"Bu ölkədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi adlı nəhəng iki qurum var. Onlardan birinin rəhbəri Mikayıl Cabbarovdur, diğəri də Sahil Babayev..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Ədil Hüseynli yazıb.
O daha sonra başına gələnləri belə nəql edir: "Görün nə baş verir...
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dövlət Vergi Xidməti salamat olmamış kimi https://new.e-taxes.gov.az/eportal/login/asan adlı
portal yaradıb.
Üzünə baxanda bilinir ki, bu portala az da pul xərclənməyib. Portaldan vergi bəyənnaməsi, e-qaimə, borclar və sair əməliyyatları etmək mümkündür. İnsafən deyim ki, pis deyil, amma düzgün işləmir.
Bu sistemdən etdiyin ödəmələr silinmir və olduğu kimi də qalır... Bir ucdan ödəyirsən, borcun ödənmir ki, ödənmir, bitmir ki, bitmir. Üstəlik də adını yazırlar qara siyahıya, sərəncama, əlin qolun bağlanır...
Zəng edirsən Dövlət Vergi Xidmətinə... Cavabları bu olur ki, Maliyyə Nazirliyi ilə əlaqə saxlayın, ödəməni təsdiqləsinlər... Yığırsan Maliyyə Nazirliyinə... Sahil Babayevin əməkdaşı da nə desə yaxşıdır - "Sizin ödəməniz bu gün görünməz ki, gözləyin, ya axşam zəng edin, ya da 3 iş günü keçsin sonra"...
Təsəvvür edin, Bakıdan Afrikaya pul göndərirsən Afrikadakı qara gədə pulu alır, sən öz ölkəndə ödədiyin pulu sistem 3 gün sonra görmür və hələ 3 günə görünəcək ya yox, onu da Sahil müllimlə, Mİkayıl cənab bilir... Bu pul yolda hara yoxa çıxır, hara gedir, harda tıxaca düşür, harda gözləyir?
Avtomatik sistemdir, ödəmə edildi, borc silindi, rəsmi təsdiqləndi, vəssalam...
Bütün əməliyyatları tək-tək kimsə təsdiqləməlidir ki?
Bəs qurumların elektronlaşdırılması, xidmətin avtomatlaşdırılması üçün büdcədən ayrılan milyonlar hardadır, hara xərclənib? Bu qədər ayrılan vəsaitə hansı iş görülüb?
İndi maraqlıdır, bu problem Maliyyə Nazirliyindədir, yoxsa İqtisadiyyat Nazirliydə?
Daha bir ciddi məsələ... Borc məsələn 10 manatdır, 15 manat ödəyirsən, sistem qəbul edir, demir day bəsdi, borcun bu qədər deyil... Pulun da gedir, əsəblərin də korlanır, problemin də həll edilmir..."











