Rövşən müəllim HAVALANSA... NƏ OLAR Kİ? .....                     Müdafiə naziri Putinə genişmiqyaslı nüvə sınaqlarına başlamağı təklif edib .....                     Azərbaycanın bir qrup alimi təltif edilib .....                     Misir Mərdanov yenidən nazir təyin olunacaq? .....                     İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş... .....                     Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb .....                     FHN bu rayonlarda 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək .....                     Çap mediasını nə gözləyir? .....                     "Bizim sahənin ölkəyə... dövlətə nə ziyanı var?" .....                     Bakıda tualet DAVASI: həbs olunan var .....                     Ermənistan polisinin keçmiş rəhbərindən 35 milyon dram müsadirə ediləcək .....                     Azərbaycanlı avtoritetin oğlu polis mayorunu öldürdü .....                     “Erməni dostumu evimə qonaq çağırmışdım, sonra bildim ki...” .....                     "Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir" .....                     Milli Məclisin sədri Braziliyaya səfər edib, COP30-da iştirak edəcək .....                     Удобный доступ и честные игры на Parimatch с бонусами и зеркалами .....                     Məşhur şərhçidən çağırış .....                     "Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əmrullayev gedirmi? .....                     Bakıda aptekdə SOYĞUNÇULUQ .....                     Ayan "Kango" şirkətindən şikayətçidir .....                     Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi .....                     Şoyqudan qəribə açıqlama .....                     FHN şefi Mehdiyevlə əlaqələrini DANDI .....                     Gürcüstanda polisi yaralayan azərbaycanlı öldürüldü .....                     Dabaq xəstəliyi toyuq bazarını da “vurdu” .....                     Azərbaycanlı biznesmen Tufan Sadıqov “Ximki” işi ilə bağlı iclasa çağırıldı .....                     Azərbaycan Ordusunun qələbəsini qəbul edə bilməyənlər bu gün də eyni mövqedədirlər .....                     Bu dəfə adı baldız-gəlin davasında hallandı .....                     Keçmiş deputat QANUN-MANUN HƏRLƏMİR... .....                     "Qarabağ" klubu "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib .....                     Azərbaycanlı avtoritet zərərsizləşdirildi .....                     Ötən il Azərbaycanda 541 milyon manatlıq təbii qaz “yoxa çıxıb” .....                     Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var .....                     General şabalıd biznesindən danışdı .....                     "İlanlı qız" plastik cərraha görə canına qıydı .....                     Şəkidə məktəbli oğlan qıza görə sinif yoldaşını bıçaqladı .....                     "20 ildir hotel sahibiyəm" .....                     Hüquq-mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir .....                     “Həmişə bu tamaşada gözüm Siyavuş Aslanı axtarır, onun ruhunu şad edəcəm” .....                 

Ramiz Mehdiyev hadisəsi bir siqnal idi - ŞƏRH
Tarix: Bu gün, 12:02 | Çap et

