Siyəzən rayon sakini Siyəzənnfet NQÇİ işçisi Əliyev Zamiq Qüdrət oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
" "Siyəzənnfet" NQÇİ-nin rəisi Rauf Alməmmədov idarəyə təyin olunandan bizim işlədiyimiz "Ataçay" sahəsinin bağlanması üçün tədbirlər görür. İdarəyə təyin olunandan bəri sahələrin inkişafı perespektivin artması, işçilərə yüksək motivasiya verilməsi, stresin azaldılması v.s... heç bir müsbət addım atılmayıb.
Məqsəd sadəcə işin gedişatına əngəl olmaq, işçilərin motivasiyasının aşağı düşməsi, işçi ilə rəhbər arasında gərginliyin artırlması v\ digər bi kimi hallar olmuşdur.
Xatırladım ki, bizim sahə lazımi günlük nefti ödəmə qabiliyyətindədir və sahənin "Siyəzənnfet"ə hansısa ziyanı yoxdur. Lakin hər dəfə, əfsusalar olsun ki, rəhbər şəxs bizim sahənin bağlanmasını gündəmə gətirməklə dövlətə böyük xeyir verəcəyini düşünür. Bu minvalla idarənin başqa sahələrini də bağlamaq ləğv etmək üçün özündə bir cəsarət əldə etmiş olur.
Bu cür gediş etməklə də yuxarı instansiya qarşısında sanki bir legitimlik... bir "bərəkallah"... bir mükafat... əldə edəcəyini düşünür və bu ona stimul verəcəkmiş sanki...
Halbuki cənab Rauf Alməmmədov idarəyə ilk təyin olunan gündə mənə yazmışdı ki "Mən işçilərin rifahının yüksəldilməsi üçün çalışıram". Bu cür mənfi siyasət və qara düşüncə ilə işçinin rifahının yüksəldilməsi münkün deyil. Çünkü bu davranış birbaşa olaraq idarənin məhv edilməsinə, işçilərin sayının azaldılmasına və bununla da maddi sosial vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Bu da kütləvi narazıçılığa dövlətin siyasətinin kölgə altına salınmasına və dövlətə qarşı təxribata səbəb olur.
Sizdən xahiş edirəm ki, cənab Rauf Alməmmədovdan soruşasınız: bizim sahənin ölkəyə... dövlətə nə kimi ziyanı var? Nə ziyanı var ki hər dəfə və hər vəcdlə sözügedən şəxs bizim sahənin ləğvi üçün bu qədər çalışıb çabalayır..."













