Əsas Səhifə > Ana xəbər / Güney Press > AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilibDünən, 12:06 |
|
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevə beynəlxalq maliyyələşmə və investisiya məsələləri üzrə müşavir təyin edilib. “APA-Economics” xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib. E.Məmmədov bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində investisiya direktoru vəzifəsində çalışıb. Əlavə olaraq, AZCON-da rəqəmsal transformasiya və strategiya bölməsinin rəisi vəzifəsinə də təyinat olub. Bu vəzifə Xalid Xalidliyə həvalə edilib. X.Xalidli daha öncə dövlət və özəl sektorda müxtəlif şirkətlərdə çalışıb. Geri qayıt |