Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevə beynəlxalq maliyyələşmə və investisiya məsələləri üzrə müşavir təyin edilib.
“APA-Economics” xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.
E.Məmmədov bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində investisiya direktoru vəzifəsində çalışıb.
Əlavə olaraq, AZCON-da rəqəmsal transformasiya və strategiya bölməsinin rəisi vəzifəsinə də təyinat olub.
Bu vəzifə Xalid Xalidliyə həvalə edilib.
X.Xalidli daha öncə dövlət və özəl sektorda müxtəlif şirkətlərdə çalışıb.













