Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyandan 35 milyon dram müsadirə ediləcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, vəsait Ermənistan Respublikasının xeyrinə dövlət büdcəsinə yönəldiləcək.
Bununla bağlı məhkəmə qərarı artıq qanuni qüvvəyə minib.













