, bu şirkət 3 aprel 2014-cü ildə yaradılıb və 1 milyon 97 min 890.35 manat nizamnamə kapitalına malikdit. Qanuni təmsilçisi Həmid Mustafayev Kamil oğludur.