Azərbaycanda siyasi mühit 44 günlük Vətən müharibəsindən sonra köklü şəkildə dəyişib. Qələbə ilə nəticələnən bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli ideoloji birliyin formalaşması baxımından dönüş nöqtəsi oldu. Artıq ölkədə “hakimiyyətə qarşı olmaq üçün müxalifətdə olmaq” dövrü başa çatıb. Cəmiyyət bu gün milli maraqları, dövlətçiliyi və sabitliyi ön planda tutan, konstruktiv fəaliyyət göstərən siyasi qüvvələri dəstəkləyir. Uzun illər radikal düşərgə torpaqlarımızın 20 faizinin işğal altında qalması faktından siyasi alət kimi istifadə edir, bu ağrılı məsələdən manipulyativ şəkildə yararlanırdılar. Onlar cəmiyyətin ağrılarını istismar edir, bu yolla siyasi təsir imkanlarını qorumağa çalışırdılar. Amma Vətən müharibəsindən sonra bu rıçaq tamamilə sıradan çıxıb. Bu gün xalq yaxşı bilir ki, radikal ünsürlər nəinki dövlətə, heç xalqa da fayda gətirmir. Əksinə, belə destruktiv yanaşmalar ölkənin inkişafına, ictimai sabitliyə və milli həmrəyliyə zərbə vurur. Radikal müxalifət illərdir ölkədə keçirilən seçkilərdə istər bələdiyyə, istər parlament, istərsə də prezident seçkilərində iştirakdan imtina edirlər. Onlar seçki prosesini gözdən salmaq, ölkənin siyasi sisteminə qarşı inamsızlıq yaratmaqla məşğuldurlar. Əslində, bu partiyalar müxalifət yox, destruktiv narazılıq mərkəzinə çevrilib, anti-Azərbaycan fəaliyyət göstərirlər. Sosial şəbəkələrdə yaratdıqları "trol qrupları" vasitəsilə cəmiyyətə nifrət, təhqir və qarşıdurma püskürdür, konstruktiv düşüncəli siyasi qüvvələri ləkələməyə çalışırlar. Ölkəmizin heç bir uğurunu, qələbəsini həzm edə bilməyən radikal partiyaları üçün Azərbaycana qarşı mübarizə əsas fəaliyyət istiqamətinə çevrilib. Bu qüvvələr 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdən keçən beş il müddətində ölkəmizin maraqlarına qarşı bədnam əməllərini sosial media platformaları üzərindən davam edirlər. Hər fürsətdə ölkəmizdəki ictimai-siyasi sabitliyə, əmin-amanlığa kölgə salmağa çalışırlar. Cəmiyyətimiz daim dövlətimizə qarşı olan bu radikalların iç üzünə yaxşı bələddir. Tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərə, milli, dövlət maraqları əleyhinə fəaliyyət göstərənlərə siyasi sistemdə yer yoxdur. Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutan, onun sabitliyinə, təhlükəsizliyinə təhdid yaradan heç bir qüvvə siyasi sistemdə fəaliyyətini davam etdirə bilməz. Ona görə də bu radikal qüvvələr tam demokratik mühitin hökm sürdüyü siyasi sistemimizdən çıxarılmalıdır. Bu, artıq siyasi fəaliyyət deyil, sosial xaosun təbliğatıdır. Belə bir şəraitdə, bu tip radikal və dağıdıcı qrupların hüquqi müstəvidə fəaliyyətinə yenidən baxılması və fəaliyyətinə xitam verilməsi tamamilə məntiqlidir. Necə ki, bu gün bir çox demokratik ölkələr, o cümlədən Gürcüstan, cəmiyyət üçün təhdidə çevrilən destruktiv partiyalara qarşı hüquqi addımlar atır. Dövlətin və xalqın təhlükəsizliyini, sabitliyini qorumaq hər bir demokratik dövlətin borcudur.
 
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında deyib ki, dövlətlər təkcə səngərdə deyil, ideoloji müstəvidə də mübarizə aparırlar. Ekspert vurğulayıb ki, müasir dünyamızda ideoloji savaşlar görünməz, lakin dağıdıcı xarakter alıb:
"Kim xaotik ritmdə ideoloji sərhədlərini qoruya bilirsə, o yaşayır. Kim ki, bu sərhədləri zəif buraxırsa, özünü potensial təhlükələrin ağuşuna atır. Bu görünməz mübarizədə “fikrin silahsızlaşdırılması” siyasəti işləyir: insanın milli yaddaşını, dövlətinə inamını, kimliyini tədricən zəiflətmək. Dünya artıq oyanıb. Türkiyə paralel strukturların iç üzünü açdı, Qazaxıstan və Özbəkistan xarici manipulyasiyaları təmizlədi, Çin “kiber suverenlik” anlayışını qanuniləşdirdi, Tramp daxili və bəşəri təxribatçı qüvvələri zərərsizləşdirdi, Gürcüstanda buna qarşı mübarizə yeni mərhələyə qədəm qoydu. Hər kəs fərqindədir ki, ideoloji boşluq ərazi itkisi qədər təhlükəli məsələdir. Azərbaycan üçün də bu mövzu hər zaman aktualdır. Çünki biz müstəqilliyimizi informasiya müharibələrinin içində qoruyuruq. 90-cı illərin xaosunda dövlətə qarşı kimlər necə “oyun” qurdu, bunu hamı gördü. Eyni şəbəkələr indi fərqli adlarla, fərqli maskalarla, amma eyni məqsədlə geri dönməyə çalışırlar".
