Elm və təhsil naziri Emin Əmrullayevin vəzifəsindən azad ediləcəyi və həmin vəzifəyə sabiq təhsil naziri Misir Mərdanovun təyin olunacağı ilə bağlı məlumat yayılıb.
Bakupost.az-ın yaydığı xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin tezliklə vəzifəsi ilə vidalaşacağına inananlardan biri də Misir Mərdanovdur:
“Professor nazir postuna özünü ən real namizəd sayır. Onun xüsusi fəallığı həm də "yuxarıların" diqqətini öz üzərinə çəkməyə hesablanıb. Qeyd edək ki, son günlər Misir Mərdanovla yanaşı, onun nazir işlədiyi vaxt yüksək post tutan sabiq məmurlar da fəallaşıb.
Onlar Mərdanovun vəzifədə olduğu dövrdə təhsil sahəsində baş verən müsbət halları qabartmaqla bir növ keçmiş naziri “yada salmaq” istəyirlər”.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “Cebheinfo.az”-a deyib:
“Bu, tamamilə yalan və böhtan xarakteri daşıyan məlumatdır. Bu məlumatlara inanmayın”.













