Türkiyə xarici işlər naziri Hakan Fidan Helsinkidə finlandiyalı həmkarı Elina Valtonenlə görüşüb.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Valtonenin Osmanlı imperiyası ilə bağlı fikirləri diqqət çəkib.
“Rusiya imperiyasının hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi”, - “The Russia Idea” kitabından bir parçanı xatırladan Finlandiya XİN rəhbəri bildirib.
Hakan Fidan Valtonenin Osmanlı imperiyası ilə bağlı dediklərinə təbəssümlə cavab verib.