 
A.Niftiyev vurğulayıb ki, Ramiz Mehdiyev hadisəsi bir siqnal idi:
"Dövlətin içində və xaricdə hələ də birləşmək, köhnə ideoloji dayaq nöqtələrini bərpa etmək istəyən qüvvələr var. Onlar hələ də hesab edirlər ki, Azərbaycanı zəiflətmək mümkündür.
Bu qüvvələrin ideoloji mərkəzləri çoxdan dəyişib. AXCP və Müsavat kimi köhnə siyasi strukturlar artıq bir partiya deyil, informasiya vasitəsidir. Başqa sözlə ifadə etsək, xarici mərkəzlər üçün daxili tribuna. Əli Kərimli sosial mediada nə qədər radikal tonda danışsa da, əslində, məkrli dairələr üçün milli birliyin zəiflədilməsi planında açar fiqurlardan biridir. Onların məqsədi iqtidarı dəyişmək deyil. Dövləti yorub, cəmiyyəti inamsızlığa sürükləməkdir. Sosial şəbəkədə “azadlıq” deyib səslənən çağırışların çoxu mahiyyətcə ölkənin suverenliyini zəiflətməyə yönəlir. Bu, sırf ideoloji sabotajdır. Azərbaycanın təhlükəsizliyi indi fərqli bir mərhələdədir. Qalxan yalnız ordu deyil, həmrəylik, qətiyyətli mövqe və məsuliyyət də qalxandır. Bu ölkədə dövlətçilik ideyası yalnız Prezidentin, məmurun, partiyanın işi deyil, hər bir vətəndaşın mənəvi borcudur. İdeoloji mübarizədə güzəşt yoxdur. Dövlətin içində inamın zəifləməsi ən böyük riskdir. Ona görə də Azərbaycan bu yeni reallıqda qərarlı olmalıdır: istər “no war”çıların manipulyasiyaları, istər feminist adı altında ideoloji sabotajlar, istərsə də xaricdən maliyyələşən təxribat mərkəzləri, hamısı eyni məqsədə xidmət edir və heç şübhəsiz ki, ifşa olunacaqlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən müəllim HAVALANSA... NƏ OLAR Kİ? - AKTUAL
Bu gün, 18:19
Müdafiə naziri Putinə genişmiqyaslı nüvə sınaqlarına başlamağı təklif edib
Bu gün, 18:17
Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM
Bu gün, 18:15
Misir Mərdanov yenidən nazir təyin olunacaq? - Özü danışdı
Bu gün, 18:13
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş... - TƏFƏRRÜAT
Bu gün, 18:09
Bakıda məşhur binaları tikən şirkətin 10 mln. manat vergi borcu üzə çıxıb
Bu gün, 18:04
FHN bu rayonlarda 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Bu gün, 18:02
Çap mediasını nə gözləyir? - ŞƏRH
Bu gün, 18:00
"Bizim sahənin ölkəyə... dövlətə nə ziyanı var?" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 17:54
Bakıda tualet DAVASI: həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 17:45
Ermənistan polisinin keçmiş rəhbərindən 35 milyon dram müsadirə ediləcək
Bu gün, 17:40
Azərbaycanlı avtoritetin oğlu polis mayorunu öldürdü
Bu gün, 17:30
“Erməni dostumu evimə qonaq çağırmışdım, sonra bildim ki...” – Rasim Balayevdən ŞOK AÇIQLAMA
Bu gün, 17:18
"Hərə bir sinəsi açıq qızı çıxarıb guya reklam edir" - Sosial şəbəkələrdə qeyri-etik tendensiya yayılıb
Bu gün, 17:15
Milli Məclisin sədri Braziliyaya səfər edib, COP30-da iştirak edəcək
Bu gün, 17:12
Удобный доступ и честные игры на Parimatch с бонусами и зеркалами
Bu gün, 17:09
Məşhur şərhçidən çağırış – Hakimi və “Çelsi”ni fitə basın!
Bu gün, 16:49
"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:46
Əmrullayev gedirmi? - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 16:42
Bakıda aptekdə SOYĞUNÇULUQ - saxlanılan var
Bu gün, 16:38
Ayan "Kango" şirkətindən şikayətçidir - AÇIQLAMA
Bu gün, 16:34
Rusların hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi - Finlandiya XİN rəhbəri
Bu gün, 16:32
Şoyqudan qəribə açıqlama - Bakının və İrəvanın münasibətləri hələ tam həll olunmayıb
Bu gün, 16:21
FHN şefi Mehdiyevlə əlaqələrini DANDI - AÇIQLAMA
Bu gün, 16:19
Gürcüstanda polisi yaralayan azərbaycanlı öldürüldü - “Oğru aləmi”nə qarşı əməliyyatda 34 nəfər tutulub
Bu gün, 15:27
Dabaq xəstəliyi toyuq bazarını da “vurdu” - Qiymətlərdə artım var?
Bu gün, 15:16
Azərbaycanlı biznesmen Tufan Sadıqov “Ximki” işi ilə bağlı iclasa çağırıldı - TƏFƏRRÜAT
Bu gün, 15:14
Azərbaycan Ordusunun qələbəsini qəbul edə bilməyənlər bu gün də eyni mövqedədirlər -ŞƏRH
Bu gün, 15:12
Bu dəfə adı baldız-gəlin davasında hallandı - Arvadının ölümü ilə gündəmə gəlmişdi
Bu gün, 15:10
Keçmiş deputat QANUN-MANUN HƏRLƏMİR... - FAKT BUDUR!
Bu gün, 15:04
"Qarabağ" klubu "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib - DİQQƏT!
Bu gün, 15:00
Azərbaycanlı avtoritet zərərsizləşdirildi - TƏFƏRRÜAT
Bu gün, 14:58
Ötən il Azərbaycanda 541 milyon manatlıq təbii qaz “yoxa çıxıb” - hələ rəsmi etiraf olunanı BUDUR...
Bu gün, 13:03
Bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:58
General şabalıd biznesindən danışdı - "Piramida qurub, 12-13 nəfəri..."
Bu gün, 12:56
"İlanlı qız" plastik cərraha görə canına qıydı - Xəstəxanalıq oldu
Bu gün, 12:54
Şəkidə məktəbli oğlan qıza görə sinif yoldaşını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 12:53
"20 ildir hotel sahibiyəm" - Bəsti Bəkirova
Bu gün, 12:51
Hüquq-mühafizə orqanları notariuslara qanunsuz göstərişlər verir - ETİRAZ
Bu gün, 12:49
“Həmişə bu tamaşada gözüm Siyavuş Aslanı axtarır, onun ruhunu şad edəcəm”
Bu gün, 12:47
Dövlət büdcəsindən Naxçıvan MR-a dotasiyanın azaldılmasının səbəbi açıqlanıb
Bu gün, 12:42
Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil - Devalvasiya olacaq, manat isə...
Bu gün, 12:21
“Əliyev Göyçənin adını çəkirsə, mütləq onu alacaq” - AKTUAL
Bu gün, 12:17
Oteldə meyiti tapılan 37 yaşlı vəkil həm də şair imiş
Bu gün, 12:09
AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:06
Fəzail Ağamalının oğlu Ədliyyə Nazirliyinə müraciət etdi
Bu gün, 12:03
Ramiz Mehdiyev hadisəsi bir siqnal idi - ŞƏRH
Bu gün, 12:02
Ağdaşın icra hakimiyyəti Qarabağ Qazisindən PUL TƏLƏB EDİR? - AXI NİYƏ?
Bu gün, 11:56
“Çelsi”nin satışından əldə edilən 1 milyard funt Ukraynaya veriləcək? - “The Times”
Bu gün, 11:52
Rusiyada daha bir azərbaycanlı iş adamına cinayət işi AÇILDI
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru